Bu il Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017”nin biletlərinin qiyməti açıqlanıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qiymətlər 20-100 avro arasında dəyişir. Lakin müsabiqənin VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro olacaq. Biletlərin gələn həftədən satışa çıxarılacağı bildirilir. Kiyev bu ilki yarışmaya 20 min qonağın gələcəyini gözləyir. Xatırladaq ki, “Eurovision 2017″nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı mayın 11-də keçiriləcək. Final isə mayın 13-də baş …
Read More »İtaliyada Xocalı qurbanları anılıb
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İtaliyanın Milan Provinsiyasının Busto Garolfo şəhərində yerli ictimaiyyətin iştirakı ilə anım gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Comunanın binasının böyük konfrans zalında baş tutan tədbirin təşkilatçıları Azərbaycanın İtaliyadakı Səfirliyi, Busto Garolfo şəhər bələdiyyəsi, Orizon Akademiyası və İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasıdır. Anım gecəsində Azərbaycan Səfirliyinin Birinci katibi Erkin Heydərli qonaqları salamlayaraq onlara, xüsusilə də Milan Provinsiyası …
Read More »Telman İsmayılov: “AST” şirkətlər qrupu artıq mövcud deyil”
” Azərbaycanlılar bir liderin ətrafında birləşməlidirlər və bütün işlərində ona dəstək olmalıdırlar” Azərbaycanlı iş adamı Telman İsmayılovla müsahibə Türkiyədə, “Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanovun vasitəçiliyi ilə baş tutdu. Telman İsmayılov bizi qonaqpərvərlilik və səmimiyyətlə qarşıladı. Müsahibə ərzində iş adamı bütün suallarımıza cavab verdi, müsahibədən kənar xeyli informativ və səmimi söhbətimiz oldu. Beləliklə, iş adamı Telman İsmayılovun …
Read More »Yusif Səfərov küçəsi bir neçə zolaq genişləndirilir
Yusif Səfərov küçəsi bir-neçə hərəkət zolağı enində genişləndirilir. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub. Genişləndirmə işləri sözügedən ərazidə xüsusən günün pik …
Read More »“Amnesty İnternational”: Suriya hökuməti 5 ildə 13 min nəfəri edam edib
Suriya hökuməti 5 il ərzində 13 min nəfərin edam edilməsi haqqında qərar verib. APA-nın xəbərinə görə, bu barədə məlumatı CNN “Amnesty İnternational”ın hesabatına istinadən yayıb. Bildirilir ki, məxfi Saydnaya həbsxanasında həftədə iki dəfə 50-dək insan asılaraq edam edilib. Beynəlxalq təşkilatın hesabatı təhlükəsizlik qüvvələrinin əməkdaşları, məhbuslar, hakimlər və vəkillər də daxil olmaqla, ümumilikdə 84 nəfərin ifadəsi əsasında bir il ərzində aparılan …
Read More »Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəməsi davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə, iclas fevralın 11-nə təyin edilib. Qeyd edək ki, M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta …
Read More »Qubada 50 yaşlı qadın özünü yandırıb
Qubada 50 yaşlı qadın özünü yandırıb. APA-nın məlumatına görə, rayon sakini, 50 yaşlı Rəsmiyyə Ramiz qızı Məhərrəmova üzərinə benzin tökərək özünə od vurub. Nəticədə o, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Read More »Xarici KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub
Bu gün Azərbaycanda akkreditə olunmuş bir qrup xarici Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, səfər prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və …
Read More »Gürcüstanda qadınlar həqiqi hərbi xidmətə çağırıla bilər
Gürcüstan parlamentində qadınların həqiqi hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi qeydə alınıb. APA-nın “Kavkaz-uzel” saytına istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifi İrina Barbakadzedir. Layihənin məqsədi ordunun gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, torpaqların geri qaytarılması və ölkənin birləşdirilməsidir. Qeyd edək ki, mövcud qanunvericiliyə görə, qadınlar orduda könüllü şəkildə xidmət edə bilərlər.
Read More »Cari ilin yanvar ayında fərdi uçot sistemində əlavə olaraq 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ilin əvvəlindən fəaliyyət göstərir. Ötən dövrdə sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında müşahidə olunan mütəmadi artım dinamikası cari ildə də davam edir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin yanvar ayında sistemdə əlavə olaraq 273 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar