Bazar ertəsi , 14 Sentyabr 2026

Digər ölkələr

6 ölkə Ukrayna ilə saziş imzaladı

Ukrayna yeni Drone Deal təşəbbüsü çərçivəsində beynəlxalq tərəfdaşlarla daha altı uzunmüddətli müqavilə bağlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Facebook-da paylaşıb. Onun sözlərinə görə, daha 20-dən çox ölkə bu əməkdaşlıq modelinə qoşulmağa fəal şəkildə hazırlaşır. Umerov qeyd edib ki, bağlanan müqavilələrin hamısı on il müddətində qüvvədə olacaq. Onun sözlərinə görə, Ukrayna sadəcə pilotsuz …

Read More »

İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS

“Azərbaycan öz ərazisindən İrana qarşı “sionist rejimin” dayaq məntəqəsi kimi istifadə olunmasına icazə verməyəcəyinə dair birbaşa təminat vermişdi. Bu təminat Bakı ilə dialoqun inkişafında həlledici rol oynadı”. Boyukmillet.com bildirir ki, bunu iranlı general Yahya Rəhim Səfəvi bildirib. Sözünə davam edən general deyib: “Eyni zamanda, mən bəzən İranın Azərbaycanla problemləri yalnız güc yolu ilə həll etməklə bağlı çağırışlar eşidirəm. Lakin bu …

Read More »

Venesueladakı zəlzələdə La-Quayra ştatının, demək olar, bütün dövlət qulluqçuları həlak olub

Venesuelanın La-Quayra ştatının dövlət qulluqçularının böyük əksəriyyəti dağıdıcı zəlzələlər zamanı həyatını itirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib. “La-Quayrada bir çox qurumların rəhbərləri həyatını itirib, ən çox zərər çəkən bu ştatda, demək olar, bütün vəzifəli şəxslər həlak olub”, – o, Karakasda keçirilən mətbuat konfransı zamanı bildirib. Rodriqes əlavə edib ki, zəlzələlər 855-dən …

Read More »

Rusiya Hindistandan benzin idxalına başlayıb

Son bir həftədə görünməmiş yanacaq qıtlığı yaşayan Rusiya Hindistandan benzin almağa başlayıb. Boyukmillet.com beynəlxalq mediaya istinadla xəbər verir ki, artıq Hindistandan Rusiyaya dəniz yolu ilə təxminən 60.000 ton benzin göndərilib, ümumi idxal planı isə ayda 400.000 tondur. Reuters-in məlumatına görə, Rusiya təkcə Hindistandan deyil, həm də Belarusdan ayda 400.000 tona qədər benzin almağı planlaşdırır. Sənaye mənbələri bildiriblər ki, yayda Rusiyada …

Read More »

Moskva Ermənistana ikinci sanksiya paketi hazırlayır

Rusiyada Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının yeni nəticələr doğura biləcəyi barədə iddialar səsləndirilir. Boyukmillet.com xəbər verir ki, yerli KİV-lərdə yayılan məlumatlara görə, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana gözlənilən səfəri Moskvanın narahatlığını artırıb və bunun fonunda Rusiyanın Ermənistana qarşı ikinci genişmiqyaslı sanksiyalar paketini hazırlaya biləcəyi ehtimal edilir. Məlumatlarda bildirilir ki, bir neçə ay əvvəl Ermənistanda keçirilən Avropa …

Read More »

İspaniyada iyunda anomal istilər səbəbindən ölənlərin sayı 900-ə çatıb

İspaniyada iyunda anomal istilərlə əlaqədar ölənlərin sayı 900-ə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb. Bu ilin iyun ayında İspaniyada havanın temperaturu üzrə rekordlar iki dəfə yenilənib. Bəzi yerlərdə gündüz saatlarında göstəricilər +35°C həddini aşıb, bəzi regionlarda isə ekstremal +40°C-yə çatıb. Qeyd olunub ki, iyun 2015-ci ildə statistika aparılmağa başlanandan bəri istilər səbəbindən ən çox ölüm halının …

Read More »

ABŞ təyyarələri İranla münaqişə zamanı Avropa bazalarından 5 min uçuş həyata keçirib

İrana qarşı hərbi əməliyyatın bir hissəsi olaraq ABŞ təyyarələri Avropa hava bazalarından təxminən 5000 uçuş həyata keçirib.Boyukmillet.com  xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Financial Times qəzetinə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, bu, Avropanın Vaşinqtonun mühüm hərbi müttəfiqi olaraq qaldığını təsdiqləyir: “Ümumi mənzərəyə baxsanız, Avropa ölkələrinin vədlərini yerinə yetirdiyini görə bilərsiniz. Bu, “Epik Qəzəb” əməliyyatını dəstəkləmək üçün …

Read More »

Paşinyan Ağ Evdə götürdüyü öhdəliklərdən qaçır

İrəvanın ikili siyasəti ifşa olunur; Ermənistanın “ehtiyat planı” sülh prosesini təhlükəyə atır Erməni İnqilab Federasiyası (Daşnaksütyun) rəsmi İrəvanı növbəti dəfə “Qarabağ hərəkatının” sonu ilə “razı olmayan” yarım milyondan çox Ermənistan vətəndaşının fikirlərini qulaqardına vurmaqda” suçlayıb. Bu açıqlama, sadəcə, bir partiyanın ritorikası deyil, erməni lobbisinin və radikal qüvvələrin həm Ermənistan daxilində, həm də xaricdə fəal şəkildə təbliğ etdiyi revanşist gündəliyinin açıq …

Read More »

ABŞ Ali Məhkəməsi Trampın fərmanını qanunsuz saydı

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum yolu ilə avtomatik ABŞ vətəndaşlığının məhdudlaşdırılmasını nəzərdə tutan fərmanını qanunsuz hesab edib. NBC telekanalının məlumatına görə, məhkəmə Tramp administrasiyasının ABŞ ərazisində doğulan bəzi uşaqlara avtomatik vətəndaşlıq verilməsinin dayandırılması təşəbbüsünü qüvvədə saxlamayıb. Boyukmillet.com xəbər verir ki, Donald Tramp 2025-ci ilin yanvarında imzaladığı fərmanla valideynləri ABŞ-da qeyri-qanuni yaşayan və ya qısamüddətli viza ilə ölkədə olan …

Read More »