Bazar ertəsi , 14 Sentyabr 2026

Digər ölkələr

Paşinyan Ermənistanla bağlı qərara görə Aİİ-ni tənqid edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın sonlarında ölkəsi ilə bağlı qəbul etdiyi qərarı tənqid edib. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib. “Əlbəttə, mənim iştirakım olmadan qəbul etdikləri bəyanatla bağlı həmkarlarıma suallarım var və bunun təcrübədə nə demək olduğunu anlamalıyıq. Başa düşməliyik ki, Aİİ-nin hər hansı bir ölkəsi yuxudan oyanıb …

Read More »

Rusiyadan İrəvana yeni təhdidlər

Dmitri Medvedyev və Konstantin Zatulin Ermənistandakı vəziyyəti necə qiymətləndirirlər? Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ermənistanı regionda NATO-nu və Qərbi dəstəkləməkdə günahlandırıb. Musavat.com xəbər verir ki, Medvedyev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib ki, NATO SSRİ-nin dağılmasından sonra postsovet ölkələrindən Rusiyaya qarşı zərbə endirən qüvvə kimi istifadə edib.  Rusiya bunu SSRİ-nin dağılmasından və Qərblə münasibətlərinin müvəqqəti istiləşməsindən sonra çətin …

Read More »

İrandan Ruttenin açıqlamalarına kəskin reaksiya

Tehran NATO-nun baş katibi Mark Ruttenin NATO müttəfiqlərinin İrana qarşı əməliyyatlar zamanı ABŞ-a fəal şəkildə kömək etməsi ilə bağlı açıqlamalarını beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulmasının etirafı kimi qiymətləndirir. Boyukmillet.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi X-də yazıb: “NATO-nun baş katibi birbaşa İtaliya və Rumıniyanı İrana qarşı təcavüzün iştirakçıları adlandırıb. Bu, NATO-nun suveren BMT üzv …

Read More »

Qalibafdan ABŞ-la bağlı açıqlama: “İslamabad memorandumu Amerikanın məğlubiyyət bəyanatıdır”

İran parlamentinin (Məclisinin) spikeri Məhəmməd Baqir Qalibaf regionda əldə olunmuş son sülh razılaşmalarını şərh edərək, iki tərəf arasında imzalanmış İslamabad memorandumunu rəsmi Vaşinqtonun böyük geosiyasi uğursuzluğu kimi xarakterizə edib. Boyukmillet.com xəbər verir ki, spiker parlamentdəki çıxışı zamanı İslamabad memorandumunun əslində Amerikanın regiondakı məğlubiyyətinin rəsmi bəyannaməsi olduğunu vurğulayıb. Qalibaf ölkəsinin regional təhlükəsizlik xəttini açıqlayaraq deyib: “Livanda atəşkəsin əldə olunması və müharibənin başa …

Read More »

Brüsseldən Ermənistana BÖYÜK DƏSTƏK – Azərbaycan sərhədindən Türkiyəyə qədər…

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədindən Ermənistan-Türkiyə sərhədinədək uzanan strateji marşrutların hazırlanmasında İrəvana məsləhətçi dəstəyi verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Avropa Komissiyası və Avropa İnvestisiya Bankı (AİB) ilə niyyət memorandumu imzalayıb. İlkin mərhələdə AİB sözügedən yol layihələri üçün tələb olunan …

Read More »

KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ: “Vəziyyət kəskinləşəcək”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qərb ölkələrinin Ermənistan ətrafındakı addımlarının Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirə biləcəyi barədə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə KTMT Daimi Şurasının fəaliyyətdə olan sədri Viktor Vasilyev bəyanat verib. KTMT rəsmisi xüsusilə regiondakı seçkiləri xatırladaraq gərginliyin artacağını iddia edib. Vasilyev ABŞ və Avropa İttifaqının regiondakı siyasətini hədəf alıb: “Ermənistandakı seçkilər də daxil olmaqla, Cənubi Qafqazdakı vəziyyət …

Read More »

Tramp ona qarşı qətnamə qəbul edən senatorları qınadı

ABŞ prezidenti Donald Tramp Senatda onun müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnamənin qəbuluna münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, o, özünə məxsus “Truth Social” hesabında qətnamənin vaxtsız və mənasız olduğunu, onu dəstəkləyən senatorların isə beləliklə, Vaşinqtonun düşmənlərinə kömək etdiklərini yazıb: “Bu senatorlar mənim işimi daha da çətinləşdiriblər, amma mən bu və ya digər şəkildə bunun öhdəsindən gələcəyəm, çünki həmişə belə edirəm”. Amerika lideri …

Read More »

Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır

Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır. Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə bildirib. “Dəfələrlə qeyd edildiyi kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Moskva buna İstanbulda əldə olunmuş və o zaman Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında hazırdır. Deməli, hər şey onları qane edirdi”, …

Read More »

Cənubi Koreya Ukraynadakı şimallı əsirlərə sahib çıxır

Cənubi Koreya Ukraynada saxlanılan və vətənlərinə qayıtmaq istəməyən Şimali Koreya hərbi əsirlərini qəbul etməyə hazır olduğunu açıqlayıb. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, Seul artıq iki Şimali Koreya vətəndaşının repatriasiyası ilə bağlı razılığa gəldiyini açıqlayıb. Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bunu iyunun 22-də açıqlayıb. Cənubi Koreya mediasının məlumatına görə, Cənubi Koreya beynəlxalq hüquqa istinad edərək Şimali Koreya …

Read More »

Rusiya Ermənistanı Ukraynanın taleyi ilə hədələdi: Uşakovdan SENSASİON bəyanat

Ermənistan ətrafında yaranmış vəziyyət Moskvanın da üzv olduğu “inteqrasiya birliklərinə zərbə vurmaq cəhdidir”. Boyukmillet.com-un məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib. “Yeri gəlmişkən, Ermənistanın siyasi və xarici iqtisadi tərəddüdləri timsalında biz “qaydalara əsaslanan nizam” tərəfdarlarının birbaşa ölkəmizin də iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmaq üçün göstərdiyi israrlı cəhdləri görürük”, – deyə Uşakov bildirib. O, həmçinin əlavə edib …

Read More »