“Neftçi”nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstan “Olimpiakos”u yoldaşlıq görüşü keçirib. Boyukmillet.com-un məlumatına görə, Pirey təmsilçisi yerli “Aris” komandası ilə üz-üzə gəlib. Görüş “Olimpiakos”un böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.
Read More »Çempionlar Liqası: “Neftçi” və “Qalatasaray”ın səfər oyunları eyni saatda
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, növbəti mərhələdə iki gün ərzində 10 matç gerçəkləşəcək. Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını mübarizədən kənarlaşdırmış “Neftçi” və mübarizəyə bu mərhələdən başlayacaq Türkiyənin “Qalatasaray” klublarının səfər görüşləri eyni gün və saatda başlayacaq. “Ağ-qaralar” Yunanıstanda “Olimpiakos”un, “sarı-qırmızılar” Niderlandda PSV-nin qonağı olacaq: UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, ilk oyunlar 20 …
Read More »“Sumqayıt” və “Keşlə”nin avrokubok oyunlarının hakimləri məlum oldu
“Sumqayıt” və “Keşlə” komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin Serbiyada “Çukariçki” ilə görüşünə isveçrəli referi Fedayi San təyinat alıb. Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin yan xətt, Ştefan Horisberger dördüncü hakim qismində yardımçı olacaq. İyulun 21-də Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat …
Read More »“Neftçi” fransalı yarımmüdafiəçi ilə anlaşdı
“Neftçi”nin heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub. Boyukmillet.com “L Equipe” nəşrinə istinadən xəbər verir ki, flaqman Fransanın “Havr” klubunun yarımmüdafiəçisi Roman Baskı transfer edir. Artıq fransalı oyunçu ilə razılıq əldə edən “ağ-qaralar” onunla 2 illik müqavilə imzalayacaq. Paytaxt təmsilçisi bu keçid üçün qarşı tərəfə təzminat ödəyəcək. Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl ölkəsində “Keviyi Ruan” …
Read More »Çempionlar Liqası: I təsnifat mərhələsində cavab oyunları başlayır
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Boyukmillet.com-un məlumatına görə, ilk oyun günündə 11 qarşılaşma baş tutacaq. Estoniyadakı matçda Malta “Hibernians”ını 2 cavabsız qolla məğlub edən “Flora”, Albaniyada “Teuta”ya 4:0 hesabı ilə qalib gələn Moldova “Şerif”i, həmçinin Macarıstanın “Ferentsvaroş”, Rumıniyanın ÇFR, Finlandiyanın HİK, Litvanın “Jalgirirs” və Slovakiyanın “Slovan” komandaları növbəti mərhələyə adlamağa daha yaxındırlar. UEFA …
Read More »Ukraynada oynayan futbolçu millimizdən imtina etdi
Ukraynanın “Kremen” komandasında çıxış edən azərbaycanlı futbolçu Tuqay Əlizadə Azərbaycanın U-19 millisində oynamaqdan imtina edib. Bu barədə yığmanın baş məşqçisi Samir Əliyev məlumat verib. 42 yaşlı mütəxəssis bildirib ki, 19 yaşlı yarımmüdafiəçinin ailəsi və özü ilə bir neçə dəfə danışıq aparılsa da, nəticə müsbət olmayıb: “Tuqay Ramin Quliyevin baş məşqçi olduğu vaxt U-17-də olub. Bir və ya iki toplanışda iştirak edib. …
Read More »Qurban Qurbanov: “Azarkeşlərlə bağlı qərara çox sevinirik”
“İlk olaraq, azarkeşlərimizdən başlamaq istəyirəm. Hamımız buna çox sevinirik. Bu qərarı eşidəndən sonra komandada əhval-ruhiyyə həddindən artıq yuxarıdır. İnanıram ki, yaxın gələcəkdə hər şey qaydasına düşər, 50 yox, 100 faiz azarkeşə icazə verilər. Hamımız onlar üçün darıxmışıq”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi yutub kanalına açıqlamasında azarkeşlərin avrokubok matçlarına buraxılması ilə bağlı qərarı şərh …
Read More »Avropa çempionatının bombardiri məlum oldu
Futbol üzrə Avropa çempionatının ən yaxşı bombardiri müəyyənləşib. Boyukmillet.com-un məlumatına görə, bu ada Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 5 qolla layiq görülüb. Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənməyə müvəffəq olub. Lakin Ronaldu Şiki əlavə göstəricilər hesabına üstələyib. 36 yaşlı forvardın aktivində 1 məhsuldar ötürmə də olub. Digər tərəfdən, o, meydanda 360 dəqiqə, Şik 404 dəqiqə keçirib. Bu, Ronaldunun …
Read More »“Zirə” qapıçısı ilə müqaviləni uzatdı
“Zirə” komandası qapıçısı Rəşad Əzizli ilə yeni müqavilə imzalayıb. Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir. Qeyd edək ki, Əzizli 2020-ci ilin yayından qəsəbə təmsilçisində çıxış edir.
Read More »Elxan Məmmədov: “Azərbaycanın futbolda layiqli yer tutduğunu göstərdik
“AVRO-2020 öz təbiətinə görə unikal turnir oldu. Bu, müasir tarixin ən uyğun olmayan anlarından birində keçirildi. “COVID-19″ səbəbindən azarkeş və səyahət məhdudiyyətləri Bakıda nümayiş etdirməyə hazır olduğumuz tamaşanın səhnələşdirilməsini çətinləşdirsə də, turnirin müsbət tərəflərinə nikbin baxmaq imkanımız var”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıda keçirilən oyunlar barədə danışarkən deyib. Milli assosiasiya rəsmisi bildirib ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar