Azərbaycan millisi Paris-2024 Yay Paralimpiya Oyunlarında ilk dəfə 7 idman növündə təmsil olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. Yarış avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Azərbaycanı paralimpiadada 18 idmançı təmsil edəcək: Paraatletika Oloxan Musayev (nüvə itələmə) Rüfət Rəfiyev (nüvə itələmə) Lamiyə Vəliyeva (qaçış) Səid Nəcəfzadə (uzunluğa tullanma) Orxan Aslanov (uzunluğa tullanma) Paraüzgüçülük …
Read More »AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb
Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb. Federasiya rəsmisi gimnastların Paris-2024 Olimpiadasına hazırlığı ilə maraqlanıb, onlara uğurlar arzulayıb. Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 …
Read More »Azərbaycanın üzgüçüsü Bolqarıstanda gümüş medal qazanıb
Azərbaycanın suya tullanma növü üzrə idmançısı Məhəmməd Hüseynov Bolqarıstanın Varna şəhərində keçirilən “Üçüncü Balkan Gənclər Çempionatı” beynəlxalq turnirində gümüş medal qazanıb. Boyukmillet.com xəbər verir ki, M.Hüseynov E qrupunda ikinci yerə layiq görülüb. Qeyd edək ki, yarışda 10 ölkədən 110 idmançı mübarizə aparır. Azərbaycanın üzgüçüləri Anton Melnikov və Anqelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.
Read More »Azərbaycan gimnastı Portuqaliyadakı Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycan gimnastı Mixail Malkin Portuqaliyanın Koimbra şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Batut gimnastikası və tamblinq üzrə yarışan idmançı qızıl medal qazanıb.
Read More »Azərbaycanın bədii gimnastları İspaniyada növbəti medalları qazanıblar
Bədii gimnastika üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar. Boyukmillet.com xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa və 3 lent, 2 top proqramlarında yüksək nəticəyə nail olaraq iki gümüş mükafata sahib olublar. Yığma ötən gün çoxnövçülükdə qızıl medal əldə etmişdi.
Read More »Azərbaycan güləşçisi: Atası və anası vəfat edəndən sonra Tsurtsumiyanın həyatı tərsinə döndü
Atası və anası ard-arda vəfat etdi. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi, atası isə infarkt keçirdi. Bundan sonra Tsurtsumiyanın həyatı tərsinə döndü. Bunu “Report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli gürcüstanlı həmkarı Nuqzari Tsurtsumiyanın 27 yaşında intihar etməsi barədə danışarkən deyib. O, gürcü güləşçi ilə dəfələrlə rəqib olmasına baxmayaraq, yaxşı münasibət saxladıqlarını vurğulayıb: “Rəqib olmağımıza baxmayaraq, həmişə münasibətimiz yaxşı olub. Rəqibliyimiz həmişə …
Read More »Azərbaycan güləşçisi “Asiya uşaqları”nda bürünc medal qazanıb
Azərbaycanın koreş güləşçisi Fərid Nağıyev Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb. 60 kq çəki dərəcəsində yarışan F.Nağıyev bürünc medal qazanıb.
Read More »Fərid Qayıbov qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb
Bu gün gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq …
Read More »Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli bəlli olub
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərininiyul ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) birinci pillədə qərarlaşıb. Cüdoçu Hidayət Heydərov (450) ikinci, idman gimnastı Nikita Simonov (430) isə üçüncü sıraya yüksəlib. Bədii gimnast Zöhrə Ağamirova (340), cüdoçular Zelim Kotsoyev (330), Rəşid Məmmədəliyev (295), Yaşar Nəcəfov …
Read More »Azərbaycan cüdoçularının Avropa çempionatında rəqibləri müəyyənləşib
Sabah Bolqarıstanda start götürəcək yeniyetmələr arasında Avropa çempionatının püşkü atılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub. Qızlar40 kqXədicə Abdullayeva – Ema Vasilyeva (Bolqarıstan) 44 kqLeyla Ələkbərova – Stella Papai (Macarıstan)Nərmin Məmmədli – Xantia Stilianu (Kipr) 48 kqDiana Eldarova – Noa Hadar (İsrail)Nuranə Hacızadə – Petra Culyak (Bosniya və Herseqovina) 52 kqVüsalə Hacıyeva – Keyt Çisholm …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
