Çərşənbə , 15 May 2024

Gündəm

Mərkəzi Xəstəxana və Diaqnostika Mərkəzinin rəhbərliyinə cinayət işi açıldı – Səbəb

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən edilməsi ilə əlaqədar toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə məlumatlar yayılıb. Baş prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xaçmaz RMX-da AQTA tərəfindən aparılmış yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının …

Read More »

GENERALIN QARDAŞI OĞLU VƏ DAHA 4 NƏFƏR TUTULDU – İki qurum gömrükdəki əməliyyatın təfərrüatını yaydı + SİYAHI

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, birgə məlumatda deyilir: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. …

Read More »

Moskvadan qayıdan keçmiş erməni nazir hava limanında həbs olundu

Ermənistan polisi mayın 17-də keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryanı saxlayıb. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Keçmiş nazir Moskvadan İrəvana qayıdarkən “Zvartnots” hava limanında saxlanılıb. Beqlaryan Ermənistanın cinayət məcəlləsinin bir sıra maddələri ilə 2020-ci ilin mart ayından axtarışa verilmişdi. O, xüsusilə külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Read More »

Azərbaycan nümayəndəsi erməni vəhşilikləri ilə bağlı BMT baş katibinə məktub göndərib

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinin ünvanına məktub göndərib. Boyukmillet.com  xəbər verir ki, məktubda Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzündən, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının mədəni irsinin uzun müddət və qəsdən dağıdılmasından bəhs edilir. Yaşar Əliyevin məktubunda vurğulanır ki, 30 il davam etmiş erməni təcavüzünün dağıdıcı humanitar, iqtisadi və sosial nəticələri ilə bərabər, Azərbaycan ərazisinin işğalı …

Read More »

Mehrac Babayev istintaqa cəlb olunub, yoxsa… – Vüqar Səfərlinin cinayət işi ilə bağlı yeni məqamlar

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vüqar Səfərlinin növbəti dəfə məhkəmə qarşısına çıxarılması vaxtilə biznes ortaqları sayılan, indi isə hüquqi baxımdan cinayət ortaqları statusuna gələn …

Read More »

Ersin Tatar: Türkiyə ordusu Kiprdən çəkilməyəcək və ŞKTC Qəzza olmayacaq

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İsrailin Qəzzaya hücumlarına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar İsrailin Qəzzaya hücumunu qınayıb.   “İsrail ordusu tərəfindən müqəddəs Ramazan ayında Məscidül-Əqsada aparılan əməliyyatlardan sonra Qəzzaya havadan, dənizdən və qurudan hücumlar davam edir. Bayram olduğuna baxmayaraq, tam sürətlə davam edən hücumlarda uşaqlar, qadınlar və mülki şəxslər qətlə yetirilib. BMT Təhlükəsizlik Şurası …

Read More »

SON DƏQİQƏ: Bakı Baş Gömrük İdarəsində həbslər

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Boyukmillet.com APA-ya istinadla bildirir ki, əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Read More »

Lavrov Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasında emosiyaları qızışdırmamağa çağırıb

“Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Bir dəfə də olsun, atəş açılmayıb, orada heç bir toqquşma baş verməyib. Tərəflər oturub sakit şəkildə bu vəziyyətin necə həll ediləcəyi barədə razılığa gəlməyə başlayıblar. Biz yardım göstərmişik, razılaşma əldə olunub”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. “Bu qədər sakit şəkildə …

Read More »

Ter-Petrosyan: “Paşinyan və Koçaryanın qələbəsinə imkan vermək olmaz”

Erməni Milli Konqresi iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bunu təşkilatın lideri, Ertmənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan konqresin qurultayında bildirib. O, partiyası tərəfindən göstəriləcək namizədlər siyahısına başçılıq edəcək. Levon Ter-Petrosyan keçmiş prezident Robert Koçaryanın da qələbəsini istinsna edib. Onun sözlərinə görə, Nikol Paşinyan və ya Robert Koçaryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb olacaq: “Belə …

Read More »

İsrail qırıcısı təyyarəsi “Həmas” tabor komandirinin evinə zərbə endirib

İsrailin qırıcı təyyarəsi “Həmas”ın Qəzza zolağında yerləşən “Əl-Fərqain” taburunun komandiri Xalid Manamarın evinə zərbə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, hazırda İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı terror hədəflərinə hücumlarını davam etdirir.

Read More »