Çərşənbə axşamı , 1 Aprel 2025

Gündəm

İlkinin polis qohumu həbs edilə bilər – Şok səbəb

Polis əməkdaşı Murad Süleymanovun Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialar ciddi surətdə araşdırılmalıdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əmisi oğlu Murad Süleymanovun irəli sürdüyü iddialarla bağlı danışan hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, Murad Süleymanovun irəli sürdüyü, xüsusilə də İlkin …

Read More »

Həsənabad sakinləri Sabir Rüstəmxanlını çoşqu ilə qarşıladılar (FOTOLAR)

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının seçki kampaniyası uğurla davam edir.Qaynarinfo xəbər verir ki, bu gün Neftçala rayonunun Həsənabad qəsəbəsində seçiciləri ilə açıq havada görüş keçirən S.Rüstəmxanlı sakinlər tərəfindən böyük sevgi ilə qarşılanıb.Görüşü rayonun keçmiş İcra Hakimiyyəti başçısı Fərman Hüseynov açaraq öz çıxışında Sabir Rüstəmxanlının ictimai fəaliyyətindən ətraflı şəkildə bəhs edib.F.Hüseynov …

Read More »

“Ölüm şəhəri”ndə dəhşətli mənzərə: Küçədə ölürlər, heç kim yaxınlaşmır… – Foto

İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur. Boyukmillet.com xəbər verir ki, Vuhan şəhərində vahiməli, elə bu qədər də kədərli hadisələr baş verir. Qərb fotoqraflarının çəkdiyi şəkillərdə insanların küçədə yerə yıxılandan sonra heç kimin həmin şəxslərə yaxınlaşmadığı görünür. Hamı virusa yoluxmaqdan qorxur. Son yayılan fotoda böyük ehtimalla koronavirusun axırıncı qurbanı gözə …

Read More »

Türkiyə səfiri Mətbuat Şurasında olub

Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub. Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin media quruluşlarının əlaqələrinin də əməkdaşlıq motivini təşkil edir. Sevindirici haldır ki, qarşılıqlı əməkdaşlıq yalnız ayrı-ayrı media qurumlarının fərdi təşəbbüsləri ilə ölçülmür, geniş birgə fəaliyyət platforması kimi diqqət …

Read More »

Azay Quliyev daha iki ünvanda seçicilərlə görüşdü – FOTOLAR

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüş keçirib. Azay Quliyevin Seçki Qərargahından verilən məlumata görə, Azay Quliyevi alqışlarla qarşılayan seçicilər onun deputat kimi fəaliyyətindən razı olduqlarını deyiblər. Seçicilər ötən 4 ildə Milli Məclisdə onları layiqli şəkildə təmsil edən Azay Quliyevə məmuniyyətlə yenidən səs verəcəklərini bildiriblər. Görüşdə çıxış …

Read More »

Azərbaycanda 6 yaşlı uşaq qripdən ölüb? – Nazirlikdən AÇIQLAMA

Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, C.İsayev Trend-ə açıqlamasında Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da bu müəssisədə koronavirusdan ölüm halının baş verməsi …

Read More »

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 yaşı tamam olu

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 illik yubileyi qeyd edilib. Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, elm adamları və şəhər ziyalıları iştirak ediblər. Niyazi Bayramov yubilyarı təbrik edərək bildirib ki, Fuad Əliyev xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlardandır. Fuad müəllim uzun illərdir ki, elm …

Read More »

Siqaretlər bahalaşdı – Yeni qiymətlər

Bu gün bir sıra market və dükanlarda siqaretlər fərqli qiymətlə satılmağa başlanılıb. Boyukmillet.com xəbər verir ki, qiyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlər 20 qəpik, qiyməti 2 manat 50 qəpikdən baha olan siqaretlər isə 30 qəpik baha satılıb. Şəhərin bir sıra dükan və marketlərində isə köhnə qiymətlər qalmaqda davam edir. Həmin mağaza sahibləri bildirib ki, onlar daha əvvəl aldıqları siqaretləri …

Read More »

Virus hücumu: Azərbaycanda qiymət artımı olacaqmı?

Koronavirusun dünya iqtisadiyyatına böyük təsiri olacaq. Bu virus Çinin həm özünə mənfi təsir edəcək, həm də ölkədən xaricə idxal edəcəyi məhsulların satışının kəskin azalması ilə nəticələnəcək. Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov koronavirusun dünya iqtisadiyyatına təsirləri barədə Boyukmillet.com -a danışarkən deyib. İqtisadçı bildirib ki, Azərbaycan Çinlə digər böyük dövlətlər kimi geniş iqtisadi, siyasi, mədəni əlaqələrə malik olmasa belə, mart ayına kimi …

Read More »

İlham Əliyev Maqomed Qurbanova orden verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Maqomed Səidoviç Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Read More »