Çərşənbə , 7 May 2025

Dünya

28 May – Respublika Günü münasibətilə elan edilmiş amnistiya aktının icrası başa çatıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mərhəmətlik və insanpərvərlik ənənələrindən irəli gələn təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli Qərarın icrası başa çatıb. AZƏRTAC xəbər verir ki, amnistiya aktının icrasının yekunlarına dair aparılmış ümumiləşdirmələr nəticəsində həmin aktın 10931 məhkuma …

Read More »

Astrid Lindqrenin “Uzuncorab Pippi” tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” səhnə əsərinin premyerası olub. A.Lindqren eyni zamanda “Damda yaşayan Karlsson”, “Lönneberqalı Emil”, “Madiken”, “Robberin qızı Ronya” və s. əsərlərin də müəllifidir. İlk dəfə azərbaycan dilində nümayiş olunan “Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və Azercell şirkətinin birgə layihəsinin məhsuludur. …

Read More »

Voleybol üzrə Azərbaycan çempionatının təqvimi açıqlanıb

Voleybol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının təqvimi açıqlanıb. Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mübarizəyə kişilərdən ibarət komandalar başlayacaqlar. Noyabrın 3-də keçiriləcək ilk turda “Nəqliyyatçı” “Lokomotiv”lə, “Naxçıvan” “Sumqayıt”la, “Neftçi” isə MOİK-lə üz-üzə gələcək. Açılış mərasimi saat 16:00-da olacaq. Qadınların yarışı isə noyabrın 8-də start götürəcək. İlk turda “Telekom” “Azəryol”la, “Azərreyl” “Lokomotiv”lə qarşılaşacaq. Bu komandalardan əlavə, çempionatda Gürcüstan …

Read More »

Şirvanda sahibkarlar üçün interaktiv treninq keçirilib

İqtisadiyyat Nazirliyi Şirvan şəhərində sahibkarlıq subyektləri üçün interaktiv treninq keçirib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, treninqdə iştirakçılara Azərbaycanda investisya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib. Bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr …

Read More »

İran XİN: Talibanla heç bir əlaqə yoxdur

Rəsmi Tehran Əfqanıstanda fəaliyyət göstərən Taliban terror təşkilatı ilə əlaqələrini təkzib edir. Trend-in məlumatına görə, bu barədə açıqlamanı İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Bəhram Qassemi verib. XİN rəsmisinin sözlərinə görə, bu cür şayiələr terror təşkilatının “himayədarları” tərəfindən İrana qarşı düşmənçiliyin artırılması məqsədilə yayılır. Qeyd edək ki, bir neçə gün əvvəl Birləşmiş Ərəb Əmirlikləri mətbuatında Talibanın nümayəndəsi Molla Zəbiullanın …

Read More »

Bakıda 2 marşrut xəttində dəyişiklik edildi

Paytaxtda 2 marşrut xəttində müvəqqəti dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq, Zığ yolu, Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhüləsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi …

Read More »

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə ifadələr dinlənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, prosesdə ifadə verən şahid Hacıbaba Əkbərov bildirib ki, 2012-2014-cü illərdə Binəqədi rayon İcra Hakimiyyətində böyük məsləhətçi və memar vəzifəsində çalışıb: “Mən vəzifəyə gələndə artıq üzlənmə işlərinə başlanılmışdı. İcra Hakimiyyətinin sərəncamında olan …

Read More »

Daşkənddə Yunus Oğuzun “Sultan Alp Arslan” romanının təqdimatı olub

Daşkənddə Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun “Sultan Alp Arslan” romanının təqdimatı olub. Trend-in məlumatına görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Kitab aləmi” Ticarət və İnformasiya Cəmiyyətində (TİC) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Sultan Alp Arslan” romanının təqdimatı keçirilib. Tədbirdə Özbəkistanın elm, …

Read More »

Ramazan Abdulatipov: Azərbaycan və Dağıstan razılığa gəliblər

Azərbaycan və Dağıstan ticarət və kənd təsərrüfatı sahələrində bir sıra layihələr həyata keçirmək barədə razılığa gəliblər. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dağıstan Prezidenti Ramazan Abdulatipov “Dağıstanın qızıl payızı” adlı aqrar forumda deyib. Dövlət başçısı qeyd edib: “Azərbaycan tərəfi ilə gələn ilin martına Xaçmazda Dağıstan məhsullarının satılacağı iri mağazanın, eləcə də Dərbənddə bu cür mağazanın açılması ilə bağlı …

Read More »

“Antalya Ekspo 2016” sərgisində Azərbaycan pavilyonu birinci yer tutub

Türkiyənin Antalya şəhərində keçirilən və oktyabrın 30-da başa çatan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonu birinci yer qazanıb. Azərbaycan pavilyonu birinciliyi eksteryer və interyer bağçası nominasiyasında əldə edib. Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, bu kateqoriyada birinci yeri Azərbaycanla yanaşı, Çin, Almaniya, Cənubi Koreya, Qətər, Tailand və Yaponiya pavilyonları da qazanıb. Qeyd edək ki, “Antalya Ekspo 2016″da …

Read More »