Cümə , 26 Aprel 2024

Gündəm

İranlı diplomatdan Azərbaycana qarşı iddialar – “Naxçıvan İrana birləşdirilməlidir”

İranlı diplomat, İranın Əfqanıstan və İtaliyadakı keçmiş səfiri Əbülfəzl Zöhrəvənd müsahibəsində Azərbaycan və Türkiyə haqqında “bəyanatlar” verib. “Xəbər lenti” teleqram kanalında yayılan məlumata görə, diplomat belə deyib: “Türklər Zəngəzuru da almaq istəyirlər. Onlar bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər. Xameneyi bununla bağlı lazımi xəbərdarlıq edib onlara. Naxçıvan və Qarabağ məsələsi bizim əleyhimizə bitdi. Naxçıvan tamamilə İrana birləşdirilməlidir. …

Read More »

Laçındakı yanğınlar – erməni vandalizminin son çırpıntılar

Ermənilərin Laçında meşələri yandırması, flora və faunamıza qarşı törətdiyi vandallıq əslində bu toplumun mahiyyətini ifadə edir. Ona qucaq açan qonşusunun torpaqlarına öncə sahib çıxan, sonra daha çox ərazi tələb edən və heç zaman yaşamadığı torpaqları uzun illər işğalda saxlayan, etnik təmizləmə siyasəti aparan, monoetnik dövlət yaradan və xalqdan çox terror təşkilatını xatırladan bir toplumun nümayəndələrinin belə davranışı gözləniləndir. Şübhəsiz ki, …

Read More »

Badamlı adına niyə sahib çıxmır?

Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Bravo” mağazalar şəbəkəsinin “Badamlı” mineral sualarının qəribə təqdimatı ilə bağlı maraqlı paylaşım edib. Boyukmillet.com həmin paylaşımı təqdim edir: “Fotonu “Bravo”nun Azadlıq prospektindəki mağazasında çəkmişəm. Deyəsən, mağaza “Badamlı”ya yeni ad verib. Əslində, Badamlının Bakıda satışını təşkil edən şəxslərə bu da azdır. Çünki öz işləri ilə məşğul olmurlar. Bir neçə ay əvvəl mən onların sosial mediada keçirdiyi “Zəfər …

Read More »

İntim videolar yayan FHN polkovniki barəsində həbs qətimkan tədbiri seçilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarını yaymaqda təqsirləndirilən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. “Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin …

Read More »

Cərrah Anar Əmrahın səhlənkarlığı əməliyyat etdiyi xəstənin ölümünə səbəb oldu – Video

Tanınmış cərrah Anar Əmrahın Respublika Diaqnostika Mərkəzində etdiyi əməliyyat zamanı yol verilən tibbi nöqsanlar xəstənin ölməsi ilə nəticələnib. Əməliyyat zamanı dünyasını dəyişən Məhərrəmova Cəmilə Mahmud qızının Fərhad adlı oğlu Azinforum. az-a açıqlamasında bunları deyib: “Mənim adım Fərhaddır. Azərbaycan Səhiyyəsinin qurbanıyam. Beləki, anam Məhərrəmova Cəmilə Mahmud qızını 31 may tarixində RDM də cərrah Anar Əmrahın başçılığı ilə konorar şuntlama əməliyyatına salmışam. …

Read More »

Bərdədə antisanitar vəziyyət – Millət vəkilindən çağırış

Bərdə şəhərində məişət tullantıları poliqonunun insanların sıx məskunlaşdığı ərazidə yerləşməsi rayon sakinlərinin haqlı narazılığına səbəb olub.  Bu barədə millət vəkili Fatma Yıldırım özünün feysbuk hesabında məlumat yayaraq, aidiyyatı qurumlardan yardım istəyib. Deputat bildirib ki, poliqonda mütəmadi olaraq tullantıların yandırılması ilə yaranmış xoşagəlməz vəziyyət rayonda yaşayan 150 mindən çox əhalini sağlamlıq problemləri ilə üz-üzə qoyur. Boyukmillet.com paylaşımı olduğu kimi təqdim edir: …

Read More »

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik tutulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daha əvvəl bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb. Müəyyən olunub ki, FHN-in Dövlət Yanğından …

Read More »

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub – EKSKLÜZİV

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub. Boyukmillet.com xəbər verir ki,təqsirləndirilən şəxsə məxsus bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub. S.Müslümova məxsus əmlakları bunlardır: 1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38 2. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti …

Read More »

Səlim Müslümovun məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası başlayıb. Boyukmillet.com  xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özü barəsində anket məlumatları verib. Daha sonra S.Müslümovun vəkilləri – Toğrul Vəliyev və Ayxan Rüstəmzadə vəsatət qaldırıblar. Onlar məhkəmə iclaslarının qapalı keçirilməsini istəyiblər: “Vəsatət Səlim Müslümovun pedaqoji fəaliyyəti və cinayət işində …

Read More »