Bazar , 7 Dekabr 2025

Gündəm

Rəsmi Bakıdan cəbhədəki vəziyyətlə bağlı bəyanat: “Məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”

“Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə …

Read More »

Ermənistan Tovuzda atəşkəs pozuntusunu əsl müharibəyə çevirdi – düşmən artilleriyanı da işə qoşdu

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib: “Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək”. Ermənilərin belə təxribatlara məhz indiki məqamda əl atmaları …

Read More »

Müdafiə Nazirliyi: “Hər hansı ərazi itkisinə yol verilməyib”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı “Rerpot”a bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Onun sözlərinə görə, əməliyyat şəraiti …

Read More »

Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən “Report”a verilıən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir …

Read More »

Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, itki var

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyindən “Report”a bildirilib ki, hər iki tərəfdən itki var.Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.İctimaiyyətə əlavə məlumat veriləcək.

Read More »

Xalq artisti koronavirusa yoluxdu

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub. Boyukmillet.com xəbər verir ki, hazırda xalq artisti xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Heydər Əliyev Fondu xanəndənin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb. Xalq artistinin vəziyyəti normaldır.

Read More »

Gürcüstandan təxliyə olunacaq azərbaycanlılarda koronavirus aşkarlanmayıb

Gürcüstandan Azərbaycana təxliyə olunacaq ölkə vətəndaşlarının heç birində koronavirus aşkarlanmayıb. Qeyd olunub ki, sabah saat 10:00-da 200 Azərbaycan vətəndaşının səfirliyin binası qarşısından avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılması təmin olunacaq.

Read More »

İcra Hakimiyyətindən Azərbaycan bayrağına qarşı hörmətsizlik

Ağsu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı hörmətsizlik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə fotoqraf Orxan Əzim məlumat verib. O bildirib ki, İcra Hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının qarşısında asılan bayraq hissələrə bölünüb, baxımsız vəziyyətdədir. 

Read More »

Elmar Vəliyevin qardaşı ilə bağlı qalmaqal

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşına məxsus ASC-nin 270 min dollarlıq alacağı var. ASC borcu məhkəmə səviyyəsində həll etmək istəsə də sonradan barışıq əldə edilib. Boyukmillet.com xəbər verir ki, Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin Mingəçivirdəki “Azneftemaş” ASC-si məhkəməyə müraciət edərək “Aktauskiy Maşınqayırma Zavodu” TOO-ya qarşı 257 min dollarlıq iddia irəli sürüb. Buna səbəb tərəflər arasında imzalanmış müqavilə öhdəliklərinin yerinə …

Read More »

Keçmiş döyüşçüdən Sürət Hüseynova şok ittihamlar: “Ağdərəni o verib”

“Əminliklə deyirəm ki, Ağdərə əməliyyatındakı uğursuzluğun səbəbkarı Sürət Hüseynovdur. Nəcməddin Sadıkov briqada komandiri olsa da həmin əməliyyatlarda əsgər kimi, əsgərlərlə çiyin-çiyinə döyüşüb”. Boyukmillet.com xəbər verir ki, bunu ehtiyatda olan zabit Şahin Əliyev bildirib. O deyib ki, N.Sadıkovun Ağdərə əməliyyatındakı fəaliyyəti haqqında yalan danışanlar xarici dövlətlərdən maliyyələşən və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına malik olmasını istəməyən insanlardır.  Ş.Əliyevin sözlərinə görə, Ağdərə …

Read More »