Bazar ertəsi , 13 May 2024

Dünya

Türkiyə üçün yeni dövr: Qara dənizdə qaz yataqları kəşf edildi – Ərdoğan sabah “yaxşı xəbəri” elan edəcək

Rəsmi Ankara Rumıniya və Bolqarıstan dəniz sərhədlərinin Türkiyə suları ilə kəsişməsində olan Dunay-1 hissəsində geoloji kəşfiyyat işləri aparır. Türk qazma gəmisi “Fatih” Qara dənizdəki iki təbii qaz yatağını kəşf edə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə 19 avqust çərşənbə günü Habertürk telekanalı məlumat yayıb. Media qeyd edib ki, gəmi Dunay-1 hissəsində və Kirklareli şəhərinin yaxınlığında, Türkiyə sahillərində bir və …

Read More »

“Şirkətlər “ölmüş eşşək qiyməti”nə satılacaq” – Türkiyəli professordan koronovirus oyunu barədə xəbərdarlıq

Koronovirus sadəcə səhhəti deyil, dünya iqtisadiyyatını da bürüməyə davam edir. Çox ölkədə işsizlik faizi artarkən, iqtisadiyyatın böyümə tempi rəqəmləri də mənfi olaraq açıqlanır. Boyukmillet.com xəbər verir ki, bu açıqlama ilə Türkiyənin iqtisadiyyat üzrə professoru Dr.Ramazan Kurtoğlu çıxış edib. Kurtoğlu koronovirusun sadəcə bəhanə kimi göstərildiyini iddia edib. Kurtoğlu gələcək illərdə valyuta kursu savaşlarının baş verməsi ilə bağlı xəbərdarlıq edib. O, rəqabət və …

Read More »

Türkiyə bəyan etdi: “Sən qarışsan, mən də qarışacağam”

“Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlərdən sonra Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi mövzusu ictimai gündəmə gəldi. Bir çox digər mövzular kimi, təəssüf ki, sosial şəbəkədə “geosiyasi xətt” üzrə bölünməyə daha bir səbəb oldu. Ümumiyyətlə, bölünməyə bəndik, sanki bölünmə üçün bəhanə axtarırıq”. Boyukmillet.com xəbər verir ki, bunu hərbi icmalçı Nazim Bayram deyib. Ekspertin fikrincə, “bazalar olsun, ya olmasın” çox nəzəri və …

Read More »

Qazaxıstan millisinin baş məşqçisi vəfat etdi

Rusiyanın CSK VVS komandasının sabiq futbolçusu Raziya Nurkenova vəfat edib.  Boyukmille.com xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Üçqat ölkə çempionu və ölkə kubokunun qalibi olan keçmiş yarımmüdafiəçi 52 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.  Qeyd edək ki, Raziya Nurkenova Qazaxıstanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi idi. 

Read More »

Nazarbayevin nəvəsinin müəmmalı ölümü: Ürək tutması, yoxsa?…

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi avqustun 16-da Londonda vəfat edib. 29 yaşlı Aysultan keçmiş prezidentin böyük qızı Dariqa Nazarbayeva ilə mərhum Rahat Əliyevin ortancıl övladıdır. Qazaxıstan KİV-lərinin məlumatına görə, Aysultan Nazarbayevin ölümünə ürək tutması səbəb olub. Maraqlıdır ki, A.Nazarbayev ötən ilin yayında Londondakı otellərdən birində intihara cəhd etmiş, özünü balkondan atmaq istəyərkən polisin müdaxiləsi sayəsində həyatda qalmışdı.“Ailəmiz sevimlimiz Aysultanın …

Read More »

İrəvanın Bakıya növbəti təxribatı: Buna səssiz qalmaq olmaz!

Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaqla bağlı səsləndirdiyi hədələr qəbuledilməzdir. ATƏT-in Minsk Qrupu həmsədrləri turist diplomatiyasından əl çəkib, məsələyə konstruktiv yanaşma sərgiləməlidirlər. Boyukmillet.com bildirir ki, bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Dağlıq Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın Gəncəni vurmaqla hədələməsini şərh edərkən deyib. Politoloq bildirib ki, qondarma rejim nəinki Gəncəni, heç cəbhədəki mövqelərimizi vurmaq imkanına malik deyil: “Arutyunyanın …

Read More »

Hərbçiləri daşıyan hərbi karvan Minskə doğru yönəldi

Belarusda daxili qoşunların əsgərlərini daşıyan 10 hərbi avtomobil Minskin mərkəzinə doğru hərəkət edib. Boyukmillet.com xəbər verir ki, hərbi konvoyun nümayişlərin davam etdiyi Belarus Milli Dövlət Televiziya və Radio Şirkəti binasının yaxınlığındakı “Moskovskaya” metro stansiyasından keçdiyi bildirilib.

Read More »

Belarusda hökumət istefa verdi

Belarus hökuməti prezident elan edilmiş Aleksandr Lukaşenko qarşısında istefa verib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “BELTA” yayıb. Qeyd edək ki, prosedur prezident seçkilərinin nəticələri elan olunduqdan sonra formal qaydada Belarus Konstitusiyasının 106-cı maddəsi və “Belarus Respublikasının Nazirlər Şurası” haqqında qanununa əsasən keçirilib. Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr …

Read More »

“Türk Hava Yolları” sentyabrın 1-dən dünyanın bir sıra ölkələrinə uçuşları bərpa edəcək

“Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, plana əsasən iyunun 11-dən aviareysləri mərhələli şəkildə bərpa edən şirkət sentyabrın 1-dən etibarən Rusiya, Gürcüstan, İran, Kanada, Madaqaskar, Estoniya, Vyetnam, Səudiyyə Ərəbistanı, Əlcəzair, Əfqanıstan, İraq, Hindistan, Bəhreyn, İordaniya, Türkmənistan, Litva, Monqolustan, Yunanıstan, Mərakeş, Oman, Nigeriya, Cənubi Afrika və dünyanın bir sıra …

Read More »

Lukaşenko Minskdəki mitinqdə çıxış edir: Hətta mən ölsəm belə ölkəni sizə verməyəcəm – FOTO

Belarusun Prezidenti Aleksandr Lukashenko, Minsk şəhərinin mərkəzində yerləşən “Müstəqillik Meydanı”ndakı dəstək mitinqində çıxış edir. Boyukmillet.com bildirir ki, Prezident aksiyaçılara təşəkkür edib: “Sizi bu meydana dəvət etmək istəmirəm, çox işiniz var, çörəyinizi təmin edirsiniz, uşaqları məktəbə hazırlamalısınız… Hətta mən ölsəm belə ölkəni sizə verməyəcəm. İslahat deyirsizsə, sabahdan başlayaq, nə deyirsiz edək. 90-cı illəri xatırlayıram, insanlar burada qab-qacaqla dayanmışdılar, işçilər yemək istəyirdilər, …

Read More »