“Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, səbəb onların monastra aidiyyatlarının olmamasıdır: “Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyatı yoxdur”.
Read More »Dövlət Komitəsində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və müvafiq orqanların rəhbər şəxsləri, dini konfessiya rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” filmi nümayiş …
Read More »Allahşükür Paşazadə: “Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır”
“Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O, Əfv Komissiyasının iclaslarında iştirak etdiklərini bildirib: “Müraciətləri oxuyan zaman görürük ki, əvvəlcə inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər”. A.Paşazadə vurğulayıb ki, ömürlük məhbuslarla bağlı müəyyən fikirlər …
Read More »Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad …
Read More »Mübariz Qurbanlı: “İranda müsəlman və şiə olmayan vətəndaşlar təqiblərə məruz qalır, ibadət yerləri dağıdılır”
İranda müsəlman və şiə olmayan vətəndaşlar təqiblərə məruz qalır, ibadət yerləri dağıdılır. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan monoetnik, İran isə monoməzhəb dövlətdir: “İran əhalisinin ən azı 15 faizi qeyri-müsəlman və qeyri-şiə məzhəbinə məxsus insanlardır: “Onlar təqiblərə məruz qalırlar. Burada əhli-sünnilərə məxsus məscidlər dağıdılıb. Sözügedən məsələnin …
Read More »Dini Komitənin sədri: “118 din xadimi işdən uzaqlaşdırılıb”
“118 din xadimi işdən uzaqlaşdırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, məscidlərə təyinatların verilməsi səlahiyyəti Dini Komitəsinə keçəndən sonra ölkədə təhsil almış, dövlətin maraqlarını qorumağa qadir olan 120-yə yaxın din xadimi təyinat alıb, 118 nəfər isə işindən uzaqlaşdırılıb.
Read More »Mübariz Qurbanlı: “İranın anti-Azərbaycan əməlləri bumeranq kimi özünə qayıdacaq”
“İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Qurum rəsmisi qeyd edib ki, İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir: “İran özü bundan çox ciddi ziyan çəkə bilər və çəkəcək”. “Həm bizim səfirliyimizə qarşı terror aktı, həm də deputat Fazil Mustafaya qarşı törədilmiş …
Read More »Məşədi Dadaş məscidində dini ayinləri icra edən şəxsin adı açıqlanıb, yeni imam təyin olunacaq
“Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri, Cümə namazlarını İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir: “Biz bunu Məşədi Dadaş məscidinin icması …
Read More »Azərbaycandakı dini icmaların nümayəndələri Qarabağ ermənilərinə çağırış ediblər
Azərbaycandakı dini icmaların nümayəndələri Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə çağırış edərək sülhə dəvət ediblər. Boyukmillet.com xəbər verir ki, onlar müraciətlərini martın 28-də Quba Soyqırımı Memorial Kompleksini ziyarətdən sonra səsləndiriblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib ki, ölkədə bütün dini və etnik qruplar üçün bərabər şərait yaradılıb: “Azərbaycanda formalaşmış tolerantlıq, multikultural, birgə yaşayış ənənəsinin dünya …
Read More »Azərbaycandakı qeyri-islam dini icmaların nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Azərbaycandakı qeyri-islam dini icmaların nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, ziyarətdə Azərbaycanda Katolik kilsəsinin Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti, Yeddinci Günün Adventistləri, Xilaskar Yevangelik-Lüteranlar, Bakı şəhəri Yeni Apostol, Həyat sözü Xristian, Yevangelist Məsihi Baptistlərinin Aqape, Həyat sözü, Həyatverici lütf, Alov, Vineyard, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
