Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın mənəvi birliyini özündə ehtiva edir

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfirliyi tərəfindən Ər-Riyad şəhərinin mərkəzində yerləşən “Riyad Sarayı”nda bayram mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ziyalılar, Türkiyənin Səudiyyə Ərəbistanındakı səfiri Yunus Demirer, türk diasporunun nümayəndələri, iş adamları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. O, 1991-ci ildə ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən söhbət açıb. Səfir diqqətə çatdırıb ki, bu bayram Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edir, eləcə də dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış ən dəyərli addım kimi özünü doğruldub.

Diplomat Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da artdığını vurğulayıb. Səfir xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə də geniş məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının və ölkəmizin ərazi bütövlüyünün bərpasının Azərbaycanın başlıca problemi olduğunu vurğulayan diplomat bu məsələdə dünya azərbaycanlılarının səylərinin artırılmasının əhəmiyyətini, ölkəmizin əleyhinə yönəlmiş təxribatların qarşısının alınmasında ciddi addımlar atmalarının vacibliyini qeyd edib.

Sonra SƏK-də yaşayan və müxtəlif sahələrdə çalışan həmvətənlərimizın çıxışları olub. Çıxışlarda ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qəbul edilmiş qərarın nəticəsi olaraq qeyd edilən bu bayramın soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi-əxlaqi keyfiyyətlər aşıladığı vurğulanıb.

Tədbir çərçivəsində SƏK-də və səfirliyin akkreditə olunduğu digər ölkələrdə müvəqqəti və daimi yaşayan həmvətənlərin üzləşdikləri problemlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. İştirakçılara 2016-cı il ərzində səfirlik tərəfindən bu sahədə görülmüş işlərlə bağlı ətraflı məlumat verilib və onlara hər hansı problemlərin yarandığı zaman dərhal səfirliyə müraciət olunması tövsiyə edilib.

Tədbir zamanı müasir Azərbaycanı əks etdirən video süjetlər nümayiş olunub və məşhur xalq mahnılarımız səsləndirilib.

Mərasim ziyafətlə davam etdirilib.

 

azertac.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir