Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanın ən yaşlı seçicinin yaşını açıqlayıb. “Report”un xəbərinə görə, M.Pənahov deyib ki, Azərbaycanda ən yaşlı seçicisi Bərdə rayon sakini 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir. Onun 123 yaşı var. MSK sədri qeyd edib ki, ökədə 90 və 99 yaşlı seçilərin sayı 9245, 100 və 100-dən yuxarı yaşı olan seçicilərin sayı 407 nəfərdir.
Read More »Astanada dünyadakı ilk Türkologiya Muzeyi açılıb
Astanada Beynəlxalq Türk Akademiyasının nəzdində Türkologiya Muzeyinin açılış mərasimi keçirilib. “Report” xəbər verir ki, tədbirə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Özbəkistan və Monqolustandan gələn elm adamları, ziyalılar və media nümayəndələri qatılıblar. Türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları …
Read More »İlham Əliyev: “TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir”
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası planlaşdırıldığından 3% geridədir. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbul deyib. “Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2” layihəsinin icrası 93%-ə çatıbdır. İkinci layihə Cənubi Qafqaz kəməridir. Orada icra səviyyəsi 85%-dir. Üçüncü layihə Trans-Anadolu neft kəməri – TANAP-dır. Burada işlərin …
Read More »Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır
“Bu il kifayət qədər, yəni 6000-dən çox vakant müəllim yerləri olacaq”. “Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin yerdəyişməsi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, bu il diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərə də şans veriləcək: “Diaqnosik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək, onlara nəticələrin yaxşılaşdırılması üçün …
Read More »İstanbulda 28 May – Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib
Türkiyənin İstanbul şəhərində 28 May – Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib. “Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub. Mərasimdə baş konsul Məsim Hacıyev və rəhbərlik etdiyi diplomatik korpusun əməkdaşları, İstanbul şəhərinin valisinin müavini, bələdiyyə sədrləri, hərbi attaşelər, diplomatlar, Türkiyədə fəaliyyət göstərən Azərbaycan nümayəndəliklərinin, şirkətlərinin və dərnəklərinin təmsilçiləri, rektorlar, elm adamları, tələbələr iştirak ediblər. Tədbir Azərbaycanın və …
Read More »Məhkəmə Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib
Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETO) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib. Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb. Qeyd edək ki, uzun illərdir ABŞ-da yaşayan FETÖ rəhbəri F.Gülən Türkiyədə dövlət çevrilişinə cəhdə və digər cinayətlərdə …
Read More »Azərbaycanda adambaşına əmanətin həcmi 21% azalıb
Azərbaycanda adambaşına düşən bank əmanətlərinin həcmi son bir ildə 21% azalaraq 2017-ci il aprelin 1-nə 410 ABŞ dolları təşkil edib. “Report”un analitik qrupunun hazırladığı hesabata görə, Azərbaycan bu göstəriciyə görə region ölkələri arasında 6-ci yerdədir. Qeyd edək ki, adambaşına düşən əmanətin həcminə görə bölgədə lider ölkə Türkiyədir (5 514 dollar). Son bir ildə bu ölkədə adambaşına əmanətin həcmi 7% azalıb. Buna əsas …
Read More »Rusiyanın energetika naziri yaxın illərdə neftin qiymətinin 100 dollara qalxacağına inanmır
Yaxın illərdə dünya bazarında neftin qiymətinin yenidən 2014-cü il səviyyəsinə qayıtması inandırıcı deyil. “Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak CNBC telekanalına deyib: “Yəqin ki, yaxın illərdə neftin qiymətinin üç il əvvəlki səviyyəyə çatması çətindir”. Daha əvvəl Ekvadorun neft naziri Karlos Peres bildirib ki, OPEC üçün neftin uyğun qiyməti 55-60 dollar/bareldir.
Read More »Azərbaycanı sözdə yox, real əməllərinizlə sevin…
Əsl vətənpərvərlər ölkənin ən çətin zamanlarında daima onun köməyinə gəlir, doğma vətənlərinin hərbi və sosial-iqtisadi böhrandan çıxmasına yardım edirlər. Əgər ölkədə həqiqi vətənpərvər insanlar çoxdursa, o zaman o böhrandan tez çıxır və öz gücünü və var-dövlətini artıraraq çiçəklənir. Belə vətənpərvərlər yoxdursa və ya yox dərəcəsində azdırsa, o zaman dövlətdə tənəzzül başlayır ki, bu da son nəticədə onun məhvinə gətirib çıxarır. …
Read More »Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
Bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Bu barədə “Report”a A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə iş materialları ilə tanış olacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
