Çərşənbə axşamı , 31 Mart 2026

Dünya

Vaşinqtonda və Los-Ancelesdə türk və Azərbaycan icmaları ermənilərə cavab etiraz nümayişləri keçiriblər

Aprelin 24-də Vaşinqtonda və Los-Ancelesdə ermənilər belə adlandırılan “erməni soyqırımı”nın 102-ci ildönümü ilə əlaqədar nümayişləri keçiriblər. ABŞ prezidentinin 1915-ci il hadisələri haqqında danışarkən “soyqırım” sözü işlətməsinə və ABŞ Konqresində bu haqda qətnamə qəbul edilməsinə nail ola bilməmiş erməni lobbisi Türkiyənin Vaşinqtondakı səfirliyi və Los-Ancelesdəki konsulluğu qarşısında növbəti kütləvi şou təşkil edib. Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında təxminən yüz nəfər – Vaşinqtonun …

Read More »

Bülənd Qorxmaz: Şopinq Festival Bakıya çox yaraşır

“Qalatasaray” futbol klubunun və Türkiyə milli komandasının əfsanəvi oyunçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Bülənd Qorxmaz bakushopfest.com saytına açıqlamasında Bakıda keçirilən şopinq festivalı haqda fikirlərini bölüşüb. “Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”, – deyə B.Qorxmaz bildirib. …

Read More »

Polis intihar edən şəxsi xilas edib

Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib.DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Sabunçu qəsəbəsinin sakini, 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.Şaiq İsgəndərov intihara cəhd şəkillərini …

Read More »

Rusiyada terror aktlarının sayı artıb

Rusiyada “terror hücumu” maddəsi ilə qeydə alınan cinayətlərin sayı 2016-cı ildə 25-ə çatıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya baş prokuroru Yuri Çaykanın ölkədə qanun və asayiş barədə hesabatında məlumat verilib. “Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi üzrə (terror aktı) qeydə alınan cinayətlərin sayı 8-dən 25-dək artıb. Eyni zamanda, belə aktların 72%-nin qarşısı hüquq-mühafizə orqanları tərəfindən təhdid, …

Read More »

Gürcüstan Şahmat Federasiyasının prezidenti: “Vüqar Həşimovun tarixi gedişini indiyədək xatırlayıram” – MÜSAHİBƏ

Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Giorqadze mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən “ShamkirChess 2017” turnirini izləməyə gəlib. “Report” G.Georqadzenin turnirin rəsmi saytına müsahibəsini təqdim edir… – Əvvəlcə “ShamkirChess 2017” turniri haqqında təəssüratlarınızı bilmək istərdik…– İlk olaraq, təşkilatçıları təbrik etmək istərdim. Sözün əsl mənasında möhtəşəm turnirdir. Açılış mərasimində Şəmkirin Azərbaycanın Linaresi olduğunu söylədilər. Bu fikirlə tamamilə razıyam. Gürcüstanla sərhəd yaxın olduğu üçün …

Read More »

İTV-nin yeni direktoru bu gün seçiləcək

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun kim olacağı bu gün müəyyənləşəcək.“Report” xəbər verir ki, növbəti 4 ildə şirkətə kimin rəhbərlik edəcəyi Yayım Şurası üzvlərinin Milli Televiziya və Radio Şurasında keçirəcəyi iclasında məlum olacaq.Belə ki, yeni baş direktoru Yayım Şurasının üzvləri səsvermə ilə seçəcək.Səsvermənin gizli keçiriləcəyi gözlənilir.Qeyd edək ki, yeni baş direktorun seçilməsi ilə əlaqədar, MTRŞ tərəfindən …

Read More »

Azərbaycanda qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb

Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb.“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.Belə ki, Azərbaycan ərazisində dövriyyəsi …

Read More »

Milli Məclis idarəetmə sistemində yeni struktur və vəzifələrin yaradılması ilə bağlı layihəni qəbul edib

Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib.“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.Layihəyə əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır. İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə …

Read More »

Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib

Ali Məhkəməyə yeni hakim seçilib. “Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Əziz Seyidovun Ali Məhkəmənin hakimi seçilməsi üçün namizədliyi irəli sürülüb. Layihə səsverməyə çıxarılaraq təsdiq edilib. Qeyd edək ki, Ə.Seyidov 2007-ci ilin aprel ayından Bakı Şəhər Prokuroru vəzifəsində çalışır.

Read More »

Hökumət “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib

Nazirlər Kabineti “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib.“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.Sənədlə “Akkreditasiya olunacaq şəxslərin dairəsi”, “Akkreditasiyadan keçmə Qaydası” və “Akkreditasiya kartının forması” təsdiqlənib.Sənədlə Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd …

Read More »