Cümə axşamı , 19 Fevral 2026

Digər ölkələr

Türkiyə Qara dəniz üzərində PUA-ların mülki aviasiya üçün təhlükəli olması barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna pilotsuz uçuş aparatlarının Qara dəniz üzərində davam edən döyüşləri ticarət gəmiləri və sərnişin təyyarələri üçün ciddi təhlükə yaradır. Boyukmillet.com TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan edib. “Rusiya və Ukrayna arasında davam edən müharibədə hər iki tərəf pilotsuz uçuş və suüstü aparatlardan fəal istifadə edir. Bu vəziyyət bölgədə həm ticarət gəmiləri, həm …

Read More »

ABŞ Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib

ABŞ sülh və rifahı irəli aparmaq və Cənubi Qafqazın iqtisadi potensialının üzə çıxarılmasını təşviq etmək üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımında qeyd edilib. “Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın iştirakı ilə avqustun 8-də keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma …

Read More »

Araşdırma: Kadırovla əlaqəli çeçen qruplar Almaniyada sərbəst fəaliyyət göstərirlər

Rusiyanın müstəqil The Insider nəşri ilə Almaniyanın Der Spiegel nəşrinin birgə araşdırmasına görə, Çeçenistan rəhbəri Ramzan Kadırova yaxın olan və mütəşəkkil cinayət qrupları ilə əlaqələndirilən çeçen qruplar onilliklər ərzində Hamburqda maneəsiz fəaliyyət göstəriblər. Jurnalistlər qeyd edirlər ki, bu fəaliyyət Almaniyanın müharibəyə qarşı mövqe tutan ruslara viza qaydalarını sərtləşdirdiyi bir dövrdə baş verib. OC media yazır ki, araşdırmaya əsasən, humanitar əsaslarla Almaniyaya daxil olmuş çeçenlər …

Read More »

ABŞ Prezidenti 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord məbləğdə – 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir. “Bu qanun Müharibə Departamentinə mənim “Güclə Sülh” siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici təhdidlərdən müdafiə etməyə və müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək”, – Prezident bəyanatında bildirib. Təxminən 3 min səhifəlik qanun …

Read More »

Paşinyan Qarabağa qayıdış mövzusunu bağladı: Ermənistanda məskunlaşın

“Siz Ermənistanda məskunlaşmalı və Ermənistan vətəndaşlığını almalısınız”. Boyukmillet.com erməni mediasına istinaədn xəbər verir ki, Ermənistan baş naziri Paşinyan Qarabağdan gedən ermənilərə bu sözlərlə müraciət edib. Nikol Paşinyan həmçinin yol verilmiş səhvlərdən dərs çıxarmağa və müvafiq nəticələr əldə etməyə çağırıb. “Öz missiyamı xalqı şəhidlik məntiqindən çıxarmaq hesab edirəm və bəli — bu gün biz buna çoxsaylı itkilər və məhrumiyyətlər bahasına gəlib çatmışıq”, …

Read More »

ABŞ və Aİ Ukrayna üçün təhlükəsizlik zəmanətləri planı hazırlayıb

ABŞ və Ukraynanın Avropadakı müttəfiqləri Rusiya ilə mümkün sülh razılaşmasının icrasını təmin edəcək ciddi və etibarlı təhlükəsizlik zəmanətləri planı hazırlayıblar. Boyukmillet.com xəbər verir ki, “Bloomberg” agentliyi sənədlə tanış olan rəsmi mənbələrə istinadən yazır ki, plan müharibədən sonrakı dövrdə Ukraynanın təhlükəsizliyinin qorunmasına yönəlib. Məlumata görə, 800 min nəfərlik Ukrayna Silahlı Qüvvələri müttəfiqlərin dəstəyi ilə müharibədən sonra əsas çəkindirmə xətti rolunu oynayacaq. …

Read More »

ABŞ bir sıra şirkət və şəxsləri Rusiyaya qarşı sanksiya siyahısından çıxarıb – ADLAR

ABŞ əvvəllər Rusiyaya, o cümlədən hərbi-sənaye kompleksinə sanksiya tətbiq edilmiş avadanlıqlar tədarük edən bir neçə şirkəti sanksiya siyahılarından çıxarıb. Boyukmillet.com xəbər verir ki, müvafiq qərar Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Siyahıdan çıxarılanlar arasında Kipr Veles International Limited və onun sahibi Dmitri Buqayenko da var. Bu şirkət Moskva investisiya firmasının törəmə müəssisəsidir, baxmayaraq ki, təşkilatın Rusiya hüquqi şəxsləri sanksiyalar altında qalır. Sanksiyalar siyahısından …

Read More »

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin hərbi kəşfiyyatının rəhbəri ABŞ prezidentinin xüsusi nümayəndəsi Mayk Uoltsa məlumatlandırıb. Onun sözlərinə görə, İsrailin İrandakı hərbi obyektlərə endirdiyi zərbələr Tehranın ballistik imkanlarını gözlənildiyi qədər zəiflətməyib. Kəşfiyyat rəhbəri bildirib ki, İran qısa müddət ərzində raket potensialını yenidən bərpa edib və hücumlardan …

Read More »

ABŞ xüsusi təyinatlıları Çindən İrana yük daşıyan gəmidə əməliyyat keçirib

Noyabr ayında ABŞ xüsusi təyinatlı qüvvələri Çindən İrana gedən gəmiyə daxil olaraq onun yükünü müsadirə edib. Boyukmillet.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) yayıb. Qəzetin mənbələrinə görə, ABŞ xüsusi təyinatlı qüvvələri gəmiyə Şri-Lanka sahillərində olarkən minib. Göyərtədə ikili təyinatlı mallar olub. ABŞ kəşfiyyatının məlumatına görə, yük Tehranın raket proqramı üçün komponentlərin alınmasında ixtisaslaşmış İran şirkətləri üçün nəzərdə …

Read More »

Ötən il ABŞ kəşfiyyatı öz məlumatlarını İsraillə paylaşmağı dayandırıb

Bayden administrasiyası dövründə ABŞ kəşfiyyatı İsraillə bəzi əsas məlumatların mübadiləsini müvəqqəti olaraq dayandırıb. Boyukmillet.com Reuters agentliyinə istinadən xəbər verir ki, buna Qəzza müharibəsi ilə bağlı narahatlıqlar səbəb olub. Agentlik vəziyyətlə tanış olan altı mənbəyə istinadən bildirir ki, 2024-cü ilin ikinci yarısında Vaşinqton İsrail xidmətlərinin Qəzza üzərində əməliyyat aparan ABŞ pilotsuz təyyarəsindən video yayımlarına birbaşa çıxışını müvəqqəti olaraq bloklayıb. İsrail bu məlumatlardan …

Read More »