“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Formula-1 jurnalistikasına dair “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçiriləcək. BŞH-dən AZƏRTAC-a bildiriblər ki, yanvarın 24-25-də təşkil olunacaq tədbirdə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Mason təlimçi, Formula-1 yarışlarının rusiyalı peşəkar şərhçisi Aleksey Popov isə qonaq təlimçi qismində çıxış edəcəklər. Təlimə qeydiyyat dekabrın …
Read More »Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb
UEFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə Azərbaycanın U-17 millisinin rəqibi Qazaxıstan yığması heyətini açıqlayıb. AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq İdman Sarayında təşkil olunacaq yarış üçün Qazaxıstan millisi 26 futbolçunu heyətə daxil edib. “C” qrupunda yer alan Qazaxıstan yığması, Azərbaycan, Litva və Slovakiya milliləri ilə üz-üzə gələcək. Qazaxıstan millisinin heyətində – qapıçılar: Adaşbek Abdirazanov (“Ordabası”), Vladislav Sazonov …
Read More »Şübhəlinin şəxsiyyəti açıqlanıb
Berlində törədilən terror aktından sonra Almaniya Federal Prokurorluğu əhalidən əslən Tunisdən olan şübhəli Anis A-nın tutulmasına yardım göstərilməsini xahiş edib. Terrorçu olduğu ehtimal edilən şəxsin həbs edilməsinə gətirib çıxaracaq informasiyaya görə 100 min avro məbləğində mükafatlandırma elan edilib. Prokurorluğun dekabrın 21-də Almaniyanın Karlsrue şəhərində açıqlanan məlumatında əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir. Sənəddə deyilir: “Özünüzü qoruyun, çünki bu adam zorakılığa meyilli …
Read More »“Sumqayıt” – “Qarabağ” oyununda 7 qol
Ötən gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. Trend-in məlumatına görə, ilk görüşdə “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə də rəqibini darmadağın edərək növbəti mərhələyə vəsiqə qazanıb – 5:2. Qollar: Namiq Ələsgərov, 8 (0:1), Amil Yunanov, 14 (1:1), Namiq Ələsgərov, 16 (1:2), Vüqar Nadirov, 70 (1:3), Amil Yunanov, 80 (2:3), Namiq Ələsgərov, 82 (2:4), Rahid Əmirquliyev, …
Read More »İlqar İsbatov: Ələt qəsəbəsi 200 min nəfərlik şəhərə çevriləcək
Ələt qəsəbəsi 200 min nəfərlik şəhərə çevriləcək. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, urbanizasiya prosesi bütün dünyada, o cümlədən Azərbaycanda da gedir. “Bütün dünyada olduğu kimi, biz də bununla bağlı müvafiq tənzimləmə işləri aparmışıq, əhalinin yalnız Bakıda cəmlənməməsi üçün yeni şəhərlər yaratmağı planlaşdırırıq”, – deyən İlqar İsbatov Ələtin …
Read More »Bakıətrafı ərazilərə metro xəttinin çəkilməsi təklif olunub
Bakı Dövlət Layihə İnstitutu Bakıətrafı ərazilərdə 3 əsas istiqamətdə metro xəttinin çəkilməsini təklif edir. AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. O bildirib ki, bu 3 istiqamətə Xırdalan şəhəri, Lökbatan və Rəsulzadə qəsəbələri daxildir. İ.İsbatov qeyd edib ki, Binəqədi rayonunda böyük bir səhiyyə kompleksinin, həmçinin, əczaçılıq və səhiyyə sənayesinin inkişafını nəzərdə tutan böyük bir …
Read More »Azərbaycan ordusunun silahlanmasındakı “İldırım” zenit-raket komplekslərindən döyüş atışları icra edilib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.Qəfil yoxlama çərçivəsində silahlanmada …
Read More »Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin operativ həlli üçün konkret tədbirlər görürlər. AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 22-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl …
Read More »Avropada DAK-ın və Güney Azərbaycanı təmsil edən siyasi partiyaların toplantısı keçirilib
Dekabrın 14-də Dünya Azərbaycanlıları Konqresi (DAK) Almaniyanın Frankfurt şəhərində tədbir keçirib. DAK.az-ın məlumatına görə, görüşdə təşkilatın gələn il üçün nəzərdə tutulan tədbirlər planı müzakirə edilib. DAK həmsədrləri-Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın, DAK Məclis üzvü Əli Hacının iştirakı ilə baş tutan tədbirdə təşkilatın bu ildə gördüyü işlər barədə də ətraflı məlumat verilib. Eləcə də, Azərbaycanla bağlı milli məsələlər, o cümlədən Güney …
Read More »“Hər çiçəyin öz ətri” adlı rəsm sərgisi keçiriləcək
Xətai Sənət Mərkəzində dekabrın 23-də “Hər çiçəyin öz ətri” adlı uşaq və yeniyetmələrin rəsm sərgisi keçiriləcək. Mərkəzdən “Report”a verilən məlumata görə, “Multikulturalizm ili”nə həsr olunan sərgidə Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilən rəsmlər nümayiş etdiriləcək. Sərgi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə təşkil olunub. Sərgidə, həmçinin ölkədəki azsaylı xalqların milli geyimləri nümayiş olunacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar