Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) avqustun 6-da keçiriləcək toplantısında Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, toplantıda Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən “Terrorsuz Türkiyə haqqında” qanun layihəsi ilə yanaşı, keçmiş PKK terror təşkilatının tərksilah prosesindəki son vəziyyət və ərazidən gələn kəşfiyyat …

Read More »

Ermənistan konstitusiyasının TRIPP sazişinə uyğunluğu nəzərdən keçiriləcək

Ermənistanın Konstitusiya Məhkəməsi sentyabrın 15-dən Ermənistan və ABŞ arasında “Tramp marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişində təsbit edilmiş öhdəliklərin Konstitusiyaya uyğunluğu məsələsini nəzərdən keçirməyə başlayacaq. Boyukmillet.com  xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb. “Sazişdə nəzərdə tutulan öhdəliklərin konstitusiyaya uyğunluğu ilə bağlı iş icraata qəbul edilib”, – nəşr qeyd edir. Qeyd edək ki, bu il iyunun 4-də …

Read More »

Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü həbs edilib

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı Marmarisdə həyata keçirilən sui-qəsd təşəbbüsündə iştirak edən və 10 ildir qırmızı bülletenlə axtarışda olan “Fətullahçı” Terror Təşkilatının (FETÖ) üzvü Burkay Karatepe həbs edilib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, Afyonkarahisarda tutulan Karatepe rəsmi prosedurlardan sonra Muğla Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə (TEM) Şöbəsi əməkdaşları tərəfindən şəhərə …

Read More »

Fransa Rusiyadan olan baş konsul namizədlərinə viza verməkdən imtina edib

Fransa hakimiyyəti Rusiyanın Marseldəki yeni baş konsulu vəzifəsinə iki namizədə viza verməkdən imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Fransanın cənub şəhərindəki baş konsulu Stanislav Oranski bildirib. “Fransızlar artıq iki namizədlə bağlı rədd cavabı veriblər. Üçüncü namizədlik bir neçə həftə əvvəl baxılmaq üçün onlara göndərilib. Ekzekvatura üçün sorğu göndərilib, lakin hələ ki cavab daxil olmayıb”, – deyə …

Read More »

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Çin ABŞ-yə qarşı əks-sanksiyalar tətbiq edib və dronların tədarük zəncirinə dair ixrac məhdudiyyətlərini sərtləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti Çinin Kommersiya Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Bəyanata əsasən, “dronların, onların əsas komponentlərinin və onlarla əlaqəli texnologiyaların” ABŞ-yə ixracı bundan sonra “hər bir ayrı halda ciddi yoxlamadan” keçəcək. Tədbirlər dərhal qüvvəyə minir. Nazirlikdən bildiriblər ki, bunlar …

Read More »

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Türk əsilli Amerika mühəndisi, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalı Livan əsilli amerikalı yazıçı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq onu Ruben Vardanyanla bağlı mövqeyinə yenidən baxmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Kırlıkovalı məktubunda Nassim Nikolas Talebin Ruben Vardanyanın həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etməsi ilə bağlı “X” sosial şəbəkəsində verdiyi son ictimai bəyanata münasibət bildirib. “Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil …

Read More »

Ballistik raketlər onlarla insanın həyatına SON QOYDU – Zelenski Qərbə ÇAĞIRIŞ ETDİ

Rusiyanın ötən gecə Ukraynaya həyata keçirdiyi kütləvi raket və dron hücumu nəticəsində azı 17 nəfər həlak olub, daha 44 nəfər yaralanıb. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib. Onun sözlərinə görə, hücum olduqca ağır olub. Rusiya Ukraynaya qarşı 24 ballistik raket, 4 ədəd “Zirkon” və “Oniks” tipli raket, həmçinin əhəmiyyətli hissəsi reaktiv olan 115 …

Read More »

CENTCOM: ABŞ mindən çox gəminin Hörmüz boğazından keçməsinə kömək edib

Amerika hərbçiləri son üç ay ərzində mindən çox gəminin Hörmüz boğazından keçməsinə yardım ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. “Son üç ay ərzində ABŞ Silahlı Qüvvələri mindən çox gəminin boğazdan uğurla keçməsinə kömək edib”, – deyə paylaşımda bildirilir. Daha əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz …

Read More »

Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

Hindistanın “Faize Noore Oliya” gəmisi partlayıcı maddənin olduğu qayığın hücumundan sonra Yəmənin qərb sahillərində, Qırmızı dənizdə batıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Yəmən Milli Müqavimət Qüvvələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, 14 heyət üzvünün hamısı xilas edilib. “December 2” agentliyinin məlumatına görə, Əl-Hüdeydə şəhərindən təqribən 13 dəniz mili cənubda hücuma məruz qalan gəmi zədələnərək batıb. Hücuma …

Read More »

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığının və ya Rusiyada yaşamaq hüququnun verilməsi qadağan edilib. Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki, ölkə Prezidenti Vladimir Putin bununla bağlı qanun imzalayıb. Qanuna əsasən, əcnəbilərin hər hansı bir cinayətə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu varsa, onların vətəndaşlığa qəbulundan, eləcə də yaşamaq və ya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina ediləcək. Mövcud normalara əsasən, əcnəbilərin …

Read More »