Çərşənbə axşamı , 15 Sentyabr 2026

Dünya

Milli Qurtuluş Gününün bəhrələri – FOTOLAR

İyunun 14-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib, fakültənin yaranmasının 20 illiyi qeyd olunub. boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsi və fakültənin yaranmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını, universitetin bütün professor-müəllim heyətini və tələbələrini təbrik edərək deyib: …

Read More »

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilərin təntənəli yola salınması mərasimi keçirilib FOTO

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən boyukmillet.com-a bildiriblər ki, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb. Tədbirdə təlim iştirakçılarına hədiyyələr …

Read More »

Ramzan Kadırov dağıstanlıları hədələdi: “Dilinizi qopardarıq”

Çeçenistan lideri Ramzan Kadırov Dağıstan sakinlərini iki muxtar respublika arasında inzibati sərhədə görə mövcud olan mübahisələrlə əlaqədar “təxribata uymamağa” çağırıb. Mübahisə Dağıstanın Kizlyar rayonunun çıxışında yeni lövhənin peyda olması ilə yaranıb. Lövhədə “Çeçensitan Respublikası – Şelkovskoy Rayon” yazılıb. Bu ərazinin doğrudan da Çeçenistana aid olduğu məlumdur, amma əvvəllər burada heç bir yol lövhəsi olmayıb. İyunun 10-da sosial şəbəkələrdə qəzəbli videoşərhlər …

Read More »

DTX 2 saytın baş redaktorunu saxladı – DÖVLƏTƏ XƏYANƏT maddəsi – FOTO

“Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılmışdır”.boyukmillet.com Turkustan.info-ya istinadən xəbər verir ki, bu barədə bu gün DTX-nın yaydığı açıqlamada bildirilir. “Müəyyən edilmişdir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda …

Read More »

Türkiyənin yığcam kürd bölgələrində Ermənistanın fəallaşması qorxulu faktora çevrilir…

“Hesab edirəm ki, bu istiqamətdə işlərin davamı zəruridir” Son vaxtlar Türkiyə və həmin ölkənin adı olan bəzi məsələlərdə erməni təbliğatı güclənib. Xüsusilə də Türkiyənin kürd əsilli vətəndaşlarının kompakt yaşadığı ərazilərdə ermənilərlə sıx təmaslar qurulmağa meyllər nəzərə çarpır. Azərbaycanla həmsərhəd olan və soydaşlarımızın çoxluq təşkil etdiyi Qars və İğdır şəhərlərində son seçkidən sonra bələdiyyələrə rəhbərlik  kürdlərin partiyası sayılan HDP-nin əlinə keçib. …

Read More »

“Azərbaycan” qəzetində Rza Talıbovun “Müstəqil dövlətçiliyin təntənəsi” sərlövhəli məqaləsi dərc olunub – FOTOLAR

Bakı Dövlət Universitetinin dosenti, Batumi Dövlət Universitetinin fəxri doktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Azərbaycan” qəzetində  ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyası fəaliyyəti ilə bağlı geniş məqaləsi yer alıb. Məqalədə Ümummilli liderin 20-ci əsrin əvvəlində xalqımızın qədim dövlətçilik ənənəsinin davamı olaraq yaratdığı Şərqin ilk müstəqil, demokratik dövləti-  Xalq Cumhuriyyətinə verdiyi qiymət xüsusi olaraq vurğulanır.   Dahi şəxsiyyətin çətin zamanlarda xalqla birlikdə …

Read More »

Naxçıvandakı birgə hərbi təlimdən sonra üç ölkənin müdafiə naziri bir araya gəldi – düşmən narahatdır

Elxan Şahinoğlu: “Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, qalır bunu, sadəcə, rəsmiləşdirmək” İyunun 7-dən 11-dək Naxçıvanda Türkiyə və Azərbaycan birgə hərbi təlimləri yüksək səviyyədə başa çatdıqdan sonra Azərbaycan işğalçı Ermənistanın həyəcanına səbəb olan daha bir hərbi tədbirə ev sahibliyi etdi. Söhbət Qəbələ şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin toplantısından gedir. Üçtərəfli görüşdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə …

Read More »

“Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili” MMC-də baş verən mənimsəmələr.

boyukmillet.com baş direktor Vüqar Süleymanzadənin rəhbərlik etdiyi qurumdakı şok faktları təqdim edir.        Yük avtomobil sahiblərinə qarşı nəqliyyat işçilərinin törətdiyi özbaşına fəaliyyətlər illərdir ciddi bir problem kimi diqqət mərkəzindədir. Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra bu problem qismən həllini tapsa da amma görünür ki, hansısa qüvvələr ayda külli miqdarda pulun toplandığı bu sahəni əldən vermək istəmir. Nəqliyyat Rabitə və Yüksək …

Read More »

Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyasında üçüncü qüvvələr məsələsi…

Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan ölkəmizə ekstradisiya olunması ilə bağlı məsələ hələ də yubanır. Hətta vəziyyət o yerə çatıb ki, Azərbaycanın Rusiyadakı səfirliyi bununla bağlı Moskvaya rəsmi nota verib. Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar: “Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası …

Read More »

Azay Quliyev “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın koordinatoru seçildi

Bakıda “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması” təsis olunub. boyukmillet.com xəbər verir ki, təsis konfransında Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclisin deputatı Sahibə Qafarova, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya …

Read More »