Venesuela ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmilərini Karib dənizinə yerləşdirməsi və Latın Amerikasında sülhə təhlükə ilə bağlı BMT-nin baş katibinə müraciət edib. Boyukmillet.com-un xəbərinə görə, bunu Bolivar Respublikasının xarici işlər naziri İvan Gil Pinto BMT-nin Venesueladakı rezident əlaqələndiricisi Canluka Rampolla ilə görüşündən sonra özünün teleqram kanalında bildirib. “Biz BMT-nin baş katibi Antonio Quterreşə sağlam düşüncənin bərpası xahişi ilə müraciət etdik, ABŞ …
Read More »Avstraliya Baş naziri İranı antisemit hücumların təşkilində ittiham edib
Avstraliyanın Baş naziri Entoni Albaneze İranı ölkəsində baş vermiş azı iki antisemit hücumu yönləndirməkdə ittiham edib. Boyukmillet.com “Politico”ya istinadən xəbər verir ki, baş nazir Avstraliyanın kəşfiyyat xidmətlərinin İranın Sidney şəhərindəki bir restorana və Melburndakı bir sinaqoqa edilən hücumlarla əlaqəsi olduğunu müəyyən etdiyini açıqlayıb. O bildirib ki, bu hadisələrlə əlaqədar olaraq Avstraliya çərşənbə axşamı İran səfirini ölkədən çıxarır. “Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı …
Read More »FED rəsmisi ipoteka fırıldaqçılığı ehtimalına görə vəzifəsindən kənarlaşdırılıb
ABŞ Prezidenti Donald Tramp ipoteka krediti alarkən fırıldaqçılıq etdiyi ehtimal olunan ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib. Boyukmillet.com-un məlumatına görə, Tramp müvafiq fərmanın mətnini “Truth Social”da paylaşıb. “Kuk ipoteka müqaviləsi bağlayarkən Miçiqan ştatındakı yaşayış obyektinin növbəti il ərzində onun əsas yaşayış yeri olacağını bildirib. İiki həftə sonra o, oxşar sənədləri doldurarkən Corciya ştatındakı …
Read More »Polşa baş nazirinin müavini Prezidenti tənqid edib
Polşa, prezident Karol Navrotskinin qoyduğu veto səbəbindən Ukrayna üçün “Starlink” peyk internetinə girişi maliyyələşdirməyi davam etdirə bilməyəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə bazar ertəsi Polşanın baş nazirinin müavini, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir. Çünki bu, əslində Ukrayna vətəndaşlarına yardım haqqında qanunun dayandırılması deməkdir. Bu, həmçinin Ukrayna hökumətinin …
Read More »Polşada təyyarə qəzaya uğrayıb, ölənlər var
Polşada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Bildirilir ki, hadisə Polşanın Kşitsko-Velike kəndində yaşayış evlərinin yaxınlığında baş verib. Polis və prokurorluq hadisə ilə bağlı araşdırma aparır.
Read More »Britaniyada helikopter qəzaya uğrayıb
Böyük Britaniyanın Uayt adasında dəniz kənarındakı kurort şəhərinə yaxın ərazidə helikopter qəzaya uğrayıb. Bu barədə Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir. İlkin məlumata görə, helikopter bu gün səhər saatlarında Uayt adasının cənub-şərq sahilindəki şəhərin yaxınlığında bir sahəyə düşüb. Hazırda helikopterin göyərtəsində olanların və xəsarət alanların sayı barədə məlumat yoxdur.
Read More »Tramp Merilend ştatına qoşun göndərməyi təklif edib
ABŞ prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ues Mura cinayətlə mübarizə üçün ştata ordu göndərməyi təklif edib. Boyukmillet.com xəbər verir ki, o, bu fikri “Truth Social” şəbəkəsində yazıb. “Əgər Ues Murun Kaliforniya qubernatoru Gevin Nyusomun Los-Ancelesdə etdiyi kimi köməyə ehtiyacı olarsa, o zaman mən qonşu Vaşinqtonda olduğu kimi oraya qoşun göndərəcəyəm və tez bir zamanda cinayətkarlıqdan qurtulacam”, – o yazıb. …
Read More »Almaniyada Rusiyanın NATO-ya daxil olmaq ideyası ilə bağlı məxfi sənədlər dərc edilib
1994-cü ildə ABŞ və Rusiya prezidentləri Bill Klinton və Boris Yeltsin Rusiyanın NATO-ya daxil olması məsələsini ciddi şəkildə müzakirə ediblər, lakin Avropa ölkələri, xüsusən də Almaniya buna qarşı çıxıb. Boyukmillet.com-un məlumatına görə, məxfi sənədləri Almaniyanın “Der Spiegel” nəşri dərc edib. Jurnal bir sıra məxfi sənədləri, o cümlədən Almaniya kansleri Helmut Kolun Klintona məktubunu, Rusiya və ABŞ-dakı alman diplomatlarının hesabatlarını, həmçinin …
Read More »İsrailin Nazirlər Kabineti Qəzzada əməliyyat planının təsdiqlənməsi üçün toplanacaq
İsrailin Siyasi və Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Kabineti avqustun 26-da keçiriləcək iclasında Qəzza şəhərinin ələ keçirilməsi planına baxacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. Məlumata görə, məhdud saylı nazirlərdən ibarət Kabinetdə üzvlərdən Qəzza şəhərində əməliyyat planının təsdiqlənməsi üçün səsvermə tələb olunacaq. Bundan əlavə, görüşdə radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsinə dair razılaşma üzrə danışıqların gedişi ilə …
Read More »Maduro ABŞ-nin təhdidinə cavab olaraq Venesuelanın səfərbərliyini yüksək qiymətləndirib
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin müdaxilə təhlükəsinə cavab olaraq Milli Bolivar Polis Təşkilatına səfərbərlik və qəbul kampaniyasını müsbət qiymətləndirib. Boyukmillet.com-un məlumatına görə, N. Maduroa bu barədə “Venezolana de Television” kanalında yayımlanan müraciətində danışıb. “Bu gün müdafiə sisteminin bütün xalq, hərbi və polis qüvvələrinin dinamik yenidən təşkilinin uğurlu başlanğıcı qoyuldu”, – deyə o qeyd edib. O vurğulayıb ki, ölkə boyu həyata …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
