Sabir Rüstəmxanlı Neftçala rayonundan millət vəkili Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb. Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb.Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı …
Read More »“Bu ağır günlərdə özəl klinikalar xalqın dərisini soyur”
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli ölkədə fəaliyyət göstərən özəl tibb klinikalarının fəaliyyətini ciddi tənqid edib. O, pandemiya dönəmində klinikaların qanunla uzlaşamayan fəaliyyətinin hakimiyyətin nüfuzuna xələl gətirdiyini bildirib.
Read More »Jurnalistdən deputata: “Sənin kimi adamlar Avropada ən yaxşı halda “moyşik” işləyərdi””
“Üz-gözündən “kamillik” fışqıran bu adam Milli Məclisin 44 yaşlı deputatı Cavid Osmanovdur. Müsahibələrində cərimələrin artırılmasını təklif edir, Avropa ölkələrində, İtaliyada, İspaniyada cərimələrin yüksək məbləğdə olduğunu deyir. Bildirir ki, Avropada cərimələr 2500 funt sterlinqdir. Qədim yunan heykəltaraşlarını xatırladan Cavid Osmanova xatırlatmaq lazımdır ki, 2500 funsterlinq 5 min manatdan çox puldur. Və həm də: Birincisi, arada Avropanın deputatları ilə də özünü müqayisə elə! …
Read More »Fəzail Ağamalı: “Heç kimə güzəşt olmasın, SMS icazəsi də ləğv edilsin!”
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib. Amma küçələrdəki insan seli, həftə sonları rayonlara axışanlar, məhəllələrdəki uşaqların sağa-sola qaçışı, yaşlıların stola çırpdığı dominonun, nərdin səsindən sanki karantin rejiminin “evdə həbs olunan” az sayda adama …
Read More »ANS-in tanınmış aparıcısının anası koronavirusdan öldü
ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin COVID-19 testi müsbət çıxıb. Boyukmillet.com xəbər verir ki, Əhmədovanın anası xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, N.Əhmədovanın anası bu gün koronavirusdan vəfat edib. Qeyd edək ki, uzun müddət ANS PRESS portalının da baş redaktoru kimi çalışan N.Əhmədova hazırda ailəsi ilə birlikdə İspaniyada yaşayır.
Read More »İnsanlara niyə çip taxmaq istəyirlər? – İnanılmaz səbəblər
Son vaxtlar insanların dərisinə çip yerləşdirilməsi haqda xəbərlər və təhlillər artıq az qala “COVİD-19” pandemiyasını geridə buraxaraq, bütün dünyada əsas müzakirə mövzusuna çevrilib. Hərçənd, geni dəyişdirilən meyvə və digər qidaların insan sağlamlığı üçün təhlükəsi fonunda çip mövzusu o qədər də əhəmiyyətli olmamalıdır. Amma hazırda az qala bütün bəşəriyyəti koronavirusun davamı kimi insan dərisinə yerləşdiriləcək çiplər narahat edir… Rəqəmsal şeytan… Rejissor …
Read More »“İkinci dalğa gəlir” – Səhiyyə nazirindən virusla bağlı XƏBƏRDARLIQ
“Biz koronavirusun ikinci dalğasının başlanğıcındayıq, buna görə yeni məhdudiyyətlər qoymalıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin səhiyyə naziri Yuli Edelşteyn özünün “Twitter” hesabında təşkil etdiyi mətbuat konfransında deyib. Nazir İsraildə COVID-19-un ikinci dalğasının başladığını elan edib. “Məhdudiyyətlər konfransları, şadlıq evləri və yəhudi ibadət yerlərini əhatə edəcək”,– deyə nazir əlavə edib. Qərarların iqtisadiyyatdakı və səhiyyə sistemindəki ehtiyacları nəzərə alaraq verildiyini vurğulayan Edelşteyn …
Read More »Maska cəriməsi 100 manata qaldırıldı – Milli Məclisdən qərar
Boyukmillet.com xəbər verir ki, Milli Məclis Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələri artırdı. Fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, …
Read More »AzTV-nin işdən çıxarılan aparıcısı: “Mövqeyi olan insanlarla işləmək istəmirlər”
Məni kədərləndirən mövzulardan biri də mövqesizlikdir. Bizim insanlarda bir tendensiya var: “Mənə yaxşıdırsa, niyə başımı ağrıdım?” Bu, kökündən səhv və problemlər gətirən bir anlayışdır. Gənclərimiz var ki, mövqeləri formalaşıb, cəmiyyətdə olan problemlərə göz yummurlar, hardasa yazır, səsləndirirlər. Onlar əfsuslar olsun ki, xalq düşməni kimi qəbul olunur. Ən böyük problem budur”. Azinforum.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova deyib. …
Read More »BNA rəsmisi və ailəsi koronavirusa yoluxdu
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusa yoluxub. Boyukmillet.com xəbər verir ki, bu barədə BNA rəsmisi özü “Facebook”da bildirib. “Bir neçə gün davam edən halsızlıq, hərarət əlamətləri ilə təcili tibbi yardıma müraciət etdim və mən, həyat yoldaşım, eyni zamanda oğlumun koronavirus testi nəticələri pozitiv çıxdı. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, biz virusa qalib gələcəyik. Mən inanıram ki, biz virusa …
Read More »