Cümə , 5 Dekabr 2025

Gündəm

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır həbsdə olan İmran Əliyevin 4 gün əvvəl başladığı aclığı noyabrın 21-də dayandırdığı bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, ictimai fəalın aclığı dayandırmasının səbəbi onun sağlamlığındakı problemlərdir. Yaxınları bildirib ki, İmran Əliyevin səhhətində əvvəldən də problemlər vardı. Aclıq sağlıq durumunu daha da …

Read More »

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Azər Qasımlı özü məlumat yayıb. Ona qadağanın qoyulması ilə bağlı məlumat Bakı Hava Limanında verilib. “Bu gün səhər Praqaya, oradan da Berlinə səfərim var idi. Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm, lakin hesab edirəm ki, bu …

Read More »

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə riskinin artması ilə bağlı xəbərdarlıq edib. Məlumatı “Turan” səfirliyə istinadən yayıb. Səfriliyin müraciətində deyilir ki, Ukraynada təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulu aparılmayacaq: “Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının …

Read More »

Anar Məmmədlinin həbs müddəti artırıldı

Prokuror ictimai fəalın ev distaqlığına buraxılmasını istəməyib Həbsdə olan ictimai-siyasi fəallardan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Noyabrın 20-də Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Anar Məmmədlinin həbsdə saxlanılma müddətinin uzadılması üçün Bakı şəhər prokuroru məhkəməyə təqdimat verib. Məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə …

Read More »

Müdafiə Nazirliyinin Baş İdarəsi məmur oğluna həvalə

Fərid Əliyev PA-nın sektor müdiri Əlibaba Əliyevin oğludur Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrasının general-mayor Fərid Əliyevə həvalə edildiyi bildirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Əliyev noyabrın 19-da İrana səfər edib. “General-mayor Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və …

Read More »

Komissar Əliyevi jurnalistləri və fəalları azad etməyə çağırdı

“Bütün ittihamlar ləğv edilməli, onlar dərhal azadlığa buraxılmalıdırlar” Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti Azərbaycan Prezident İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb. Məktubun mətnini noyabrın 18-də Avropa Şurasının rəsmi saytı yayıb. Komissar Azərbaycan hakimiyyətindən tənqidi fikirlərini ifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyi, onlara qarşı irəli sürülən …

Read More »

Tbilisidə polis aksiyanı dağıtmağa çalışıb, həbs olunanlar var

Aksiyanın iki iştirakçısına təcili tibbi yardım göstərilib Səhərə yaxın polis Çavçavadze prospektində, Tbilisi Dövlət Universiteti (TDU) yaxınlığında aksiya iştirakçılarını dağıdıb. Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, çoxlu sayda polis, xüsusi təyinatlı, robokop və su şırnaqları əraziyə səfərbər edilib. Daxili İşlər Nazirliyi bəyanat yayıb ki, etirazçılara yolu təmizləmək üçün 15 dəqiqə vaxt verilib.Müxalifət nümayəndələri vətəndaşlarla birlikdə ikinci gecəni TDU-nun …

Read More »

Həbsdə olan daha bir ictimai fəal aclığa başlayacağını deyir

İmran Əliyev haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadıldı Həbsdə olan ictimai fəallardan “Meclis.info” saytının rəhbəri, 7 aydır həbsdə olan İmran Əliyevin istintaq dövrü üçün həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Noyabrın 18-də Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Məhkəmədə İmran Əliyev haqqında həbs qətimkan tədbirinin daha 3 ay uzadılması üçün prokurorun verdiyi təqdimata baxılıb. İctimai …

Read More »

Neyrocərahiyyədən şikayət: “Ağrıkəsici istəyirik, təhqir edib narkoman adlandırırlar”

TƏBİB araşdıracağını deyir, şöbə müdiri “narkoman” sayır Birinci Qarabağ müharibəsi qazisi Hamlet Musa oğlu Əhmədov Respublika Neyrocərahiyyə Xəstəxanasından şikayətçidir. O, Meydan TV-yə deyib ki, oktyabrın 31-də həmin xəstəxananın cərrahiyyə şöbəsində qasıq yırtığı (qrija) əməliyyatı keçirib, amma tam sağalmamış yola salınıb. Dediyinə görə, noyabrın 10-da isə təkrar ağrılardan dolayı eyni əməliyyat keçirtmək məcburiyyətində qalıb. Müharibə iştirakçısı xəstəxanada qarşılaşdığı kobud münasibətə görə …

Read More »

Gürcüstanda MSK sədrinin üstünə qara maye töküblər

Seçkilərin yekun iclası yarımçıq qalıb Oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinə yekun vurmağı planlaşdıran Mərkəzi Seçki Komissiyasının iclası səs-küylə başlayıb. Komissiyanın Vahid Milli Hərəkat Partiyasından olan üzvü Davit Kirtadze Mərkəzi Seçki Komissiyasının sədrinin üzərinə qara maye töküb, bundan sonra sessiya qısa müddətə dayandırılıb. “Təəssüflər olsun ki, bizim Avropaya doğru aparmalı olduğumuz Mərkəzi Seçki Komissiyası sizin rəhbərliyiniz altında həmin çağırışa cavab verə …

Read More »