Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

Ukraynanın Rusiyaya təqdim etdiyi memorandumun təfərrüatları məlum olub

Ukraynanın “İctimai” nəşri Rusiya və ABŞ-yə təklif olunan Ukrayna memorandumunun tam mətnini təqdim edib. “Report”un nəşrə istinadən verdiyi məlumata görə, Kiyev danışıqlar üçün şərt kimi Moskvadan “göydə, quruda və dənizdə” qeyd-şərtsiz atəşkəs tələb edib. Bundan əlavə, Ukrayna tərəfi etimadın möhkəmləndirilməsi tədbiri kimi ölkədən deportasiya edilmiş və qeyri-qanuni köçkün edilmiş bütün uşaqların geri qaytarılmasında, “hamı üçün” prinsipi ilə məhbusların mübadiləsində israrlıdır. …

Read More »

İnanılmaz: Rusiya aerodromları vurulur, 40 təyyarə məhv edildi – Video

Ukrayna ordusu hazırda Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk məlumat verib. Onun sözlərinə görə, İrkutsk vilayətindəki “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Belaya” aerodromu, Murmansk vilayətində “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Olenya” aerodromları hücuma məruz qalıb. “Belaya aerodromu indi necə gözəl görünür, strateji düşmən aviasiyası”, – Malyuk yaydığı videoda bildirib. …

Read More »

Sumıda təhlükə böyüyür – Ukrayna kəndləri boşaldır, yeni hücum gözlənilir

Ukrayna Rusiya ordusunun hücumlarının intensivləşməsi fonunda Sumı vilayətində yeni təxliyə qərarı verib.Boyukmillet.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov açıqlama verib. Onun sözlərinə görə, Rusiya ilə sərhəddə yerləşən 11 kənd və yaşayış məntəqəsi güclü atəşə tutulduğuna görə məcburi şəkildə boşaldılır. Beləliklə, Kurks, Bryansk və Belqorod vilayətləri ilə sərhəddə yerləşən, təxliyə edilən yaşayış məntəqələrinin ümumi sayı 213-ə çatıb. …

Read More »

Cənubi Sudanda silahlı müxalifətin əsas bazalarından birinə hücum edilib

Cənubi Sudan ordusunun bölmələri və qonşu Sudanın Çevik Reaksiya Qüvvələri birgə əməliyyat zamanı Cənubi Sudanın “Müxalifətdə Sudan Xalq Azadlıq Hərəkatı”nın (SPLM-O) əsas hərbi bazalarından birinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sudan Post” məlumat yayıb. Nəşr qeyd edir ki, ölkənin şimalında, Sudanla sərhədə yaxın Qariya kəndində yerləşən strateji əhəmiyyətli baza şərq və şimaldan irəliləyən qüvvələr tərəfindən mühasirəyə alınmaq …

Read More »

Misir sərhədçiləri 24 milyon dollar məbləğində narkotik maddə müsadirə ediblər

Misirdə sərhədçilər 24 milyon dollar dəyərində narkotik daşınmasını müsadirə edib. Bu barədə Boyukmillet.com ölkənin silahlı qüvvələrinə istinadən xəbər verir. Narkotiklər tərəvəz daşınan yük maşınında gizlədilib. Çəkisi 12 tondan çox olan yük Süveyş kanalının altından keçən Əhməd Həmdi tunelinin yaxınlığında müsadirə edilib. Müsadirə edilən narkotik vasitələr qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Read More »

Tramp ABŞ-nin Türkiyədəki səfirini Suriya üzrə elçi təyin edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tomas Barrakı Suriyada elçi təyin edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ ev rəhbəri sosial şəbəkədə bildirib. “Mən məmnuniyyətlə elan edirəm ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak Suriyada elçimiz kimi xidmət edəcək. Tom radikalizmi dayandırmaq, münasibətləri yaxşılaşdırmaq, Yaxın Şərqdə sülhü təmin etmək məqsədilə Suriyada işləməyin potensialının nə qədər böyük olduğunu anlayır. Birlikdə hərəkət …

Read More »

İran Fransa XİN rəhbərinin “alçaldıcı ifadələri və əsassız bəyanatlarına” etiraz edib

Etiraza səbəb “Kann” festivalında iranlı dissident rejissor Cəfər Pənahinin filminin qalib olması ilə bağlı səsləndirilən fikirlər olub İran Xarici İşlər Nazirliyi Fransa səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, Fransa xarici işlər naziri Jan-Noel Barronun bəyanatı ilə əlaqədar ona etirazını bildirib.Bu haqda İSNA dövlət xəbər agentliyi mayın 25-də məlumat verib. Etiraza səbəb Fransa XİN rəhbərinin “Kann” festivalında iranlı dissident rejissor Cəfər Pənahinin filminin …

Read More »

Türkiyə ABŞ və Avropanın Suriyaya qarşı sanksiyaların ləğvi qərarını alqışlayır

Türkiyə və Rusiya Suriyanın suverenliyini qorumaq və sabitliyini təmin etmək üçün səylərini davam etdirəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Suriyanın yeni hakimiyyəti ölkədə terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni davam etdirir. “Türkiyə ABŞ və Avropanın Suriyaya qarşı ləğv etmək qərarını alqışlayır. Türkiyə Prezidenti …

Read More »

Rusiya üçün gerisayım başladı: Trampdan TƏCİLİ QƏRAR gözlənilir

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin hərəkətlərindən və sülh danışıqlarının gedişindən məyus olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Mənbələrin bildirdiyinə görə, hələlik yekun qərar verilməsə də, ABŞ lideri Moskvaya qarşı sanksiyalar tətbiq etməyi düşünür. Yeni məhdudiyyətlərin bank sektoruna təsir göstərməsi ehtimalı azdır, lakin 30 günlük atəşkəsə nail olmaq üçün təzyiq tədbirlərini əhatə edə …

Read More »

“Tramp NATO sammitinə gəlməsə, alyans çökə bilər” – Polşa Prezidenti xəbərdarlıq etdi

Polşa Prezidenti Andjey Duda bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etməməsi alyans üçün ciddi böhran yaradacaq. Boyukmillet.com xəbər verir ki , Duda bu cür addımın NATO-nun birliyi və gələcəyi üçün təhlükəli siqnal ola biləcəyini vurğulayıb. Bundan əvvəl Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri məlumat yaymışdı ki, Tramp NATO ölkələrinin hərbi xərcləri artırmaq üçün konkret addımlar atmadığı təqdirdə, sammitə …

Read More »