2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, eyni zamanda, 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək. Xatırladaq ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.
Read More »Kənd məktəblərində boş qalan müəllim ixtisasları açıqlanıb
Kənd məktəblərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır: “Məsələn, ibtidai sinif və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur. Burada iki məqam var. Biri fundamental problemdir. Daha kiçik məktəblərdə az, bəzən cəmi …
Read More »Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfransında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində qadınların iştirakı dünya ortalaması ilə müqayisədə irəlidədir: “Azərbaycan qadınları ibtidai, orta və ali təhsil sahəsinə yetərincə öz …
Read More »Masazırda yeni məktəb binası inşa olunur
Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış massivində 1200 şagird yerlik yeni tam orta məktəb binası inşa olunur. Boyukmillet.com xəbər verir ki, hazırda binada son tamamlama və həyətyanı sahədə abadlıq işləri görülür. Yeni məktəb binasının sentyabr ayında təhvil verilməsi planlaşdırılır.
Read More »Bu il 127 mindən çox uşaq I sinfə qəbul edilib
Mayın 1-dən bu günə qədər ümumilikdə 127 mindən çox uşaq I sinfə qəbul edilib. Bu barədə “Report”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir. Agentlik valideynlərə müraciət edərək bildirib ki, tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının …
Read More »Rektor: Qarabağ Universitetinə xaricdə yaşayan azərbaycanlı alimlər dəvət olunur
Xaricdə yaşayan azərbaycanlı alimlərin Qarabağ Universitetinə gələrək həm tədris prosesinə, həm elmi prosesə dəstək göstərmələri ilə bağlı işlər həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu Universitetin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. O bildirib ki, hazırda çoxsaylı Azərbaycan alimlərinin universitetə daimi əməkdaş kimi cəlb olunması ilə bağlı danışıqlar aparılır: “Xaricdə yaşayan azərbaycanlı alimlərin universitetimizə gələrək həm tədris prosesinə, həm …
Read More »İyulda 754 nəfərin diplomu tanınıb
İyul ayı üzrə müraciət edən 937 nəfərin 754-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub, 183 şəxsin müraciəti isə mənfi qərarla yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 142, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbi …
Read More »Milli Müdafiə Universiteti bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə qəbul elan edir
Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.Tələblər sırasında Dövlət İmtahan Mərkəzi tərəfindən I, …
Read More »Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq
Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir: “Proqramların hazırlanması istiqamətində işlər görülür”. C.Kərəmov əlavə edib ki, hazırda Qubadlı, Zəngilan, …
Read More »Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılır
Bu gündən peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov keçirdiyi brifinqdə məlumat verib. Qeyd olunub ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
