Bazar ertəsi , 30 Mart 2026

Dünya

Azərbaycan “İti qovan” PUA-larının seriyalı istehsalına başladı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir. Boyukmillet.com  xəbər verir ki, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə …

Read More »

İlham Əliyev: “Azərbaycan ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib”

“Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Read More »

Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib

“Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Read More »

Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsindəki canlı yayımda bildirib. “Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin, ən azı bu mərhələdə, bu mərhələdən başlayaraq, diplomatik həll yolu yoxdur”, – Paşinyan deyib. Onun sözlərinə görə, erməni xalqı yalnız əlinə silah almaqla münaqişənin məqbul həllinə nail ola biləcək.

Read More »

Azərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edir

Ermənistan silahlı qüvvələri tərəfindən 27 il əvvəl əraziləri işğal edilən Azərbaycan daim beynəlxalq hüquqa hörmət və humanizm ənənəsinə sadiqlik nümayiş etdirərək, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) Azərbaycan ərazisinin işğaldan azad edilməsi bir neçə qətnamə çıxarıb. 1993-cü il noyabrın 12-də qəbul edilən 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı …

Read More »

Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

Moskvada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. Bu barədə Boyukmillet.com Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib. “Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında …

Read More »

“Azərenerji” işğaldan qurtarılmış yerlərdə yarımstansiya tikməyə hazırlaşır

“Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır”. Bunu qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib. Onun sözlərinə görə, ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın …

Read More »

Qardaş ölkədən üzücü xəbər var

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var. Kəraçi şəhərinin cənubunda, Kəraçi Universitetinə yaxın ərazidə yerləşən yaşayış binasında baş vermiş partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb.  Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Read More »