Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır

Latviya bu gündən etibarən Belarus və Rusiya ilə sərhəd boyunca hava məkanını bağlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Latviya KİV-ləri ölkənin müdafiə naziri Andris Sprudsa istinadən bildirib. “Sentyabrın 11-də saat 18:00-dan etibarən şərq sərhədi üzərində uçuşlar ən azı bir həftə qadağan ediləcək”, – Spruds bildirib. Latviyanın müdafiə naziri izah edib ki, Belarus və Rusiya ilə sərhəddəki hava məkanı zonası …

Read More »

Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb

ABŞ-nin Yuta ştatında sağçı fəal Çarli Kirkin öldürülməsindən sonra Ağ Evin ətrafında müdafiə qurğuları quraşdırılıb və bir neçə küçə bağlanıb. Bu barədə Boyukmillet.com “The Washington Post”a istinadən məlumat verir. Hadisə sentyabrın 10-da baş verib. Çarli Kirk Yuta Vadisi Universitetinin kampusunun həyətində çıxış edərkən güllələnib. Güllə onun boynuna dəyib. Fəal daha sonra xəstəxanada vəfat edib. Şahidlər nəşrə bildiriblər ki, universitetdəki tədbir iştirakçılarının çantaları …

Read More »

Fransada yüzlərlə insan vağzal binasına hücum edib

Marseldə 700 nəfər Sen-Şarl dəmir yolu vağzalını ələ keçirməyə cəhd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Le Figaro” polis orqanlarındakı mənbələrə istinadən bildirib. Məlumata görə, polislər təxminən 700 nəfərin stansiyaya girməsinin qarşısını alıb. Gözyaşardıcı qazın tətbiq edildiyi bildirilir. Aksiyalar siyasi böhran fonunda keçirilir: parlament Baş nazir Fransua Bayruya etimadsızlıq göstərib, Prezident Emmanuel Makron isə hökumətin yeni başçısı vəzifəsinə Sebastyen …

Read More »

Qətərin Baş naziri İsrailə xəbərdarlıq edib

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada sülh üçün fürsət tapmaq üçün bütün cəhdləri puça çıxarır. Bu barədə Boyukmillet.com “Al Jazeera” telekanalına istinadən xəbər verir. Al Tani vurğulayıb ki, atəşkəslə bağlı danışıqlar aparan bir ölkədə danışıqlarçıları öldürmək cəhdi qeyri-qanuni olmaqla yanaşı, qeyri-etik və …

Read More »

Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib

Sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa planlaşdırılmamış hərbi fəaliyyətə görə “Jeşuv-Yasenka”, “Lyublin” beynəlxalq hava limanlarını və Varşavanın hər iki hava limanını bağlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə aviasiya heyətinin (NOTAM) təcili məlumatında deyilir. Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı X sosial şəbəkəsində hava məkanının mühafizəsini təmin etmək üçün bütün zəruri prosedurları işə saldığını bildirib. Məlumata görə, havaya …

Read More »

Kadırov: Sülh Ukrayna Rusiyanın bölgəsinə çevrildiyi zaman mümkün olacaq

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının gedişatını bir daha şərh edərək, sülhün yalnız Ukraynanın Rusiyanın bölgəsi olacağı təqdirdə əldə oluna biləcəyini bildirib. Kadırov deyib ki, indiki mərhələdə hərbi əməliyyatları dayandırmaq Moskva üçün əlverişsiz olacaq. RİA Novosti dövlət agentliyinə müsahibəsində Kadırov əməliyyatın məqsəd və vəzifələrinin “havadan götürülmədiyini” vurğulayaraq, onların Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını vurğulayıb. Onun fikrincə, Rusiya sərhədlərində sülh …

Read More »

Ermənistan Mərkəzi Bankının sədri: Azərbaycanla sülh sazişi ölkəmizə investisiya qoyuluşunu artıracaq

Ermənistan Azərbaycanla sülh sazişi imzalandığı təqdirdə öz iqtisadiyyatına əhəmiyyətli xarici investisiya axınını təmin edə biləcək. Boyukmillet.com-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan parlamentdəki çıxışında bildirib. “Sülh prosesi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan siqnallar və cavablar çox müsbətdir. Əgər sülh sazişi imzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin …

Read More »

Tailand Ali Məhkəməsi keçmiş baş naziri bir il həbs cəzasına məhkum edib

Tailandın Ali Məhkəməsi keçmiş baş nazir (2001-2006-cı illər) Taksin Çinavatı bir il həbs cəzasına məhkum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tailandın PBS” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, həmçinin üç həkim də cəzalandırılıb, onlardan birinə töhmət verilib, digər ikisinin lisenziyaları ləğv edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanlış tibbi məlumat təqdim ediblər. Çünki Çinavatın əvvəlki cəzasını çəkdiyi zaman …

Read More »

BMT Baş Assambleyasının yeni sessiyası sentyabrın 9-da başlayacaq

BMT Baş Assambleyasının növbəti, 80-ci sessiyası sentyabrın 9-da başlayacaq. Boyukmillet.com-un xəbərinə görə, çərşənbə axşamı BMT Baş Assambleyasının 79-cu sessiyasının sonuncu iclası Filemon Yanqın sədrliyi ilə keçiriləcək və o səlahiyyətlərini Baş Assambleyanın 80-ci sessiyasının sədri, əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş Annalena Berboka təhvil verəcək. Yeni sessiyanın əsas hadisəsinin sentyabrın 23-dən 27-dək, eləcə də sentyabrın 29-da keçiriləcək Yüksək Səviyyəli həftə …

Read More »

Tramp ABŞ-də ukraynalı qadının qətlində demokratları təqsirləndirib

ABŞ Prezidenti Donald Tramp sentyabrın 9-da bildirib ki, demokratlar Amerikanın Şarlott şəhərində (Şimali Karolina) ukraynalı qaçqının qətlinə görə məsuliyyət daşıyırlar, çünki cinayətkarlıqla fəal mübarizə aparmırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Amerika lideri “Truth Sosial”da yazıb. Vaşinqton administrasiyasının rəhbəri qeyd edib ki, o, Şarlottda ictimai nəqliyyatda hərəkət edən ukraynalı gənc qaçqının ruhi xəstənin vəhşicəsinə hücumuna məruz qaldığı dəhşətli videonu görüb. …

Read More »