İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1% olmaqla 61,4 mlrd. manat təşkil edəcək. Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam …
Read More »Rusiya baş nazirinin müavini: “Azərbaycanla münasibətlərimiz ən yüksək səviyyədədir”
“Bu gün Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir”. APA-nın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib. O bildirib ki, bunu nəinki ölkə prezidentləri arasındakı əlaqələr, həmçinin 90-dan çox parlamentlərarası razılaşmaların imzalanması sübut edir: “Bu sənədlər mədəniyyət, təhsil və səhiyyə sahələrinə aiddir. Azərbaycan tarixi və coğrafi nöqteyi-nəzərdən regionun ən əhəmiyyətli ölkələrindən biridir. Bu ölkənin dinamik inkişafı böyük hörmət və …
Read More »Əsl müharibə indi başlayır: ABŞ-dan Rusiyaya TƏHDİD
ABŞ prezidenti Barak Obamanın administrasiyasında Suriya hökumət qoşunlarının Rusiyanın dəstəyi ilə Hələbə hücumuna cavab olaraq daha sərt tədbirlər barədə müzakirələr başlayıb. Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda amerikalı iki məmur bildirib. Hesab edilir ki, regionun ən əhəmiyyətli şəhərinin hökumət güclərinin nəzarətinə keçməsi Suriya prezidenti Bəsədin Əsədin hakimiyyətinin bərpası anlamına gələcək və müxalifətə dağıdıcı zərbə vuracaq. Vəzifəli şəxslərdən birinin …
Read More »Nuru Paşanın məzarına Azərbaycan torpağı səpildi
İstanbulun Ədirnəqapı məzarlığında Nuru Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib. Publika.az xəbər verir ki, bu münasibətlə Nuru Paşanın məzarı başında geniş tədbir keçirilib. Əvvəlcə Nuru Paşa üçün cənazə namazı qılınıb. Daha sonra Azərbaycandan və Killigil ailəsinin vətəni olan Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən gətirilən torpaqlar Nuru Paşanın məzarına səpilib. …
Read More »Türkiyə daha 3 şəhid verdi
PKK terror təşkilatının silahlıları Türkiyənin Hakkari vilayətinin Yüksekova mahalında kənd mühafizəçilərinə hücum edib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən qarşıdurmada 3 mühafizəçi şəhid olub. Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat başlanıb.
Read More »Azərbaycan XİN rəhbərinin müavini: “Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymur”
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, Senator Kristof Conun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə X. Xələfov Azərbaycanla Avstraliya arasında siyasi və diplomatik münasibətlərin mövcudluğunu, əlaqələrdə pozitiv inkişafın və xeyli irəliləyişin əldə edildiyini və əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. X. …
Read More »Balakəndə iş adamı fəryad edir: “Rəis mənə deyir ki, səni ilişdirəcəm”
Ölkə.Az-ın redaksiyasına Balakən rayonundakı iş adamlarından birindən müraciət daxil olub. Müraciət edən şəxs Balakən rayon sakini, rayonda fəaliyyət göstərən «Grand Palace» şadlıq sarayının direktoru Şamil Qebeyev artıq bir ildir ki, rayonun polis rəisi Elnur Həsənov tərəfindən təqib edildiyini bildirir. Daha sonra redaksiyamızla telefon əlaqəsi saxlayan iş adamı 2015-ci ilin iyul ayında polis rəisinin onun yanına adam göndərərək əgər rahat işləmək …
Read More »MTRŞ: Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil
Milli Televiziya və Radio Şurası(MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib. Qurumun Aparat rəhbəri Toğrul Məmmədov “Report”a açıqlamasında bildirib ki, bu məsələ “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir. O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil: “Qanunvercilik buna yol vermir. Eyni …
Read More »Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yenidən hərbi təlimlərə başlayıblar
Ermənistan Silahlı QüvvələriAğdamın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbi birləşmələri günün ikinci yarısından ağır artilleriya qurğularından istifadə edərək hərbi təlim keçir. Təlim zamanı hərbi texnikalardan açılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.
Read More »Tbilisi “Dinamo”sunun baş məşqçisi istefaya göndərilib
Gürcüstanın “Dinamo” (Tbilisi) futbol komandasının baş məşqçisi Yuray Yarabek istefaya göndərilib. “Report”un məlumatına görə, slovakiyalı mütəxəssisin göndərilməsinə səbəb komandanın avrokuboklarda uğursuz çıxışıdır. Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına məğlub olan (0:2, 0:1) Tiflis təmsilçisi Avropa Liqasının “pley-off” mərhələsində Yunanıstan PAOK-una da uduzaraq (0:3, 0:2), beynəlxalq turnirlərdə çıxışını dayandırıb. Komanda ölkə çempionatının Ağ qrupunda 6 turdan sonra 10 xalla 3-cü pillədə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
