“Kəpəz”in sabiq futbolçusu, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Talıb Rzayev Gəncə təmsilçisində işləyəcək. Boyukmillet.com xəbər verir ki, İdarə Heyətinin sədri İlqar Nadiri döyüşçü ilə görüşərək, onun 9 yaşlılardan ibarət komandaya məşqçi təyin edildiyini bildirib. O əlavə edib ki, yaxın günlərdə gənc mütəxəssisin AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirakı da mümkün olacaq. Artıq bu istəklə quruma müraciət …
Read More »Peşəkar Futbol Liqası loqosunu dəyişir
Peşəkar Futbol Liqasının (PFL) loqosu dəyişdiriləcək. Boyukmillet.com xəbər verir ki, qurum bununla bağlı loqotip dizaynı müsabiqəsi elan edib. Bildirilib ki, yeni loqo hazırlandığı zaman onun Peşəkar Futbol Liqasının səlahiyyətlərinə uyğun olaraq, xüsusən Azərbaycan futbolu ilə bağlı müxtəlif sahələrdə, məhsulların üzərində, tədbirlərdə istifadə olunacağı nəzərə alınmalı, təqdimat versiyası 1 mb-dən az olmamalı, tələb olunan format PNG və ya JPEG olmalıdır. Qeyd …
Read More »Peşəkar Futbol Liqasında yeni təyinat olub
Peşəkar Futbol Liqasında (PFL) yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib. Tanınmış jurnalist Sənan Abdullayev qurumun yeni media və marketinq direktoru təyin olunub. 2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S.Abdullayev 2007-ci ildən “Xəzər TV”də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin “Ən yaxşı idman …
Read More »FIFA Hindistan Futbol Federasiyasının təşkilatdakı fəaliyyətini bərpa edib
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünün dayandırılması ilə bağlı qərarını ləğv edib. FIFA, həmçinin 17 yaşadək qadınlar arasında dünya çempionatının planlaşdırıldığı kimi Hindistanda keçiriləcəyini təsdiqləyib. Bundan əvvəl FİFA-ya üzvlüyün dayandırılması səbəbindən Hindistanın turnirə ev sahibliyi etmək hüququnu itirmək riski ilə üzləşdiyi bildirilirdi. Təşkilat avqustun 15-də qurumun üzvlüyünü dayandırıb. Daha sonra Hindistanın “India Today” telekanalı qeyd …
Read More »“Frayburq”un baş məşqçisi: “Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı”
“Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx UEFA Avropa Liqasının püşkatması barədə danışarkən deyib. 57 yaşlı mütəxəssis rəqibin heç bir əhəmiyyətinin olmadığını bildirib: “Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik”. Qeyd edək ki, UEFA Avropa …
Read More »Çempionlar Liqası: “Qarabağ” bu gün qrup mərhələsinə vəsiqə qazana bilər
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Boyukmillet.com xəbər verir ki, “köhlən atlar” Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olacaq. Plzendəki “Dusan Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək. Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlub …
Read More »Qurban Qurbanov: “Çexiyada təkcə yaxşı oyun göstərmək qalır”
“Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Viktoriya” (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 50 yaşlı mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: “Hazırlığımız pis alınmayıb. “Turan Tovuz”la Premyer Liqanın …
Read More »“Zəngəzur” futbol klubu yaradıla bilər, “İrəvan” futbol klubu isə var
““Zəngəzur” futbol klubu yaradıla bilər və yaradılmalıdır. Biz Qərbi Azərbaycan torpaqlarına başqa bir ölkənin ərazisi kimi baxmaq düşüncəsindən qurtulmalıyıq. O torpaqlar son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və o ərazilərdə tarix boyu azərbaycanlılar yaşayıb”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Corner.az-a açıqlamasında “Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. Deputat qeyd edib ki, Qərbi Azərbaycanın da özünün futbol klubu …
Read More »Azərbaycan Premyer Liqası: Üçüncü tur autsayderlərin dueli ilə başlayır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Boyukmillet.com xəbər verir ki, günün yeganə matçında “Şamaxı” “Səbail”i qəbul edəcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq. İlk 2 turdan sonra xalı olmayan kollektivlər “Kəpəz” və “Sumqayıt”la birlikdə 7 – 10-cu yerləri bölüşdürür. Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 6-da paytaxt klubu, 7-də bölgə təmsilçisi …
Read More »Avropa Liqası: “Ferentsvaroş”dan darmadağın, “Fənərbağça” qələbə qazanıb
Boyukmillet.com xəbər verir ki, 10 oyunun hamısı eyni gündə baş tutub. Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçdə “Malmö”yə 1:3 hesabı ilə uduzub. “Fənərbağça” isə Avstriyada “Austriya” (Vyana) komandasına qalib gəlib – 2:0. “Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu məğlub edib. UEFA Avropa Liqasıpley-off mərhələsi, ilk oyunlar18 avqust 20:00. HİK (Finlandiya) – …
Read More »