Cümə , 22 Noyabr 2024

Fərdi

Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Su İdman Sarayının nəzdində padel tennis kortunun açılışı olub. Boyukmillet.com xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və qurumun digər əməkdaşları iştirak ediblər. Açılış mərasimindən sonra F.Qayıbov və nazirliyin əməkdaşlarından ibarət iki rəmzi komanda formalaşıb və onlar öz aralarında formal oyun keçiriblər. Qeyd edək ki, padel tennis …

Read More »

Altay Həsənov: “Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu”

“Bu il federasiyanın 20 illiyini qeyd edirik. Bu gün yubileylə əlaqədar son tədbirimiz idi. İlin yekunlarından, nəticələrdən danışdıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Milli Gimnastika Arenasında qurumun yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, tədbirdə ilin yekunları və nəticələr müzakirə olunub: “Uzun yol keçmişik. 2002-ci ildə …

Read More »

Rafael Ağayev: “Bu titul Azərbaycan xalqınındır”

“Bu titul Azərbaycan xalqınındır”. Boyukmillet.com xəbər verir ki, bunu “Karate Combat”da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra deyib. 35 yaşlı idmançı kəməri qazanmaq üçün çox çalışdığını bildirib: “Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım …

Read More »

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk günün nəticələri bəlli olub. Boyukmillet.com xəbər verir ki, qadınlar arasında 48 və 63 kq, kişilərin mübarizəsində isə 60 və 81 kq çəki dərəcələrinə qaliblər müəyyənləşib. Qadınlar 48 kq 1. Şəfəq Həmidova 2. Ramilə Əliyeva 3. Aişə Qurbanlı 3. Könül Əliyeva 63 kq 1. Aytac Qardaşxanlı 2. Nərgiz Hacıyeva 3. Rahidə Cavadova 3. Diana Şoranova Kişilər …

Read More »

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Noyabrın 11-də Bakıdakı “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki , tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, federasiyaların rəhbərləri, Olimpiya çempionları və titullu idmançılar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan MOK üçün xüsusi olaraq hazırladığı, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında …

Read More »

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib. Boyukmillet.com xəbər verir ki, əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan sosial şəbəkədə yazıb: “Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi …

Read More »

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

“İnsan fiziki cəhətdən zəif olanda yox, psixoloji hazır olmayanda uduzur. Xüsusilə də məşqlərdə bu nüans vacib rol oynayır. Yarış isə bizim necə hazırlaşmağımızı göstərən səhnədir”. Boyukmillet.com xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov Bakıda keçirilən Dünya Kubokunun final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis bildirib ki, ilin sonu olduğu üçün güləşçilərdən bir …

Read More »

Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli 13 idmançı ilə təmsil olunacaq. Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif …

Read More »

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Boyukmillet.com xəbər verir ki, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq. İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq. Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa …

Read More »

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Azərbaycanın daha 12 cüdoçusu bu gün Bakıda keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, sonuncu yarış günündə 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev, Murad Fətiyev, Nihad Şıxəlizadə və İbrahim Ağakişiyev tatamiyə çıxacaq. 100 kq-da yarışan Elmar Qasımov, Zelim Kotsoyev, Aslan Mirzəyev və Hüseyn Dadaşov medal qazanmağa çalışacaq. 100 kq-dan yaxarı çəkidə isə İbrahimxəlil Ömərov, Camal Qamzatxano, Kənan …

Read More »