Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin martın 1-nə olan reytinq cədvəlini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, siyahıya 685 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir. Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, stend atıcılığı üzrə qarışıq komanda isə 405 xalla üçüncü pillədə yer alıb. Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi …
Read More »Azərbaycan idmançılarının mart ayı üçün reytinq cədvəli bəlli olub
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin martın 1-nə olan reytinq cədvəlini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, siyahıya 685 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir. Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, stend atıcılığı üzrə qarışıq komanda isə 405 xalla üçüncü pillədə yer alıb. Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi …
Read More »Azərbaycan xizəkçiləri dünya cempionatında iştirak edirlər
İspaniyanın Boy -Taul xizək mərkəzində Xizək Alpinizmi üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, yarışda ölkə 5 yerli idmançı ilə təmsil olunur.Xizəkçilər martın 1-də xizək alpinizminin şaquli yürüşü, növbəti gün isə komanda yürüşündə yüksək nəticə uğrunda mübarizə aparacaqlar. Martın 4-də isə idmançılar fərdi yürüş növləri üzrə öz güclərini sınayacaqlar.
Read More »Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək
Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Boyukmillet.com xəbər verir ki, yarış mayın 8-15-i aralığında baş tutacaq. Dünya Kubokunda 50-dən çox ölkənin 600 idmançı və texniki heyətinin iştirakı gözlənilir. Budəfəki mötəbər turnir güllə atıcılığının növləri üzrə olacaq. Qeyd edək ki, 2022-ci ilin mayında keçirilən Dünya Kubokunda 26 ölkəni təmsil edən idmançılar 94 medal qazanıblar.
Read More »Azərbaycanın sərbəst güləş millisi Avropa çempionatına Mahaçqalada hazırlaşacaq
Sərbəst güləş üzrə Azərbaycan millisi təlim-məşq toplanışı keçmək üçün Dağıstana yollanıb.Boyukmillet.com xəbər verir ki, Mahaçqalada təşkil olunacaq hazırlıq prosesində yığmanın 19 üzvü iştirak edəcək. Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 57 kq), Ayxan Abdullazadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Rəşid Babazadə (hamısı 65 kq), Maqomed-Başir Xanıyev (70 kq), …
Read More »Azərbaycan Gimnastika Federasiyasının XIII Ümumi Yığıncağı keçirilib
Azərbaycan Gimnastika Federasiyasının (AGF) XIII Ümumi Yığıncağı keçirilib. AGF-dən “Report”a verilən məlumata görə, tədbir Milli Gimnastika Arenasında baş tutub. Hesabat xarakteri daşıyan yığıncaqda qurumun İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər. İclasda federasiyanın Baş katibinin 2022-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, paytaxtda keçirilən beynəlxalq yarışlar, bölgələrdə yeni gimnastika bölmələrinin fəaliyyəti və AGF-in beynəlxalq arenadakı uğurlarından …
Read More »Fərid Qayıbov tanınmış idmançını qəbul edib – FOTO
Gənclər və idman naziri Fərid Qayıbov dünyanın tanınmış kikboksçularından biri, ONE FC çempionu Çingiz Allazovu qəbul edib. Nazilrikdən “Report”a verilən məlumata görə, idmançını salamlayan F.Qayıbov ona uğurlu çıxışı münasibətilə təbrikini çatdırıb. Bakıya səfəri barədə məlumat verən idmançı səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edək ki, hazırda ONE FC reytinqində birinci olan Çingiz Allazov müxtəlif illərdə dəfələrlə K-1, NDC və A-1 …
Read More »Avropa Gəncləri Qış Olimpiya Festivalı: Azərbaycan idmançısı qısa proqramda 10-cu olub
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında ilk çıxışını edib. Boyukmillet.com xəbər verir ki, o, qısa proqramda hakimlərdən 45.27 xal alıb. Yığmanın ən gənc atleti 30 ölkənin iştirakçısı arasında 10-cu yeri tutub. Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də baş tutacaq. İdmançı sərbəst proqramda yüksək nəticə uğrunda mübarizə aparacaq.
Read More »Azərbaycan təmsilçisi Qış Olimpiya Festivalında məşqlərə başlayıb
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında məşqlərə başlayıb. Boyukmillet.com xəbər verir ki, atlet yanvarın 25-də qısa, yanvarın 27-də sərbəst proqram üzrə çıxış edəcək. Qeyd edək ki, festival yanvarın 28-də başa çatacaq.
Read More »Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb
Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə 5 qitənin ən istedadlıları sırasında yer alıb. Boyukmillet.com xəbər verir ki, o, Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq. İstedadlı idmançıya seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən həmin stolüstü tennisçilər yanvarın …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
