Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Rusiyada Ermənistan məhsullarının satışı QADAĞAN EDİLDİ

“Rospotrebnadzor”un tapşırığı ilə Rusiyanın “Çestnıy znak” dövlət markalama sistemi Ermənistanda istehsal olunmuş 70 min şüşədən çox içməli su və alkoqolsuz içkinin satışını dayandırıb. Boyukmillet.com xəbər verir ki, Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzindən (QTİM) verilən məlumata görə, bu qərar məhsullara qoyulan məcburi tələblərin pozulması aşkar edildikdən sonra istehlakçıların həyatına və sağlamlığına dəyə biləcək olası zərərin qarşısını almaq məqsədilə qəbul edilib. Məhdudiyyətlər “BJNI” müalicəvi-süfrə …

Read More »

Türkiyə Silahlı Qüvvələri ilə bağlı mühüm qərarlar veriləcək

Türkiyənin Ali Hərbi Şurası bu gün ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq və Silahlı Qüvvələrlə bağlı mühüm qərarlar gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Türkiyə Silahlı Qüvvələrindəki təyinat, təqaüdə göndərilmə və xidmət müddətlərinin uzadılmasına dair qərarlar qəbul ediləcək. Bəzi şəxslərin vəzifə və rütbəsi artırılacaq, bir qisminin isə təyinatı dəyişdiriləcək. Generallar, admirallar və polkovniklərin …

Read More »

Türkiyədə qanunsuz yolla vətəndaşlıq əldə edən 687 nəfərin hüququ ləğv olunub

Qanunsuz yolla Türkiyə vətəndaşlığı əldə etdikləri müəyyənləşən 687 nəfərin bu hüququ ləğv edilib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlək sosial media hesabındakı paylaşımda bildirib. Bildirilib ki, qanunsuz vətəndaşlığın əldə edilməsi istiqamətində İstanbul da daxil olmaqla 16 əyalətdə 90 şübhəliyə qarşı əməliyyat keçirilib, nəticədə onlardan 72-si saxlanılıb.

Read More »

Ukrayna Sızranda neft emalı zavoduna zərbə endirib

Ukrayna Rusiyanın Samara vilayətindəki Sızran neft emalı zavoduna (NEZ) PUA-larla zərbə endirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram kanalında məlumat verib. Xəbər yenilənir

Read More »

Türkiyədən PKK ilə bağlı yeni addım: Öcalan üçün xüsusi maddə yoxdur

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsinin gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Məlumata görə, təxminən iki ilə yaxındır davam edən hazırlıq işlərinin növbəti mərhələsinə keçilir. Hazırlanan çərçivə qanun layihəsində cinayət əməllərində iştirak etməmiş, yalnız terror təşkilatına üzv olmaq maddəsi ilə məhkum olunmuş şəxslər, eləcə …

Read More »

Türkiyə ərazisi ilə yarım ildə 97 milyon barelə yaxın BTC nefti nəql olunub

Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 96,934 milyon barel neft nəql edilib. Bu barədə Boyukmillet.com Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir. Məlumata görə, bu, 2025-ci ilin ilk yarım ili ilə müqayisədə 8,874 milyon barel və ya 8,4 % azdır. Təkcə iyun ayında isə bu kəmər vasitəsilə 16,398 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 899 min barel və ya 5,2 % …

Read More »

Anomal istilərə görə Almaniyada suya sərt qənaət tədbirləri görülür

Almaniyanın 100-dən çox şəhər və dairəsi anomal istilər və quraqlıq fonunda su istehlakına məhdudiyyətlər tətbiq edib. “Report”un “Bild” nəşrinə istinadən məlumatına görə, su qıtlığı qış və yaz aylarında yağıntıların az olması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi və bir neçə ekstremal isti dalğası səbəbindən yaranıb. Xüsusilə Münxendə bağ hovuzlarını doldurmaq, qazonları suvarmaq və avtomobilləri yumaq qadağan edilib. Hannoverdə havanın temperaturu 27°C-dən …

Read More »

Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib

Amerikalı senator Mark Kelli bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla münaqişəyə qeyri-ardıcıl yanaşma nümayiş etdirir, bu da ölkədə döyüş sursatı qıtlığına və qiymətlərin artmasına səbəb olub. Boyukmillet.com “CBS”yə istinadən xəbər verir ki, senator Vaşinqtonun addımlarının münaqişənin gərginləşməsinə rəvac verdiyini qeyd edib. Kellinin sözlərinə görə, Tramp ABŞ-ni münaqişəyə strateji məqsəd, plan və dəqiq müddət olmadan cəlb edib. O həmçinin …

Read More »

Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor həbs edilib

Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsinin sədri, tanınmış aktyor Ərdal Beşikçioğlu həbs edilib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə Ə. Beşikçioğlu ilə yanaşı, daha 39 nəfər barəsində həbs qərarı verib. Bələdiyyə sədri iyulun 30-da keçirilən korrupsiya əməliyyatı çərçivəsində saxlanılmışdı.

Read More »

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb

Türkiyənin Bursa, Kocaeli, Mersin və Osmaniye vilayətlərində polisin keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın 11 üzvü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, Bursa Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları araşdırma zamanı şübhəlilərin bir evə iki dəfə silahlı hücum təşkil etdikləri müəyyən olunub. Həmçinin onların xaricdə həbsdə olan qruplaşma liderinin göstərişi ilə …

Read More »