Çərşənbə , 2 Aprel 2025

Gündəm

Füzulidə 4 erməni hərbçinin meyiti aşkarlanıb

Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun 4 hərbçisinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək. Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 623 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib. Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.

Read More »

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. Boyukmillet.com xəbərverir ki, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kardiologiya şöbəsində müayinəsinə başlanılıb. Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.

Read More »

Sabah Milli Məclisdə deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsinə baxılacaq

Sabah Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Milli Məclisin bir qrup deputatı iyulun 31-də spiker Sahibə Qafarovaya müraciət edib. S.Qafarova deputatların tələbini nəzərə alaraq, Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ …

Read More »

Deputat Eldəniz Səlimov polisi döyüb, hadisə ilə bağlı Baş Prokurorluğa müraciət olunub – RƏSMİ

Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib. “Report”un sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib. Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna …

Read More »

Ermənilər hərbçilərimizə əl qumbaraları ilə hücum etdi – Kəlbəcərdə SON DURUM

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.Bildirilir ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı …

Read More »

“Müharibənin yenidən başlayacağını istisna etmirəm” – Fransanın məkrli planı

Boyukmillet.com sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsini təqdim edir: – Kəlbəcərdə Azərbaycan və Ermənistan arasında baş verən toqquşma irimiqyaslı hərbi əməliyyata çevrilə bilərmi? – Hazırkı gərginliyin səbəbi də bəllidir. Ona görə də indiki mərhələdə cavab vermək çətindir. Səbəb ondan ibarətdir ki, ermənilər bu təxribatlarla hansısa beynəlxalq qüvvələri bölgəyə cəlb etmək istəyir. Rusiya onlara bəs etmir, çünki artıq Rusiyaya inanmırlar. …

Read More »

Təyyarə ilə Azərbaycana giriş-çıxış qaydası yumşaldıldı

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov qərar imzalayıb. Hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir: – Azərbaycan vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların …

Read More »

Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində mövqeylər atəşə tutulub

Ermənistan Bakı vaxtı ilə saat 10:00-da Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasını pozub. Boyukmillet.com xəbər verir ki, düşmən tərəfi Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətindəki mövqelərindən ordumuzun Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub. Düşmən müxtəlif kalibrli silhalardan, o cümlədən minomyot və tanklardan mövqelərimizi atəş altında saxlayır. Ordumuz hazırda cavab tədbirləri görür. Bu saata qədər Azərbaycan tərəfində 2 yaralı, Ermənistan …

Read More »

Ermənilər mövqelərimizi tanklardan atəşə tutub

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Read More »

Yerevanın Kəlbəcər avantürası BAŞ TUTMADI – Düşmən itkilərini AÇIQLADI

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla təmas xəttində atəşkəs rejiminin yenidən bərpa olunduğunu bildirib. Ermənistan KİV xəbər verir ki, pozulan atəşkəsin yenidən bərpası barədə razılıq Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunub. Ermənistan tərəfi döyüşlər zamanı baş leytenant Ayk Qorqyan, əsgər Koryun Arutunyan və əsgər David Koçaryanın ölümünü təsdiqləyib. Bundan başqa, düşmən tərəfinin 3 hərbçisi də yaralanıb. 

Read More »