Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək

Mayın 22-dən 24-dək Bakıda “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək.

Azərbaycan Xalça Muzeyindən Trend-ə verilən məlumata görə, simpozium Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Məqsəd simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə qayğı və diqqətini göstərmək və insanların bu sahədə olan biliklərini daha da yüksəltməkdən ibarətdir.

Simpoziumda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri, ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, müasir dünya incəsənətində naxışların əhəmiyyəti və digər mövzularda məruzələr dinləniləcək. Məruzələr kitab şəklində nəşr edilərək kitabxana və simpozium iştirakçılarına paylanacaq.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir