Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Aleksandr Lukaşenko Rusiyanın yüksək vəzifəli məmuruna cinayət işinin açılması haqqında göstəriş verib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Daxili İşlər Nazriliyinə Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Federal Xidmətnin başçısı Sergey Dankvertə qarşı cinayət işinin başlanması haqqında tapşırıq verib. 

“Report” TASS-a istinadən bildirir ki, bunu dövlət başçısı Belarus istehsalı olan ərzaq məhsullarının Rusiyaya buraxılmaması məsələsinə münasibət bildirərkən açıqlayıb. 

“Ərzaq məhsulları məsələsinə gəldikdə, biz bu məsələni araşdırmalıyıq. Dövlətə dəyən ziyana görə Dankvertə qarşı cinayət işi açmaq lazımdır. Bir məsələni də deyim. Dankvertlərin hamısı mülkədardır. Onlar öz mallarının və ya istehsal etdikləri məhsullarının satılmasında maraqlı olduqları üçün belə edirlər”, -deyə A.Lukaşenko vurğulayıb. 

Qeyd edək ki, Rusiya Kənd təsərrüfatı məhsullarına nəzarət xidməti Belarusda istehsal edilən bəzi malların Federasiya ərazisinə buraxılmasını qadağan edib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir