Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfər zamanı nümayəndə heyəti Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin rəisi Atilla Torosla görüşüb. Görüşdə miqrasiya, daimi və müvəqqəti yaşama icazəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanın …
Read More »Binə-Mərdəkan və Buzovna-Zağulba istiqamətində sürət həddi aşağı salınıb
Binə qəsəbəsindən Mərdəkana, eyni zamanda Buzovna Zağulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə endirilərək saatda 60 kilometr müəyyən edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib. O bildirib ki, buna səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.
Read More »Keçmiş məhkumlar avtomatla yaxalanıblar
Bakıda iki nəfər silahla yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının ötən gün həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb. Həmin gün Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə …
Read More »10-a yaxın vətəndaşı aldadan dələduz 9 il azadlığından oldu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Məmmədov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, E.Məmmədov 10-a yaxın vətəndaşı işə düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 30 min manat alıb. Zərərçəkmişlərin şikayəti əsasında …
Read More »Azərbaycan karateçisi Parisdə beynəlxalq turnirin gümüş medalını qazanıb
Milli komandamızın favoritlərindən İrina Zaretska (68 kq) Parisdə karate üzrə 1-ci kateqoriyalı Premyer Liqa yarışında gümüş medal qazanıb. Niyazi Əliyev (67 kq) isə bürünc medal uğrunda son təsəlliverici görüşdə qələbəni əldən verib. AZƏRTAC xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) nüfuzlu turnirlər seriyasından olan yarışda milli komandamızın bir neçə üzvü iştirak edib. Onlardan Roman Heydərov (kata) səhhətində yaranan problemlə əlaqədar, Sərxan …
Read More »Venesuelanın sabiq prezidentinə həsr olunmuş serial çəkilib
Venesuelanın sabiq prezidenti Uqo Çavesə həsr olunmuş teleserial çəkilib. Anadolu agentliyinin məlumatına görə, “Sony Pictures Television” şirkəti tərəfindən “Bogota” kinostudiyasında ekranlaşdırılan “Əl Comandante” adlı serial bu həftə Latın Amerikası ölkələrində, sonrakı aylarda isə ABŞ-ın “Telemunde” televiziya kanalında nümayiş olunacaq. Hazırda 60 seriyası çəkilən çoxmetrajlı ekran əsərində Uqo Çavesin obrazını kolumbiyalı aktyor Andres Parra canlandırır. Serialda sabiq prezidentin hakimiyyətə gəldiyi gündən …
Read More »“Jaguar Land Rover” 6 mindən çox avtomobili geri çağırır
Böyük Britaniyanın “Jaguar Land Rover” şirkəti Çin bazarından 6438 avtomobili təhlükəsizlik kəmərlərindəki nöqsanlara görə geri çağırır. Bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Geri çağırılacaq avtomobillər 2016-cı ilin iyulundan oktyabrınadək olan müddətdə istehsal olunmuş 4992 ədəd “Range Rover”, habelə həmin ilin iyul-dekabr aylarında buraxılan 1446 ədəd “Jaguar XE” və “Jaguar F-Type” modelləridir. Avtomobillərdəki nöqsanları şirkət …
Read More »Bakıda Azərbaycan və Qətər XİN başçılarının görüşü keçirilir
Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Bakıda rəsmi səfərdə olan Qətərin XİN başçısı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni arasında təkbətək görüş keçirilir.“Report” xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, eləcə də mühüm regional məsələlər müzakirə edilir.Ardından görüş geniş tərkibdə davam etdiriləcək.Görüşün yekununda nazirlər mətbuat nümayəndələri qarşısında çıxış edəcəklər.
Read More »Azərbaycan Prezidenti İlham Əliyev Qətərin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etdi. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirdi, eyni zamanda, Qətərin xarici …
Read More »Türkiyə Mərmərə dənizində süni adalar yaradacaq
Türkiyə “İstanbul” kanalı layihəsi çərçivəsində üç süni ada yaratmağı planlaşdırır. Trend-in məlumatına görə, adaları Mərmərə dənizində kanal üçün çıxarılan qruntun hesabına yaradılması nəzərdə tutulur. Süni adaların turizm məqsədləri üçün inşa olunacağı bildirilir. Qeyd edək ki, “İstanbul” kanalı Bosfor boğazından qərbdə salınacaq. Bu kanal Bosfor boğazının yüklənməsini azaldacaq. “İstanbul” kanalı layihəsinin dəyəri 20 milyard dollar həcmində ölçülür.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar