(Poemadan parçalar) «…Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq qalacağam. Azərbaycanın dövlət müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır». Heydər Əliyev QURTULUŞ… Çaylar, göllər, dənizlər …
Read More »Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi, yas xərclərini öz üzərinə götürdü
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib. boyukmillet.com-un xəbərinə görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub. Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.
Read More »Ankara İrəvanı küncə sıxır: Türkiyədən Azərbaycana mühüm dəstək
Çavuşoğlu Parisdən ermənilərə səsləndi: “Özünüzə əminsinizsə!..”; Fransa məhkəmələri Qarabağla imzalanmış qanunsuz dostluq müqavilələrini ləğv edir, Moskva isə İrəvanı təhdid edir – düşmən həyəcanda; erməni siyasətçi: “Əleyhimizə təhlükəli proseslər gedir…” Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransaya səfər edib. Qardaş ölkənin baş diplomatı fransalı həmkarı Jan İv Le Drianla keçirdiyi mətbuat konfransında işğalçı Ermənistana çağırış edib. boyukmillet.com xarici qaynağa istinadən xəbər verir ki, …
Read More »Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşuldu
Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Fuad Abbasovun ailəsi məlumat yayıb. Bildirilib ki, yeni vəkil Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təyin olunub. O, bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılan Fuad Abbasovla görüşüb və materiallarla tanış olub. Qeyd edək ki, indiyə kimi …
Read More »Elçibəyin xanımının cənazəsi Naxçıvana yola salındı
Əbülfəz Elçibəyin dünən Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb. Cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib. Oğlu Ərturqut Əliyevin sözlərinə görə, anası doğma kəndi Kələkidə dəfn olunmağı vəsiyyət edib. boyukmillet.com-un məlumatına görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.
Read More »Emin Həsənli: 15 iyun xalqımızın milli qurtuluş yolunun başlanğıcıdır
Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mühüm bir mərhələnin başlanğıcıdır. Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, politoloq Emin Həsənli boyukmillet.com -a açıqlamasında deyib. E.Həsənli bildirib ki, hər bir xalqın və dövlətin tarixində həlledici, taleyüklü anlar, əsaslı dönüş məqamları var. Belə məqamlarda xalqını irəliyə …
Read More »Milli Qurtuluş Günü – xalqımızın şərəf tarixi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün …
Read More »Bakıda üç məzun dənizdə boğuldu – VİDEO
Buzovna çimərliyində üç nəfər dənizdə boğulub. boyukmillet.com Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olub. Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər. Oğlanların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 146 saylı məktəbin məzunları olduğunu bildirilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub: “Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. …
Read More »Elçibəyin həyat yoldaşı İstanbulda dünyasını dəyişdi, yaxınları şokdadır
Həlimə xanım Türkiyədə dünyasını dəyişib Mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım dünyasını dəyişib. boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, bu haqda sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkədə status yazıb: “Çox ağır xəbər aldım. Ə. Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. Allah rəhmət eləsin”. Əldə etdiyimiz məlumata görə, Həlimə xanım Türkiyədə müalicə alırmış. Mərhumun …
Read More »Erməni əsgəri məhv edilib
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində atışma nəticəsində erməni əsgəri məhv edilib. boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, dünən saat 17:05 radələrində, Qarabağda qanunsuz dislokasiya olunan hərbi hissələrdən birinin döyüş mövqeyində təxribata cəhd edən müddətli hərbi qulluqçu, əsgər Artyom Vazgen Xaçatryan məhv edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar