Cümə axşamı , 26 Fevral 2026

Dünya

Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2017-ci il martın 26-da Bakıda keçiriləcək Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar arenada müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara …

Read More »

İspaniya mətbuatı Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərdən yazır

İspaniyanın terra.es portalı “Azərbaycan Qarabağ cəbhəsi yaxınlığında böyük hərbi təlimlərə başlayıb” sərlövhəli yazı dərc edib. Azərbaycanın rəsmi orqanlarına istinadən təlimlərə 60 min hərbçinin, 50-dən çox təyyarə və helikopterin, 150-dən artıq tank və zirehli texnikanın, 700-dək qurğu və sistemin cəlb olunduğu bildirilir. Məqalədə deyilir ki, hərbi təlimlərin başlanması Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə xəttinə səfəri ilə üst-üstə düşüb. Yazıda Ermənistan-Azərbaycan, Dağlıq …

Read More »

Jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dekabrın 9-12-də Bakıda jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsi keçiriləcək. AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, hərbi gərginlik zamanı informasiyanın cəmiyyətə düzgün çatdırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərən 25 gənc jurnalistin “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının …

Read More »

İqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1516,4 min nəfər olub

Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,4 min nəfər təşkil edib. Onlardan 886,7 mini iqtisadiyyatın dövlət sektorunda, 629,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, muzdla işləyənlərin 22,0 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi …

Read More »

Doqquz ölkənin daşınmaz əmlak şirkətləri Bakıda bir araya gələcək

Bakı Expo Mərkəzində keçiriləcək “RecExpo II” sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 22-24-də keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov bildirib. O qeyd edib ki, sərgidə Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, …

Read More »

Gülağa Aslanlı: “Bu, o demək deyil ki, həmin partiyalar birləşirlər”

 Müsavat Partiyası, Real Hərəkatı, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı funksional əməkdaşlığın edilməsi ilə bağlı danışıqlar aparırlar. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Report”a açıqlamasında deyib ki, partiya üç təşkilatla bu istiqamətdə danışıqları davam etdirir. G.Aslanlının sözlərinə görə, danışıqların indiki vəziyyəti ümidvericidir və funksional əməkdaşlıqla bağlı sənəd imzalana bilər. Müsavat funksioneri vurğulayıb ki, bəzi siyasətçilər yanlış olaraq funksional əməkdaşlığı …

Read More »

Rusiyanın əməkdar artisti teatr səhnəsində dünyasını dəyişib

Rusiyanın əməkdar artisti Boris Lifanov Tver akademik dram teatrının səhnəsində oynadığı tamaşadan dərhal sonra dünyasını dəyişib. Bu barədə “Report” gazeta.ru saytına istinadən xəbər verir. “Boris Lifanov “Səkkiz sevən qadın” tamaşası bitdikdən sonra tamaşaçılara təzimdən sonra teatr səhnəsində vəfat edib”, – teatrın yaydığı məlumatda bildirilir. Qeyd edək ki, Boris Lifanov Tver dram teatrına 1983-cü ildə gəlib və həyatının 30 ilini həmin …

Read More »

Rusiyameyilli İqor Dodon Moldova prezidenti seçilib

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Rusiyameyilli Moldova Respublikasının Sosialist Partiyasının (MRSP) lideri İqor Dodon qalib gəlib.“Report” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, o, bülletenlərin 98%-nin hesablanmasından sonra, səslərin 54,4%-ni toplayıb.Dodonun rəqibi – Avropayönlü müxalifətdən olan yeganə namizəd – Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri Mayya Sandu seçicilərin 45,5 %-nin dəstəyini qazanıb.Qalan bülletenlərin (2%) hesablanması vəziyyəti dəyişə …

Read More »

Bakıda metro çıxışında 34 yaşlı kişiyə 12 bıçaq zərbəsi vurulub

Bakı şəhəri, Nizami rayonunda 34 yaşlı kişi münaqişə zəmnində bıçaqlanıb. “Report”un xəbərinə görə, hadisə metronun “Xalqlar dostluğu” stansiyasının çıxış pilləkənlərındə qeydə alınıb. Belə ki, 1982-ci il təvvəllüdlü Namiq Qaralova tanışı 1979-cu il təvvəllüdlü Fərman Mustafayev 12 bıçaq zərbəsi vurub. Ağır yaralanan şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən F.Mustafayev tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Read More »

MTRŞ-nın şöbə müdiri: “Əminəm ki, hazırda “Səni axtarıram” verilişində neqativ hallara yol verilmir”

Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi ilə sosial şəbəkələrdə yayılan kadrlara münasibət bildirib. Şuranın şöbə müdiri Təvəkkül Dadaşov “Report”a bildirib ki, “Meydan TV” 2014-cü ildə olub-bitmiş kadrarxası məsələləri gündəmə gətirib: “Bəzi jurnalist dostlarımız da bu barədə bizdən açıqlama istəyir. Mən də deyirəm ki, nə cavab verə bilərəm? Axı, həmin kadrlar efirə getməyib. Biz efirdə …

Read More »