Şənbə , 27 İyul 2024
Drone Cameras

Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək

2016-cı il oktyabr ayının 10-dan 14-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı Səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət Rusiya nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Nizami Kino Mərkəzində keçiriləcək Kino Günlərinin açılışı 10 oktyabr saat 19:00-da Rusiya kinematoqrafçıları ilə görüş və rejissor Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə olacaq.

Kino Günləri çərçivəsində 11 oktyabr saat 19:00-da rejissor Yuriy Vasilyevin “Qəhrəman”, 12 oktyabr saat 19:00-da İndar Djendubayevin “O, drakondur”, 13 oktyabr saat 19:00-da İlya Çijikov və Anton Çijikovun “Bizim qəbirstanlığın oğlanı”, 14 oktyabr saat 19:00-da isə Eduard Bordukovun “Qutu” bədii filmi tamaşaçılara təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir