Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

Fransanın Baş Qərargah rəisi Rusiyanın Ukraynada strateji qələbəsinin qarşısını almağa çağırıb

Fransa Milli Assambleyasında bu yaxınlarda keçirilən dinləmələr zamanı Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Tyerri Burkhar Ukraynadakı münaqişənin gedişatını dəyişdirməyə və Rusiyanın strateji qələbəsinin qarşısını almağa çağırıb. Bu barədə Boyukmillet.com “Le Figaro” qəzetinə istinadən xəbər verir. O qeyd edib ki, təmas xəttindəki çətin vəziyyətə baxmayaraq, Rusiya qoşunları Ukrayna ordusundan dəqiqə artıq dayana bilir: “Biz nəzərdə tutduğumuz nəticələrlə strateji məğlubiyyətin Rusiyanın …

Read More »

Hakerlər Trampın yaxın çevrəsindən oğurlanmış elektron məktubları dərc etməklə hədələyiblər

İranla əlaqəsi olduğu iddia edilən hakerlər Ağ Evin aparat rəhbəri Syuzan Uayls və ABŞ prezidenti Donald Trampın vəkili Lindsi Halliqanın oğurlanmış elektron məktublarını yaymaqla hədələyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. “İranla əlaqəsi olan hakerlər ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən oğurlanmış daha çox elektron məktubları yaymaqla hədələyiblər. Hakerlər bildiriblər ki, Ağ Ev aparatının rəhbəri Syuzan …

Read More »

Ekvadorda dövlət vəsaitini mənimsəyən keçmiş vitse-prezidentə hökm oxunub

Ekvadorda məhkəmə keçmiş vitse-prezident Xorxe Qlas və yenidənqurma komitəsinin keçmiş katibi Karlos Bermudes barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. İstintaq müəyyən edib ki, məmurlar zərər çəkmiş Manabi və Esmeraldas əyalətlərinə yardım üçün nəzərdə tutulmuş büdcə vəsaitlərindən sui-istifadə ediblər. Vəsaitlər fəlakətin nəticələrinə aidiyyatı olmayan layihələrə, o cümlədən zəlzələdən zərər görməyən obyektlərə və yararsız …

Read More »

ABŞ Suriyaya qarşı sanksiyaların əksəriyyətinin ləğv edib

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Mətni ABŞ administrasiyası tərəfindən dərc edilən sərəncamda qeyd edilib ki, Suriyaya qarşı sanksiyalar ləğv edilir, lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır. Sərəncam …

Read More »

Ermənistan da Rusiyaya qarşı demarş prosesini açıq şəkildə aparmağa başladı – “Sputnik Armenia” hədəfə alındı

“Sputnik Armenia”nın Fransanın Ermənistana dəstəyini qınayan, Makronun Paşinyanla telefon danışığını aşağılamağa çalışan xəbəri, əslində, Moskvanın Ermənistana qarşı informasiya təzyiqinin bariz nümunəsidir. Boyukmillet.com erməni mediasına istinadla bildirir ki, agentlik açıq şəkildə Ermənistanın daxili və xarici siyasətinə müdaxilə edən mövqe ortaya qoyur, Ermənistanın qərarlarını şübhə altına alır. Rusiya mediasının bu cür davranışı Ermənistanda ciddi narazılıq doğurur və faktiki olaraq İrəvanın Moskvaya qarşı …

Read More »

Ukrayna Ottava Konvensiyasından çıxır

Ukrayna piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasından çıxır. Boyukmillet.com xəbər verir ki, bu barədə öz feysbuk səhifəsində “Qolos”dan olan xalq deputatı, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko yazıb: “Mənə indicə məlumat verildi ki, Ukrayna prezidenti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının dövlətimizin Ottava Konvensiyasından – piyada əleyhinə minaların istifadəsini, yığılmasını və …

Read More »

Tramp İrana dinc nüvə proqramı üçün 30 milyard dollar vermə planları barədə xəbəri təkzib edib

ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi ideyasından əl çəkməsi şərti ilə Amerika administrasiyasının Tehrana dinc nüvə proqramının inkişafı üçün təxminən 30 milyard dollar investisiya almasına kömək etmək planları barədə mediada yayılan məlumatları təkzib edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Amerika lideri “Truth Sosial” sosial şəbəkəsində yazıb. “Yalançı mediadan hansısa deyir ki, “Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün …

Read More »

Rusiyanın Ukraynaya qarşı atdığı raket və dronların ABŞ, Avropa tərəfindən ötürüldüyü məlum olub

Kiyevdə Ukraynaya qarşı Rusiya tərəfindən istifadə edilən, havada zərərsizləşdirilən yeni dron və raketlərin komponentləri nümayiş etdirilib. Bu barədə “Report”un Şərqi Avropa bürosu xəbər verir. Məlumata görə, bu komponentlərin, sanksiyalara baxmayaraq, ABŞ, bəzi qərbi Avropa, İran və Çin şirkətləri tərəfindən Rusiyaya ötürüldüyünün məlum olub. Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən beynəlxalq konfransda bildirib ki, Rusiya raketlərində Fransa, Almaniya, …

Read More »

İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb

İranda İsraillə 12 günlük münaqişə zamanı həlak olanlar üçün dəfn mərasimi başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” İran KİV-ə istinadən məlumat yayıb. Bildirilib ki, mərasim təxminən 60 həlak olan şəxsə həsr ediləcək. Onların arasında ali hərbi rəhbərlik, həmçinin nüvə alimləri də var. Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı “Yüksələn Şir” (“Rising …

Read More »

ABŞ BMT TŞ-yə İranla saziş bağlamağa çalışdığı barədə məlumat verib

Birləşmiş Ştatlar Tehranın nüvə proqramı ilə bağlı İranla razılaşma əldə etməyə çalışır; belə bir razılaşma bölgəyə sülh və firavanlıq gətirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şinin Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubunda deyilir. “Birləşmiş Ştatlar İran hökuməti ilə saziş bağlamaq cəhdinə sadiqdir”, – sənəddə deyilir. Qeyd olunur ki, əgər İran hökuməti nüvə ambisiyalarından əl …

Read More »