ABŞ-ın Arizona ştatında beynəlxalq hava limanında baş vermiş təyyarə qəzasında ən azı bir nəfər ölüb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə qəza yerində yanğın baş verib. Yanğın hal-hazırda söndürülür.
Read More »Kanadada “qara qızıl” dənizə dağıldı
Kanadanın Saskaçevan əyalətində neft kəmərində baş vermiş qəza ilə bağlı 200 min litr neft dənizə axıb. Trend-in “Globe and Mail” mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin nümayəndəsi Keti Yanq bildirib ki, neft axıntısı Stoun şəhərindən 10 km məsafədə baş verib. Məlumata görə, neft çayların suyuna qarışmayıb. Qəza baş verən neft kəmrinin “Tundra Energy Marketing” şirkətinə məxsus olduğu bildirilir. Hökumət nümayəndəsi …
Read More »Çin tarixində ilk dəfə xarici QHT-lərə ölkədə fəaliyyət göstərmək üçün icazə verilib
Çin Xalq Respublikasında ilk dəfə olaraq xarici ölkələrin qeyri-hökumət təşkilatlarının Çində fəaliyyət göstərməsinə icazə verilib. Pekin, Şanxay və Quancouda 30-dan çox xarici QHT-yə müvafiq qeydiyyat sertifikatları təqdim edilib. Sertifikat alan QHT-lər arasında Dünya İqtisadi Forumu kimi tanınmış təşkilatlarla yanaşı, Çinin xüsusi inzibati rayonu olan Honq Konqun, habelə Tayvanın da QHT-ləri var. Qeyd edək ki, xarici ölkələrin QHT-lərinin Çində fəaliyyətinə icazə …
Read More »“Azərsu” sayğaclar üçün batareyaların alınması məqsədi ilə tender keçirir
“Azərsu” ASC smart kart tipli, ön ödənişli su sayğacları üçün litium batareyaları və “Azərsu” loqolu plombların satın alınması məqsədilə açıq tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyətinə üstünlük veriləcək. Tenderdə iştirak etmək istəyənlər lot üzrə 200 manat iştirak …
Read More »Tovuzda silsilə oğurluqlar – oğrular tapılmır
Tovuz rayonunda silsilə oğurluq hadisələri baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Sakinlər Trend-ə bildiriblər ki, bu ilin yanvar ayında Əlimərdanlı kəndində 15-ə yaxın kənd sakininin mənzili və həyətyanı sahəsi qarət edilib. Naməlum şəxslər əsasən ev və həyətlərə daxil olaraq ev quşları, xırdabuynuzlu heyvan və məişət əşyalarını oğurlayırlar: “Son 3 gün ərzində kənd sakinləri Həsənov Şərif …
Read More »Paytaxtda “Chevrolet” yanıb
Xəzər rayonunda “Chevrolet” yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Nəticədə minik avtomobilinin mühərrik hissəsi yanmış və elektrik lövhəsi qismən əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Read More »Alimlər “buz adamı”nın ölümündən əvvəl nə yediyini açıqlayıblar
Alimlər Etsi adlı “buz adamı”nın ölümündən əvvəl nə yediyini müəyyənləşdirə biliblər. AZƏRTAC “svopi.ru” saytına istinadla xəbər verir ki, alimlər tədqiqatlarının nəticələrini Vyanada keçirilən konfransda açıqlayıblar. Tədqiqatçılar mumiyanın mədəsində olan yeməyin qalıqlarını öyrənərək, Etsinin ölümündən əvvəl qaxac ət yediyini müəyyən ediblər. Onun yediyi, çox güman, dağ keçisinin əti olub, çünki Etsinin tapıldığı regionda məhz bu heyvanlar məskunlaşıb. “Buz adamı” 5300 il əvvəl ölüb. …
Read More »M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Mətbuat xidmətinin məlumatı
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Mətbuat xidmətinin məlumatı Yanvarın 25-də Böyük Britaniyada (2016-cı il sentyabrın 27-də rəsmi qeydiyyatdan keçib təsis edilən) Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu (www.bfsac.org.uk) öz fəaliyyətinin istiqamətlərini Britaniya və Azərbaycan ictimaiyyətinə elan etmək üçün özünün ilk mühüm tədbirini keçirəcək. Bu Fond Birləşmiş Krallıqda bu günədək elm və mədəniyyət sahəsində apardığımız bütün işləri öz çətiri …
Read More »Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017-ci ilin ilk turunun oyun cədvəli açıqlanıb. “Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, III dövrəyə yanvarın 28-də bölgədə start veriləcək. XV turun açılış oyununda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 15:00-da başlanacaq. Turun son matçı isə yanvarın 29-da əzəli rəqiblərdən olan “Qarabağ”la “Neftçi” arasında keçiriləcək. “Azərsun Arena”dakı görüş …
Read More »Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli ötən il 7% artıb
Azərbaycanın magistral qaz kəmərləri ilə 2016-cı ildə ümumilikdə 21 348,2 mln. kubmetr qaz nəql edilib.“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilə nisbətən 0,8% artım müşahidə olunub.Qazın nəqlinin 33,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 7 145,1 mln. kubmetr qaz ötürülüb. Bu boru kəməri ilə nəql olunan qazın …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
