Cümə , 27 Fevral 2026

Dünya

Metroda növbəti həyəcan yaşandı

“Bakı Metropoliteni” QSC-nin “Nəsimi” stansiyasında 29 yaşlı oğlan relslərin üstünə yıxılıb. Bunu metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində baş verib. Belə ki, “Nəsimi” stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb: “Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya …

Read More »

Avropa Məhkəməsi: Ermənistan dövləti azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməlidir

Laçın rayonundan olan məcburi köçkünlər – Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub. Avropa Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, …

Read More »

Qırğızıstanın bir sıra KİV-ləri ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məqalələr yayıb

Qırğızıstanın “Kabar” milli informasiya agentliyi, “CA-News” portalı və “For.kg” xəbər saytı ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar geniş məqalələr yayıb. Boyukmillet.com azertac-a istinadən xəbər verir ki, məqalələrdə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumatlar verilir. Yazılarda Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi vaxtlarda əldə olunan uğurlar …

Read More »

Minlərlə insan ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana axışır

Ulu öndər Heydər Əliyevin vəfatından 14 il ötür. Hər il olduğu kimi, dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, Ümummilli Liderin məzarı önündən keçərək ruhu qarşısında baş əyirlər. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramını parlaq təcəssüm etdirir. Bu mənzərəni seyr etdikcə bir daha əminlik yaranır ki, ümummilli lider Heydər Əliyevə olan ümumxalq məhəbbəti …

Read More »

Moskvada silsilə terror aktlarının qarşısı alınıb

Moskvada Rusiyanın Federal Təhlükəsizlik Xidməti bir neçə terror aktının qarşısını alıb. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu teraktlar İŞİD-in Türkiyədəki emissarı tərəfindən hazırlanıbmış. Verilən məlumatlara görə, təhlükəsizlik qüvvələri diversiya terrorçu qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Bu qruplaşmaya Tacikistan və Moldova vətəndaşları daxil olub. Qrup üzvlərinin olduğu evdə aparılan axtarış nəticəsində silah-sursat və partlayıcı maddələr aşkar edilib.   Boyukmillet.com

Read More »

Neft Daşlarında insident baş verib

Neft Daşlarında insident baş verib. SOCAR-dan bildirilib ki, dekabrın 12-də saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib. Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq …

Read More »

Heydər Əliyevin 27 il öncə verdiyi müsahibə – ilk dəfə dərc olunub

Bu gün Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anım günüdür. Hər il olduğu kimi bu il də dahi siyasətçinin anım günündə onunla bağlı xatirələr canlanır, bu gün də aktual olan çıxışları, tezisləri yada salınır. Milli QHT Forumunun prezidenti Rauf Zeyni Heydər Əliyevlə düz 27 il əvvəl-1990-cı ilin dekabrında Naxçıvanda görüşüb və onunla apardığı, indiyədək dərc olunmayan müsahibənin orijinalını redaksiyamıza təqdim …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana …

Read More »

İran XİN: “Bəzi ərəb dövlətləri islam dünyasına xəyanət edib”

“Xəzərin hüquqi statusuna dair konvensiyanın taleyinin prezidentlərin Qazaxıstanın Astana şəhərində keçiriləcək görüşündə həll olunmasına ümid çoxdur”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında deyib. B.Qasimi xatırladıb ki, ötən həftə 5 Xəzəryanı ölkənin XİN başçılarının Rusiyada görüşü keçirilib: “Xəzərin hüquqi statusuna dair danışıqlar 21 ildir ki, aparılır. Bu barədə Konvensiyanın …

Read More »

Vladimir Putin Türkiyədə səfərdədir

Rusiya prezidenti Vladimir Putin dekabrın 11-də Suriya və Misir səfərini başa vuraraq Türkiyəyə gedib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşir.  Prezidentlərin Suriya və Qüds başda olmaqla bir sıra beynəlxalq məsələləri müzakirə edəcəkləri gözlənilir.

Read More »