Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 aprel 2023-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat 30 mart saat 11:00-dan 20 aprel saat 10:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. İmtahan yeri (binası) barədə …
Read More »Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib, müavini işdən çıxarılıb
Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib. Boyukmillet.com xəbər verir ki, 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib. Məktəb-liseyin təlim-tərbiyə işləri …
Read More »Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub
Bakı Slavyan Universitetinə (BSU) yeni prorektor təyin olunub. Boyukmillet.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nailə Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub. Rektor Anar Nağıyev bu gün yeni prorektoru kollektivə təqdim edib. Qeyd edək ki, Nailə Azad qızı Xəndan 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, …
Read More »ADU-dan tələbənin dekan müavini təyin edilməsinə münasibət: “Hər ikisinin öhdəsindən uğurla gələcək”
“Azərbaycan Dillər Universitetinin tələbəsi Jalə Eyvazovanın oxuduğu fakültənin dekan müavini təyin olunması ictimai əsaslarla həyata keçirilib”. Bunu “Report”a açıqlamasında ADU-nun Mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib. O qeyd edib ki, indiyə qədər ADU-da bu cür təcrübə olmayıb: “Rektor, akademik Kamal Abdulla qərara gəldi ki, göstəriciləri yüksək olan, tələbələr arasında nüfuz qazanmış, tədbirlərdə fəal olan tələbəni qiymətləndirib, dəyərləndirsin. Həmçinin onun gələcək idarəçilik …
Read More »Emin Əmrullayev Fransada səfərdədir
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada rəsmi səfərdədir. Nazir səfər çərçivəsində Strasburq Universitetinin rektoru Mişel Denekenlə görüşüb. Tərəflər elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2024-2030-cu illər üzrə inkişaf perspektivləri barədə təqdimat keçirilib. İkigünlük səfər çərçivəsində nümayəndə heyəti Strasburq Universitetinin …
Read More »Milli dastanlarımızın XIX əsrdə yazıya alınmış variantlarının surətləri əldə edilib
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib. Boyukmillet.com xəbər verir ki, “Hekayəti Kərəm” adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq …
Read More »Güclü geomaqnit qasırğası müşahidə olunur
Güclü geomaqnit qasırğası müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət …
Read More »Azərbaycana yaz fəsli daxil olub
Bu gün saat 01:24-də Azərbaycana yaz fəsli daxil olub. Boyukmillet.com xəbər verir ki, gecə ilə gündüz bərabərləşib. Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb. Bu fəslin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq. Şimal yarımkürəsində Yaz fəsli iyunun 21-nə qədər davam edəcək. Yəni iyunun 21-i saat 18:57:47-də Azərbaycana Yay …
Read More »Vətən müharibəsi qazisi direktor təyin olunub
Vətən müharibəsi qazisi Qurbanov Ceyhun Qürbət oğlu Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq Elm və Təhsil nazirinin müvafiq əmri ilə Masallı rayonu Köçəkli kənd S.Rəhimov adına tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb. Boyukmillet.com xəbər verir ki, Masallı rayonu Qarğalıq kənd …
Read More »DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirilib
Dövlət İmtahan Mərkəzi martın 5 və 12-də keçirilən buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, son günlər 5 və 12 mart tarixlərində keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında müəyyən müzakirələr aparılır. Bildirilib ki, buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
