İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20 qırıcı Tehran və İranın qərbindəki “hərbi” hədəflərə 30 bomba atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, xüsusilə qırıcı təyyarələr İsrail dövlətinin ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulan raketlərin saxlanması və buraxılması üçün infrastruktura, həmçinin İranın qərbindəki Kirmanşah və Medandakı hərbi radar stansiyalarına hücum edib. …
Read More »İran ABŞ-nin hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib. “Report”un Türkiyə bürosu xəbər verir ki, A.Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında belə çağırışla çıxış edib. Nazir ABŞ-nin İranın nüvə mərkəzlərini hədəf almasının böyük təhlükə olduğunu bildirib. O, hücumlar …
Read More »İran XİN: Ölkənin nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq
ABŞ İsfahandakı, Nətənzdəki və Fordodakı İran mülki obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahlarının yayılmaması rejimini pozub, nüvə infrastrukturuna zərbələr uzunmüddətli nəticələrə səbəb olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədə yazıb. “Təhlükəsizlik Şurasının daimi üzvü olan Amerika Birləşmiş Ştatları İranın dinc nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını …
Read More »Körfəz ölkələrində radiasiya fonunda dəyişikliklər aşkarlanmayıb
İran nüvə obyektlərinə ABŞ-nin zərbələrindən sonra Körfəz dövlətlərində radiasiya fonunda dəyişikliklər qeydə alınmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Nüvə və Radiasiya Nəzarəti İdarəsinin sosial şəbəkədəki bəyanatında deyilir. “Amerika hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində Səudiyyə Ərəbistanı və Fars körfəzi dövlətlərinin ətraf mühitinə radioaktiv təsir qeydə alınmayıb”, – tənzimləyici qurum bildirib. Xatırladaq ki, daha əvvəl Tramp İranın …
Read More »Tramp İranda yerüstü əməliyyatın mümkünlüyü barədə danışmaq istəməyib
ABŞ prezidenti Donald Tramp ölkənin quru qoşunlarının İranda istifadəsi imkanlarını belə müzakirə etmək istəmədiyini bildirib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Nyu-Cersidə jurnalistlərə açıqlamasında danışıb. “Mən quru qoşunları haqqında danışmayacağam. Quru qoşunları istifadə etmək istədiyimiz son şeydir”, – Amerika lideri vurğulayıb. Tramp danışıqların davam etdiyi bir vaxtda şəraitdən asılı olaraq İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini təklif …
Read More »İran Qətəri ABŞ bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib
İran Qətəri ABŞ bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb. Diplomatik mənbələr bildiriblər ki, ABŞ Hərbi Hava Qüvvələrinin regiondakı ən böyük aviabazası – “Əl-Üdeyd” Qətər ərazisində yerləşir. Qəzet yazıb ki, ABŞ İsrailin Tehrana qarşı əməliyyatına qoşulmağa qərar verərsə, İran zərbələrinin hədəfləri Yaxın Şərq boyunca Vaşinqtonun …
Read More »İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub
İsrail hərbçiləri Tehranda onlarla hədəfi, o cümlədən İran Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları və Tədqiqatları Agentliyinin (SPND) qərargahını vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Qüvvələri (IDF) Tehranın mərkəzində silsilə zərbələri tamamlayıb: onlarla hədəf, o cümlədən raket istehsalı ilə bağlı hərbi obyektlər, İranın nüvə layihəsi ilə əlaqəli SPND qərargahı vurulub”, – məlumatda bildirilir.
Read More »İsrail Rəşt şəhərinə hücum edib
İsrail İranın şimalında yerləşən Rəşt şəhərinə zərbələr endirib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Gilan vilayətinin valisinin müavini Əli Baqeri bildirib.
Read More »Ağ ev: Tramp iki həftə ərzində ABŞ-nin İrana zərbələr endirəcəyi barədə qərar verəcək
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Tehranla onun nüvə proqramı üzrə diplomatik əlaqə şansları var və iki həftə ərzində ABŞ-nin İrana zərbələr endirəcəyi barədə qərar verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün müntəzəm brifinqdə bildirib. “İranla danışıqların yaxın gələcəkdə baş tuta biləcəyi və ya baş tutmayacağı ilə bağlı əhəmiyyətli ehtimal olduğu …
Read More »Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
Bolqarıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıdan davam etdirəcək. Boyukmillet.com Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib. “Biz İrandakı səfirliyi bağlamırıq, təhlükə sovuşana qədər onu Bakıya köçürürük”, – Baş nazir deyib. Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Budapeşt Yaxın Şərqdə gərginliyin artması …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
