Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə kilsə bəyanat yayıb. Qeyd olunub ki, qeydiyyat dini təşkilata paytaxt Bakı ərazisində kilsə adından fəaliyyət göstərmək hüququnu verir. Öz növbəsində kilsə rəhbərliyi Azərbaycan hökumətinə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verir və ölkəmizdə tarixən müxtəlif …
Read More »DİN-ə yeni səlahiyyət verildi
Nazirlər Kabinetinin “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) Siyahısı” genişləndirilib. Siiyahıya Daxili İşlər Nazirliyi əlavə edilib.
Read More »Bölgələrdəki məscidlərə imam vakansiyası üzrə müsahibənin nəticələri elan olunub
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi elan olunub. Boyukmillet.com xəbər verir ki, bu, iyulun 2-də keçirilən müxtəlif bölgələrdəki məscidlərə imamların seçilməsi ilə əlaqədar imtahanın nəticələridir.
Read More »Dini Komitənin sədri Almaniyanın Süryani Ortodoks Kilsəsinin rəhbərliyi ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da ölkədə səfərdə olan Almaniyanın Süryani Ortodoks Kilsəsinin rəhbər heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın nümunəvi dövlət-din münasibətləri modeli, dövlətin din sahəsindəki siyasəti barədə danışan Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirdiyini, ayrı-ayrı dini konfessiyalara münasibətdə heç bir fərq qoyulmadan …
Read More »Allahşükür Paşazadə: İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır
Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazı xütbəsində deyib. “Bu il ilk dəfədir ki, biz bayram namazını bütöv Azərbaycanda qılırıq. Biz buna görə şəhidlərimizə minnətdarıq. Allah bizə daim zəfər nəsib etsin”, – o söyləyib.
Read More »Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib. Boyukmillet.com-un məlumatına görə, fətvada mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanları təbrik edilib. Bildirilib ki, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün …
Read More »Azərbaycandakı dini konfessiyalar seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar
Azərbaycandakı dini konfessiyalar fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı müraciət yayaraq seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar. Boyukmillet.com-un məlumatına görə, müraciətdə seçkilərin müstəqillik tarixində Azərbaycan ərazisində keçiriləcək ilk seçki olaraq xüsusi önəm, tarixi dəyər kəsb etdiyi bildirilib: “Xalqımıza hamılıqla növbəti seçkilərə qatılmaq və müstəqil iradə ortaya qoymaq fürsəti verilib. Azərbaycanın ən yeni tarixinin memarı, qalib sərkərdə, ölkəmizi uzun …
Read More »QMİ-nin sədr müavini: “Fransanın Ruanda və Əlcəzairdə törətdiyi soyqırımlar unudulmayıb”
“Fransanın Ruanda və Əlcəzairdə törətdiyi soyqırımları heç kim unutmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Bakıda keçirilən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Allah insanları müqəddəs Quranda birgəyaşayışa çağırır və dəvət edir: “Fransa bu gün dünyada humanizmdən, birgəyaşayışdan ən çox bəhs edən ölkələrdən biridir. Lakin …
Read More »Bakıda Avropa Ravvinlərinin Konfransı keçiriləcək
Avropa ölkələrindən olan yüzlərlə ravvin noyabrın 12-dən 15-dək Bakıda Avropa ravvinlərinin iki ildən bir keçirilən konfransında iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda ilk dəfə keçiriləcək konfransda 500-ə yaxın avropalı ravvinin iştirakı gözlənilir. “Azərbaycan yəhudi xalqı üçün xüsusi ölkədir və dünyada ən nadir yəhudi icmalarından biri məhz burada yaşayır”, – bu ilin əvvəlində Azərbaycanda səfərdə olan və Prezident İlham Əliyev …
Read More »Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb – FƏTVA
AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcək. Boyukmillet.com-un xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. Qeyd olunub ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
