Çərşənbə axşamı , 6 May 2025

Dünya

Səyyar ASAN xidmət Samuxda

Səyyar ASAN xidmət 13-27 dekabr tarixlərində Samux şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN-dan Trend-ə verilən məlumata görə, bundan başqa, Səyyar ASAN xidmət avtobusları 14 noyabr-13 dekabr Astarada, 29 noyabr-28 dekabr Qubada, 2-16 dekabr Saatlıda, 5-19 dekabr Siyəzəndə, 5-24 dekabr Tovuzda, 5-14 dekabr Qaradağ rayonunun Ələt qəsəbəsində, 9-28 dekabr Ağcabədidə, 12-15 dekabr Cəlilabadda, 12-26 dekabr Qobustanda vətəndaşların xidmətində olacaqlar. Səyyar …

Read More »

Ukraynalı məşhur qapıçı karyerasını başa vurub

Ukraynanın “Dinamo” (Kiyev) komandasının qapıçısı Aleksandr Şovkovski karyerasını başa vurub. “Report”un məlumatına görə, bu barədə klubun baş məşqçisi Sergey Rebrov açıqlama verib. O bildirib ki, məşhur qapıçı qərarını “Şaxtyor”a 3:4 hesabı ilə uduzduqları görüşdən sonra açıqlayıb: “Şovkovski paltardəyişmə otağında komanda ilə vidalaşdı və alqışlarla yola salındı. Saşa komandaya illərini verib. O, böyük hörmətə layiqdir”. Qeyd edək ki, Aleksandr Şovkovski 1993-cü …

Read More »

Ekvador Kolumbiya ilə sərhədi bağlayıb

Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi Kolumbiya ilə sərhədin 72 saat müddətinə bağlanması barədə tapşırıq verib. “Report” AFP-yə istinadən xəbər verir ki, bu, “Venesuela iqtisadiyyatında sabitliyi pozmağ”a çalışan “maliyyə mafiyası” ilə mübarizə çərçivəsində edilib. Maduro bu qərar barədə televiziyada çıxışı zamanı məlumat verib.

Read More »

Vəkil QMİ-nin sabiq sektor müdirinə bəraət istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report”un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğlunun vəkili Əfqan Məmmədov müdafiə çıxışı edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib. Ə.Məmmədov müvəkkilinin barəsində irəli sürülən maddə ilə …

Read More »

Bakıda dünya və Avropa çempionu bıçaqlanıb

Bakıda idmançı bıçaqlanıb.“Report”un xəbərinə görə hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, 1992-ci il təvəllüdlü Rüstəmov Aslan Nurəddin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Onun vəziyyəti ağırdır.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.Qeyd edək ki, A.Rüstəmov Pankration döyüş növü üzrə iki dəfə Avropa çempionu, üç dəfə dünya çempionu …

Read More »

“Azərcell” abunəçilərinə xəbərdarlıq edib

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti qeyd edir ki, dekabrın 14-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti problemlərin yaranması mümkündür. “Report” xəbər verir ki, müvəqqəti çətinliklər “Azercell” tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədardır.

Read More »

İsrailin baş naziri bu gün Azərbaycana gəlir

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfəri başlayır. APA-nın məlumatına görə, səfər bir günlükdür. Səfər zamanı baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. İsrailin baş naziri Azərbaycandan Qazaxıstana gedəcək. Xatırladaq ki, bu İsrail baş nazirinin Azərbaycana ilk səfəridir.

Read More »

Belçikada Heydər Əliyevin xatirəsi anılıb

Ötən gün Brüsseldə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, NATO yanında daimi nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, mərasimdə səfir Fuad İsgəndərov çıxış edib.O, ulu öndərin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş …

Read More »

Dünya azərbaycanlıları Ukrayna azərbaycanlılarının IV Forumuna onlayn qatıla biləcəklər

Kiyev şəhərində “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda Ümumukrayna Azərbaycanlılarının IV Forumu keçiriləcək. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) APA-ya verilən məlumata görə, sabah başlayacaq forum ilk dəfə olaraq sosial şəbəkələr (https://www.facebook.com/aze.in.ua/?fref=ts) və YouTube kanalı (https://www.youtube.com/channel/UClX9aLihHu8DQHrrGHAeCBg) vasitəsilə Bakı vaxtı ilə saat 17.00-da canlı yayımlanacaq. Forumda Azərbaycanvə Avropadan qonaqlar, Ukraynanın bütün regionlarında yaşayan və biznes fəaliyyəti …

Read More »

Tənzilə Rüstəmxanlı: “İran və digər havadarları Ermənistanın güclənməsinə xidmət etməklə onun işğalçılıq siyasətinə dəstək göstərmiş olur”

İranın Ermənistanla əməkdaşlığı onun işğalçılıq siyasətinə dəstəkdir.   Bunu Sherg.az-a “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.    Onun sözlərinə görə, İranın Ermənistanın ən ağır vəziyyətində iqtisadiyyatını dirçəltmək üçün böhrandan çıxmasına yardımları Azərbaycan üçün sürpriz deyil:    “Türkiyə Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədlərini bağladı. İran din qardaşımız olduğu halda ermənipərəst mövqe nümayiş etdirir. Bunun da səbəbi onun tarixi anti-türk siyasətinin olmasıdır. …

Read More »