Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron ABŞ məhkəməsinə ölkənin birinci xanımının qadın olduğunu sübut edən fotoqrafik və elmi dəlillər təqdim etməyi planlaşdırırlar. “Report”un Avropa bürosunun məlumatına görə, bu barədə BBC-yə onların vəkili Tom Kler bildirib. Makron cütlüyünün Fransanın birinci xanımının kişi olaraq doğulduğunu iddia edən amerikalı jurnalist Kendis Ouensə qarşı qaldırdığı böhtan iddiası ilə bağlı məsələyə ABŞ-nin Delaver …
Read More »Səudiyyə Ərəbistanı və Pakistan qarşılıqlı müdafiə sazişi imzalayıblar
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalayıblar. Boyukmillet.com-un SPA dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şərifin krallığa səfərinin yekunlarına dair bəyanatda deyilir. “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iki ölkənin regionda və dünyada təhlükəsizliyi gücləndirmək, sülh …
Read More »KİV: Yaponiya Fələstinin tanınmasını təxirə salacaq
Yaponiya hökuməti Fələstin dövlətinin tanınmasını gecikdirəcək, çünki bu addım Fələstindəki vəziyyətə və Yaponiya-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Asahi” qəzeti mənbələrə istinadən yazıb. Bundan əvvəl ABŞ hakimiyyəti dəfələrlə Asiya və Avropa ölkələrini Fələstin dövlətçiliyini tanımamağa çağırıb. Qəzetin mənbələrinə görə, Yaponiyanın Baş naziri Siqeru İsiba sentyabrın 22-də BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək Fələstin problemi …
Read More »ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli dörd fiziki və ondan çox hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib. “Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın iki maliyyə vasitəçisini və ölkə neftinin satışından əldə edilən gəlirlər də daxil olmaqla, pul köçürmələrinin əlaqələndirilməsində iştirakına görə Honkonq və BƏƏ-də yerləşən ondan çox fiziki və hüquqi …
Read More »İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
İsrailin Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS-ın möhkəmləndirilmiş mövqelərinə genişmiqyaslı zərbə endirdiyini açıqlayıb. Bu barədə Boyukmillet.com ordunun mətbuat xidmətinə istinadən xəbər verir. Son gün ərzində 98-ci diviziyanın qoşunları “II Gideonun döyüş arabaları” əməliyyatı çərçivəsində şəhərin mərkəzində quru əməliyyatlarına başlayıb. Qurumun teleqram kanalında qeyd olunub ki, hərbçilər aviasiya və donanmanın dəstəyi ilə əməliyyat aparır. Bildirilir ki, əməliyyat zamanı onlarla terrorçu infrastruktur obyekti, o …
Read More »Ankara Liviyada mərkəzi hakimiyyətlə Xəlifə Haftar arasında dialoqun tərəfdarıdır
Ankara Liviyanın mərkəzi hakimiyyəti ilə şərq bölgələrini nəzarətdə saxlayan general Xəlifə Haftarın qüvvələri arasında konstruktiv dialoqun tərəfdarıdır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən bildirib. Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı və Xarici İşlər Nazirliyi vaxtaşırı Xəlifə Haftarın oğlu Səddam ilə əlaqə saxlayır: “Başqa sözlə, onlar bizdən təcrid olunmayıblar. Hesab edirik ki, Liviyada Şərq və Qərb …
Read More »Zelenski Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı aydın mövqe tutmağa çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin rəhbəri Donald Trampı Rusiyaya qarşı sanksiyalar və ölkəsi üçün təhlükəsizlik zəmanətləri ilə bağlı aydın mövqe tutmağa çağırıb. Boyukmillet.com-un verdiyi məlumata görə, V.Zelenski bu barədə “Sky News”a müsahibəsində bildirib. O, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmerin bu həftə dövlət səfəri zamanı Trampla Ukraynanın gələcəyinin təmin edilməsi məsələsini ətraflı müzakirə edəcəyinə ümidvar olduğunu deyib. Bundan …
Read More »Aİ Çindən gələn 2 500-ə yaxın konteyneri müsadirə edib
Avropa Prokurorluğu Yunanıstanın Pirey limanında Çin malları olan 2,4 mindən çox konteyneri müsadirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” nəşri qurumun məlumatlarına istinadən yazır. Prokurorluğun məlumatına görə, konteynerlər əsasən elektrikli velosipedlər, tekstil və ayaqqabı ilə dolu idi. Aİ-yə malların qanunsuz idxalı sxemi ən azı səkkiz il ərzində fəaliyyət göstərib və birliyin və onun üzvlərinin büdcəsinə təxminən 800 milyon …
Read More »Özbəkistan Vladivostokda vətəndaşlarının döyülməsi ilə bağlı Rusiya XİN-ə nota göndərib
Rusiyanın Vladivostok şəhərində yerli gənclər Özbəkistan vətəndaşlarını döyüblər. Boyukmillet.com “Kun.uz” portalına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərə Özbəkistanın müvafiq qurumları tərəfindən reaksiya verilib. Bildirilir ki, rus gənclərin Özbəkistan vətəndaşlarının döyməsi və təhqir etməsi ilə bağlı bu ölkənin Vladivostok şəhərindəki Baş konsulluğu Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyinə və Primorsk Vilayət Prokurorluğuna nota göndərib. “Hadisə müəyyən edilən …
Read More »Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidmətindən bildirilib. “16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində “Şimali Qafqaz- Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – məlumatda qeyd …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
