Çərşənbə axşamı , 31 Mart 2026

Dünya

Qazaxıstanda Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş festival keçirilib

Kokşetau şəhərində Azərbaycan və Qazaxıstanın dövlət müstəqilliklərinin bərpasının 25 illiyinə həsr olunan silsilə tədbirlər təşkil edilib. SSRİ Xalq Artisti, Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan festival da bu qəbildəndir. Festivalın rəsmi hissəsində Qazaxıstandakı səfirliyimizin müşaviri Ağacavid Ramazanov Azərbaycan xalqının bu böyük oğlunun xatirəsini qəlbində yaşadan tədbir iştirakçılarına minnətdarlıq edərək vurğulayıb ki, Müslüm Maqomayevin dahiyanə …

Read More »

Qırğızıstan parlamenti hökumətin strukturunu və proqramını təsdiq edib

Qırğızıstanın Baş nazirinin səlahiyyətlərini icra edən Sooronbay Jeenbekovun təqdimatına əsasən ölkə parlamenti-Joqorku Keneş noyabrın 9-da keçirilən plenar iclasında hökumətin strukturunu və proqramını təsdiq edib. Sooronbay Jeenbekov Qırğızıstanın Baş naziri, Muxammetkalıy Abulqaziev birinci müavin, Oleq Pankratov, Çolpon Sultanbekova və Jeniş Razakov Baş nazirin müavinləri, Akılbek Osmonaliev nazir ranqında Hökumət Aparatının rəhbəri vəzifələrinə təsdiq ediliblər. Parlamentin iclasında Arzıbek Kojoşevi iqtisadiyyat, Adılbek Kasımaliev …

Read More »

Barak Obama: hakimiyyət dinc yolla təhvil veriləcək

Barak Obama bu gün Ağ evdə Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampı qəbul edəcək. Amerika administrasiyasının hazırkı başçısı seçki kampaniyasının gedişində dəstəklədiyi Hillari Klintonun lazımi miqdarda səs toplaya bilməyəcəyi bəlli olduqdan sonra milyarderi qələbə qazanması münasibətilə təbrik edib. AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Barak Obama hər bir seçkinin yekununda qalib və məğlub tərəflərin olduğunu xatırladıb. Həmçinin qeyd edib …

Read More »

Vergilər Nazirliyində Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb

Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib. İclasda çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, vergi qanunvericiliyinin …

Read More »

Azərbaycanın baş konsulu Batumi Dövlət Universitetinin rektoru ilə görüşüb

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılovun Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi ilə görüşü keçirilib. Baş konsulluqdan Trend-ə verilən məlumata görə, professor M.Xalvaşi universitetin yaranmasından, fəaliyyətindən, mütəxəssis hazırlığından bəhs edib. Səmimi qəbula görə rektora təşəkkür edən baş konsul Batumi Dövlət Universitetinin Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu söyləyib. Universitetlə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu …

Read More »

Deputat: Trampın prezidentliyində ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı imkanlar yaranacaq

Donald Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı imkanlar yaranacaq. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, təbii ki, Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlərin necə olacağı sualı yaranır: “Hakimiyyətdə olduğu illərdə respublikaçıların Cənubi Qafqazla bağlı siyasəti xeyli fəallığı ilə seçilib. Oğul Buş hakimiyyətdə olduğu illərdə Cənubi Qafqaz regionuna daha böyük maraq var …

Read More »

Azərbaycan XİN Bolqarıstan vətəndaşının adını “arzuolunmaz şəxslər” siyahısından çıxarıb

Bolqarıstan Respublikasının vətəndaşı, “Besttechnia TM-Rodimo PAD” şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharski məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, məktubunda V.Dreharski Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və …

Read More »

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milləti yoxdur” donor aksiyası keçirilib

Rusiya Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.“Report” “Rossiya dlya vsex” nəşrinə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən humanitar tədbir MDTU-nun Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.AMOR-un nəzarət-təftiş komissiyasının üzvü, tibb elmləri namizədi …

Read More »

“Qalatasaray” klubu portuqaliyalı futbolçunun transfer qiymətini açıqlayıb

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Brumanın sərbəst buraxılma dəyərini açıqlayıb.  “Report”un məlumatına görə, 22 yaşlı futbolçunu transfer etmək istəyən klub 40 milyon avrosundan keçməlidir. İstanbul təmsilçisi 2018-ci ilin yayında başa çatacaq müqaviləni artırmaq niyyətindədir. Artıq rəhbərlik yığma komandaların oyunları səbəbindən yaranan fasilədə portuqaliyalı futbolçunun menecerləri ilə görüşəcək. Yeni müqavilə imzalanacağı təqdirdə maaşı 2 dəfə artacaq. Qeyd edək ki, Bruma 2013-cü ildə …

Read More »

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərrac nəticəsində dövlət büdcəsinə 0,8 mln. manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək. Hərracda özəlləşdirilmiş 2 kiçik dövlət obyekti Bakıda, 1-i Şəkidə, satılmış 4 istifadəsiz …

Read More »