Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

İsraildə təyyarə qəzaya uğradı: 2 nəfər həlak oldu

İsrailin şimalında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər — pilot və sərnişin həlak olub. Bu barədə The Times of Israel qəzeti məlumat yayıb. İsrail mediasının “Emek” Tibb Mərkəzinin məlumatlarına istinadən verdiyi xəbərə görə, hadisə zamanı ağır xəsarətlər alan pilot və sərnişin dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb və tibb müəssisəsində ölüm …

Read More »

DİPLOMATİK QALMAQAL: Rusiya səfirin iqamətgahını BOMBALADI

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi kütləvi hücumu zamanı Albaniyanın Ukraynadakı səfirinin iqamətgahının yerləşdiyi yaşayış kompleksinə ziyan dəyib. Boyukmillet.com xəbər verir ki, bu səbəbdən Rusiyanın Albaniyadakı səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Albaniyanın xarici işlər naziri  Ferit Hoxha “X” platformasında bildirib ki, Albaniya Rusiyanın Ukraynada mülki obyektlərə qarşı həyata keçirdiyi “növbəti qəddar və fərq qoyulmayan raket və dron hücumunu” qətiyyətlə …

Read More »

Müsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıb

ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla razılığa gəlməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. Ağ Ev rəhbəri daha əvvəl Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışdığını və onlarla İranla sülh müqaviləsinin …

Read More »

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib. “Report”un AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb. Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb. Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin …

Read More »

ABŞ-ın nüvə mütəxəssisləri Ermənistana buna görə gəliblər

Ermənistanda seçki kampaniyasının qızışdığı bir vaxtda ABŞ-nin nüvə mütəxəssisləri İrəvana gəliblər. Erməni mediası yazır ki, səfərdə məqsəd Ermənistanda kiçik modul reaktor (SMR) tikilməsi imkanları və texniki perspektivləri müzakirə olunub.Qeyd etmək lazımdır ki, səfər Ermənistanın yeni nüvə enerji bloku üçün texnologiya seçimi ilə bağlı vacib bir qərarla üzləşdiyi bir vaxtda baş tutur.  Maraqlıdır ki, hakim Mülki Müqavilə Partiyasının seçki proqramında 2027-ci …

Read More »

Kömür şaxtasında partlayış – 82 ölü, onlarla itkin!

Dünyanın ən böyük kömür istehsalçılarından olan Çində son onilliyin ən ağır, dəhşətli və qanlı sənaye qəzalarından biri qeydə alınıb. Şimal bölgəsində yerləşən nəhəng kömür yatağında baş verən güclü partlayış bütöv bir bölgəni yasa boğub. Boyukmillet.com xəbər verir ki, Çinin şimalındakı Şanşı əyalətinin Çançji şəhərinin Çinyuan rayonunda yerləşən “Liushenyu” kömür şaxtasında daxildə yığılıb qalan qazın qəfil partlaması nəticəsində azı 82 mədənçi …

Read More »

Hörmüz və uran savaşı: ABŞ-İran sülh sazişində yeni tələblər masada

Yaxın Şərqdə davam edən hərbi qarşıdurmanın dayandırılması və Hörmüz boğazındakı blokadanın aradan qaldırılması üçün diplomatik vasitəçilik missiyasını icra edən regional güclərdən növbəti mühüm bəyanat gəlib. ABŞ və İran arasında keçid razılaşmasının əldə olunması istiqamətində danışıqların gedişatı qlobal diqqət mərkəzindədir. Boyukmillet.com  xəbər verir ki, Pakistan hökuməti Vaşinqton və Tehran arasında müharibəyə son qoyacaq aralıq (keçid) sazişinin imzalanması imkanlarını hələ də müsbət …

Read More »

ŞOK! Qonşu ölkənin raketini ələ keçirib şifrəsini SINDIRDI

Hindistanın qonşusu Pakistan Hərbi Hava Qüvvələrinin inventarında olan Çin istehsalı PL-15E hava-hava raketinin elektron infrastrukturu və radar şifrələrinin çözüldüyü iddia olunub. Boyukmillet.com xəbər verir ki, Fransa müdafiə mediasına əsaslanan xəbərlərə görə, 2025-ci ilin may ayında Pakistana aid döyüş təyyarəsindən atıldığı və Hindistan ərazisinə düşdüyü güman edilən raket, özünü məhv etmə mexanizmi daşımadığı üçün hind mütəxəssislər tərəfindən detallı şəkildə araşdırılıb. Hindistan …

Read More »

Ukrayna Rusiyanın mərkəzindəki bütün NEZ-lərin işini iflic etdi

Rusiyanın mərkəzindəki demək olar ki, bütün əsas neft emalı zavodları son günlərdə Ukraynanın dron hücumlarından sonra yanacaq istehsalını dayandırmaq və ya azaltmaq məcburiyyətində qalıb. Boyukmillet.com Reuters-ə istinadən xəbər verir ki, tam və ya qismən bağlanan neft emalı zavodlarının ümumi gücü ildə 83 milyon metrik tondan və ya gündə təxminən 238.000 tondan çoxdur. Bu, Rusiyanın ümumi neft emalı gücünün təxminən dörddə birini …

Read More »

Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik

Rusiya Federasiyası Hökumətinin 27.04.2026-cı il tarixli 467 nömrəli Qərarına əsasən, Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin və Gürcüstanın vətəndaşı olan, beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülərin Rusiya Federasiyası ərazisində vizasız müvəqqəti qalma müddəti bir təqvim ili ərzində ümumilikdə 180 günədək artırılmışdır. Boyukmillet.com  xəbər verir ki, bildirilmişdir ki, həmin müddət yalnız müəyyən edilmiş qaydada elektron müraciətin təqdim olunması əsasında tətbiq …

Read More »