Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başlayandan bəri ölən rusiyalı əsgərlərin sayı 249 110-a çatıb. Boyukmillet.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 620 rus əsgərini və 30-dan çox artilleriya sistemini məhv edib. Baş Qərargahın məlumatına görə, son sutka ərzində Rusiyaya məxsus 4 tank, 2 zirehli döyüş maşını, 32 artilleriya sistemi, 12 pilotsuz uçuş aparatı, 30 nəqliyyat vasitəsi …
Read More »Nigerin devrilən Prezidenti ABŞ və beynəlxalq ictimaiyyətə çağırış edib
Nigerin hərbi yolla devrilən Prezidenti Məhəmməd Bazum ABŞ və beynəlxalq ictimaiyyətdən kömək istəyib. Boyukmillet.com xəbər verir ki, məlumatı “France24” TV yayıb. O, ünvanladığı müraciətində hazırda girovda olduğunu və köməyə ehtiyacının yarandığını söyləyib. “The Washington Post” qəzetində dərc olunan məqalədə M.Bazum ABŞ və beynəlxalq ictimaiyyəti Nigerin konstitusiyasının bərpasına yardım etməyə çağırıb. Demokratik yolla ölkə rəhbəri seçildiyini deyən M.Bazum xatırladıb ki, bu, …
Read More »KİV: Rusiya 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə Ukraynanı vurur
Rusiya Ukraynanı 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə bombalayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun “Sxemlər” proqramında bildirilib. Bildirilib ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2 noyabr 1999-cu il tarixli razılaşma əsasında X-55 qanadlı raketlərini istehlak etdiyi Rusiya qazına görə borcunu ödəmək müqabilində Rusiya Federasiyasına verib. Jurnalistlər Rusiyanın artıq Ukrayna şəhərlərinə atdığı mərmi siyahısından azı onlarla …
Read More »Sudanda məcburi köçkünlərin sayı 3 milyonu ötüb
Bir həftə ərzində 334 mindən çox sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb və aprelin 15-də ölkədə qarşıdurmaların başladığı vaxtdan bəri məcburi köçkünlərin sayı 3 milyonu keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb. İdarə davam edən müharibə səbəbiylə aclıq və əhalinin köçməsinin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib. Qeyd olunub ki, 855 mindən çox sudanlı …
Read More »ABŞ Nigerdəki üsyançılara qarşı güc tətbiq etməyi düşünmür
ABŞ administrasiyası Burkina-Faso və Mali rəhbərliyinin xəbərdarlıqlarına cavab olaraq əmin edib ki, Birləşmiş Ştatlar Nigerdəki üsyançılara qarşı güc tətbiq etməyi düşünmür. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib. “Potensial hərbi münaqişə ilə bağlı xəbərlərə verdiyim yeganə şərh odur ki, biz bu vəziyyəti sülh yolu ilə həll etməyə çalışırıq. Biz inanırıq ki, bu vəziyyətin sülh …
Read More »Braziliya Prezidenti beynəlxalq ticarətdə ABŞ dollarından imtinaya çağırıb
Braziliya prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ticarətdə ABŞ dollarından imtina etməyə və ABŞ valyutasına alternativlər yaratmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, dolardan imtina BRİKS dövlətləri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda da tətbiq edilə bilər: “Hamı bilir ki, mən ölkələrimiz arasında ticarət üçün öz valyutamızın yaradılmasının tərəfdarıyam. Biz öz valyutalarımızda bunu edə …
Read More »Çin və ABŞ arasında təhlükəsizlik məsələləri müzakirə edilib
ABŞ müdafiə nazirinin Hind və Sakit okeanda təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Retner və Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya departamentinin rəhbəri Yan Tao iki ölkə arasında müdafiə və təhlükəsizlik əlaqələrini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. ABŞ müdafiə nazirinin köməkçisi Pentaqonun Birləşmiş Ştatlar və Çin arasında hərbi kommunikasiya xətlərini açıq saxlamaq …
Read More »Donald Trampı 561 ilədək həbs cəzası gözləyir
İrəli sürülən üç iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-ın sabiq prezidenti Donald Tramp 561 ilədək həbs cəzasına məhkum oluna bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti tərəfdarlarına müraciətində bildirib. Tramp tərəfdarlarını Amerikanın tiranlığa sürüklənməsinə qarşı sülh yolu ilə onun yanında olmağa çağırıb: “Korrupsiyaya uğramış Cozef Baydenin Ədliyyə Nazirliyi yenidən mənə qarşı qanunsuz ittihamlar irəli sürüb. Məni ümumilikdə 561 …
Read More »Çin öz nümayəndəsini Ciddəyə Ukrayna üzrə məsləhətləşmələrə göndərəcək
Çin hökuməti Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Huini Qərb və Kiyevin təşəbbüsü ilə Ciddədə baş tutacaq Ukrayna üzrə məsləhətləşmələrə göndərməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Avropa və Amerika rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin fikrincə, Pekin bu ilin iyununda Kopenhagendə keçirilmiş əvvəlki məsləhətləşmələrdə iştirakdan çəkindiyi üçün belə bir addımla mövqeyində əhəmiyyətli dəyişiklik etdiyini …
Read More »Putin və Ərdoğan arasında telefon danışığı olacaq
Avqustun 2-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, Putinin Türkiyəyə mümkün səfər tarixi hələlik məlum deyil. Telefon danışığının mövzusu, eləcə də digər təfərrüatlar açıqlanmır.
Read More »