Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb. “Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib. Faktla bağlı araşdırma aparılır.
Read More »İsrail XİN Belarus hökumətindən Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmamasını xahiş edib
İsrail Xarici İşlər Nazirliyi 40 yaşlı rusiyalı-israilli blogger, Hayfa sakini Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasının qarşısını almağa çalışır.“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, İsrail XİN-in rəsmi nümayəndələri Belarus hökumətindən daha əvvəl Minskdə saxlanılan A.Lapşini ekstradisiya etməməyi və onunla görüşə icazə verilməsini xahiş edib.İsrailin “Ynet” nəşrinin məlumatına görə, İsrail XİN nümayəndələri belaruslu həmkarlarından əvvəlcə vəziyyəti İsrail ilə müzakirə etməyi xahiş …
Read More »Gəncə sakini qohumu tərəfindən bıçaqlanıb
Gəncə şəhər sakini qohumu tərəfindən bıçaqlanıb. “Report” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər ərazisndə yaşayan Afər Məmmədov qohumu tərəfindən evində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qohumuna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini Vüsal Məmmədov tutulub. Hidisənin münaqişə zəmnində baş verdiyi bildirilir.Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »“İRƏLİ” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib
“İRƏLİ” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib. “Report” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, gənclər və idman nazirinin müavini İntiqam Babayev, birliyin üzvləri iştirak ediblər.Konfransda birliyin iki illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra təşkilatın baş katibi Azər Əmirov hesabatı təqdim edib.Seçki prosesi yeni sədrin seçilməsi ilə başa çatıb. Səs çoxluğu ilə Mirhəsən Seyidov yenidən “İRƏLİ” İctimai Birliyinin …
Read More »“İRƏLİ” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib
“İRƏLİ” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib. “Report” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, gənclər və idman nazirinin müavini İntiqam Babayev, birliyin üzvləri iştirak ediblər.Konfransda birliyin iki illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra təşkilatın baş katibi Azər Əmirov hesabatı təqdim edib.Seçki prosesi yeni sədrin seçilməsi ilə başa çatıb. Səs çoxluğu ilə Mirhəsən Seyidov yenidən “İRƏLİ” İctimai Birliyinin …
Read More »Zorlandığını deməklə məşhurlaşan direktor müavininə yeni vəzifə – məktəb qarışdı
Bir müddət əvvəl Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə direktor tərəfindən zorlandığını iddia edən, daha sonra isə işdən qovulan direktor müavini Ləman Babayeva başqa məktəbdə işə düzəlib. BakiPost.az-a daxil olan məlumata görə, L.Babayeva Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən nüfuzlu məktəblərdən birində – İftixar Tağıyev adına 26№-li tam orta məktəbdə işə başlayıb. Əldə etdiyimiz digər məlumatlarda …
Read More »Fərasət Qurbanov: QHT Şurası xüsusi əhəmiyyət kəsb edən layihələri maliyyələşdirəcək, çünki…
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov açıqlama verib. O deyib ki, Azərbaycan Respublikasının Milli Məclisi 2017-ci il dövlət büdcəsini təsdiq edib: “Büdcə təsdiq edildikdən sonra məlum oldu ki, bir sıra digər qurumlar kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmində də azalma baş verib. Şuranın büdcəsi 2016-cı …
Read More »Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 16-da ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Read More »“Əminəm ki, bu basqılar Sülh Platformasına dəstək verənlərin qarşısını ala bilməyəcək” – ATƏT PA-nın vitse-prezidenti
“Ermənistan-Azərbaycan Sülh Platforması ilə bağlı ictimaiyyəti, Milli Məclisi məlumatlandırmağa, deputatları bu prosesə qoşmağa ehtiyac var”. Mia.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev deyib. O bildirib ki, təmas xəttində aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status-kvonu dəyişdi: “Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət …
Read More »“ASAN Viza” sistemi XİN-in “arzuolunmaz şəxslər” siyahısında olan adları avtomatik müəyyənləşdirəcək
“ASAN Viza” sistemi Azərbaycanın Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısında olan şəxslərin adlarını avtomatik olaraq yoxlayacaq”.“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. O bildirib ki, əgər müraciət edən şəxsin adı “arzuolunmaz şəxslər” siyahısındadırsa həmin şəxsə viza verilməsindən imtina ediləcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar